Mixail Boçarnikov: Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir

Azərbaycan ildən-ilə turizm üçün daha cəlbedici ölkəyə çevrilir və bunu Rusiyadan Azərbaycana artan turist axını təsdiq edir.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, 2018-ci ildə Azərbaycan 900 minə yaxın rusiyalı turisti qəbul edib. Bu göstərici 2017-ci illə müqayisədə 5 faiz çox olub:
“Hesab edirəm ki, bu il rusiyalı turistlərin Azərbaycanda istirahətə marağı daha da artacaq”.
O əlavə edib ki, ölkələr dəniz turizminin inkişafında da maraqlıdır:
“Yaxın zamanlarda liman infrastrukturunun inkişafına və gəmilərin Xəzərin Rusiya ərazisinə çıxışına yönəlmiş hazırlıq işlərinin başlanması planlaşdırılır”.

yap.org.az