Sosial

  • 3 728

24.04.2024 -FELYETON

image

Nə, ilin bu “zerkalnı” günü-24.04.2024 də gəlib yetişdi. Xoş gəldi, səfa gətirdi. Söhbət bunda deyil. Yer öz oxu üzərində fırlanır, günləri də bir-birinin ardınca gətirəcək də, kim buna qarışa bilər ki...

Söhbət ondadır ki, 25.04.2024-cü il tarixdən ölkədə bəzi yerləri gəzib öyrənək lazımdır ki, bir gün əvvəl-24.04.2024-də:

- ölkədəki doğum mərkəzlərində, evlərində keysəriyyə əməliyyatı ilə neçə uşaq dünyaya gəlib;

-ölkədəki restoranlarda neçə nişan mərasimi keçirilib;

- ölkədəki restoranlarda neçə toy olub;

-ölkədəki nikahın qeydiyyata alınması şöbələrində neçə nikah bağlanıb;

-ölkədə nə qədər avtomobil satışı olub;

-ölkədə neçə adamın ad günüdür;

-ölkədəki şirniyyat evlərində nə qədər tort sifarişi olub;

-ölkədəki gül mağazalarında nə qədər gül sarılıb;

-ölkədə neçə nəfərin nikah ildönümüdür;

-ölkədə neçə nəfərin toyunun ildönümü günüdür;

-ölkədə neçə nəfərin nikaha daxil olmasının ildönümüdür;

-ölkədə neçə nənə nəvəsi ilə, neçə ana, neçə ata oğlu-qızı ilə bir gündə ad gününü qeyd edir;

-ölkədə neçə uşağın bürcü dəyişik düşüb;

Hə, elə ki, bunların statistikasını apara bilib, rəqəmlərdən gözü başına çıxanlar olacaq, onda onu da anlayacağıq ki, hə, biz necə böyük bir psixoloji sindroma düçar olub ömür sürməkdəyik:“zerkalnı” sindromuna. Nəzər salsaq, həm də illər öncədən...

Nə deyək, Allah şəfamızı versin!

Mətanət Məmmədova

Digər xəbərlər