Sosial

  • 1 158

ABŞ ata -FELYETON

image

Bu günlər radikal müxalifət sevinc içərisindədir, çoxdandır, çöl armudu ifadəsində olan üzləri gülür. Bir-birilərini yaman təbrik edir, gözaydınlığı verirlər. Sosial şəbəkələrdə toy-bayramdadırlar.

Dedim, görən, bu, nə sevinc, nə təntənədir, belə? Yoxsa axır ki, xalqın sevincinə şərik olublar. Nəzər salam ki, nə, bunlar bir-birilərini ona görə təbrik edirlər ki, ABŞ Nümayəndələr Palatası Ukraynaya 61, İsrailə 26, Qəzzaya 9, Tayvana 8 milyard dollar yardım ayırıb. Deməli, radikalizm Ukrayna, İsrail və Tayvanın bu milyardlarla özlərini müdafiə edəcəklərini, bu milyardların bir parçasının isə Qəzzanın fəlakət yaşayan insanlarına böyük humanitar yardım olacağını bayram edir. Radikallardan biri isə sevinir ki, 61 milyard dollar Rusiya-Ukrayna cəbhəsində əsaslı dəyişikliyə səbəb olacaq. Və bunu elə təntənə ilə deyir, adam məəttəl qalır ki, bunların ürəyində heç insan sevgisi yoxdur? Bunlar insanların bir-birini qırmasına nə üçün belə sevinirlər? Söhbət müharibədən gedirsə, burada həyatını itirən milliyyətindən asılı olmayaraq insandır. İnsanın məhvinə bu qədər sevinməyin adı nədir, görəsən?

Bunları sadalamaqda məqsədim bir-birini təbrik edənlərin, bunu öz qələbəsi hesab edənlərin ABŞ-ni bir ata, həm də müqəddəs ata kimi görmələri, onu təqdir etmələri, çoxsaylı misallar gətirməklə bu atanın müqəddəsliyini zirvəyə qaldırmalarını nəzərlərə çatdırmaqdır.

Burada deyirlər bax, köpəyoğlunun qrandı. Lala dil, kora göz, kara qulaq verir. Hələ üstəlik baş tutmayan 21 aprel mitinqinin 5 maya təyin olunmasına da güc verir. Güc? Əsla. Bu güc yalnız xalqdan alına bilər. Radikallar isə xalq sevgisini çoxdan itiriblər. Böyük ümid bəsləyirəm ki, 5 may mitinqi də 21 apreldəkinin yanına dəfn olunacaq.

Bu, məsələnin bir tərəfidir, söz gəldi, dedim. Lakin ABŞ-ni özünə ata hesab edənlərin bu vur-həşiri əsla gözdən qaçan deyil. Fikirləşirəm, həm də əməlli-başlı, lakin xatırlamıram Azərbaycanın suyunu içib, çörəyini yeyən bu ABŞ sevdalılarının öz xalqlarına aid olan uğurları bircə dəfə belə təntənə ilə qeyd etdiyini, əsla xatırlamıram. Nə olar ki, satdıqları torpağı başqasının geri almasına, buna heç olmasa, bir təbəssüm edərdilər. Ki, xalqım sərvəti düşməndən geri alındı. Bir vaxt bu, bir xəyanətdir ki, olmuşdu, axı bu torpaq bu xalqın idi...

Mən də oturub, nəyi qoyub nədən danışıram ey... Əşi, bu ABŞ atanı ona görə başları üzərinə qaldırıblar ki, “kişi” kisənin ağzını açıb. Ukraynaya, Qəzzaya, nə bilim haraya, kimə bu qədər dollar verəndə, bu radikallara gör nə verib ki, özləri də sual edirlər ki, 5 may mitinqi Qərbin, yoxsa Vətənin sifarişidir. Kor kor, gör gör ki, Qərbin sifarişi olmadığını iddia edənlərin bu cür sual verib cavablandırmasının özü onun sifariş olduğunun təsdiqidir.

Odur ki, bunların ABŞ atanı qoyub bizim sevincimizə şərik olmasını düşünmək belə günahdır. Hansı ki, ötən həftədən bəri sevinci sevinc üzərinə yaşayır bu xalq.

Vəssalam, ABŞ atasına sevgisi xalqa sevgisindən üstün olanlardan bir az danışdım...

Mətanət Məmmədova

Digər xəbərlər