Azərbaycanda uşaq avtomeydançaları yaradılacaq

Azərbaycanda uşaq avtoşəhərcikləri, avtomeydançaları yaradılacaq. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.Sənəddə vurğulanır ki, yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.Həmçinin 2019-2020-ci illərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydası hazırlanacaq, belə yerlər ölkənin müxtəlif ərazilərində yaradılacaq.

sia.az