Analitika

  • 6 662

Beynəlxalq aləm Ermənistanın kirli oyunlarına aldanmamalıdır SİYASİ RAKURS

image

Erməni terrorunun və yalanının nə qədər murdarlıqlara söykəndiyini tarix sübut edir!

2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Azərbaycanın dinc sakinlərini, körpə uşaqları qətlə yetirməkdə davam edirdi. Ermənistanın özünün aqressiv siyasəti və antihumanist fəaliyyəti ilə bir daha sübut etdi ki, beynəlxalq hüquq və konvensiyalar bu ölkənin istənilən hərbi-siyasi rəhbərliyi üçün heç nədir. Fakt budur ki, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri altında geri çəkilən erməni hərbi birləşmələri 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını və ona əlavə olunmuş protokolları, eləcə də bu istiqamətdə olan BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu. Beləliklə, Ermənistan qəsdən, bilərəkdən hərbi əməliyyatların getdiyi ərazilərdən kifayət qədər uzaq məsafələrdə yerləşən və dinc əhalisinin yaşadığı şəhər və kəndləri intensiv atəşlər altında saxladı.
Hətta atəşkəs rejimi zamanı ermənilərin Azərbaycanın dinc əhalisini, o cümlədən azyaşlı uşaqlarını qətlə yetirdikləri barədə faktlar kifayət qədərdir
Söz yox ki, bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin birbaşa əmr və tapşırıqları əsasında baş verib və bu gün də həmin terror halları davam edir. Təkcə müharibədən sonra mülki və s. yüzlərlə vətəndaşlarımızın minalara düşərək həyatlarını itirmələri, yaxud yaralanmaları da bu cür qənaətə gəlməyə zəmin yaradır.Azərbaycan Respublikasının Baş prokurorluğunun məlumatına görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixləri arasında Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisinin yaşadığı rayon və şəhərlərə, kənd və qəsəbələrə 30 000 mərmi, 227 reaktiv mərmi atıblar. Qeyd olunub ki, silahlı erməni birləşmələrinin dinc əhalimizə açdıqları atəşlər nəticəsində 93 insan, o cümlədən, 12 yetkinlik yaşına çatmayan uşaq və 27 qadın həyatlarını itirib. 50 yetkinlik yaşına çatmayan uşaq, 101 qadın daxil olmaqla isə ümumilikdə 407 nəfər insan müxtəlif ağır dərəcəli xəsarətlər alıblar.Tarixdə də ermənilərin azərbaycanlıları kütləvi şəkildə terrorizə etmələrini sübut edən faktlar kifayət qədərdir. Əsasən, 1918-ci ildə erməni daşnakları Bakıda, Şamaxıda, Zəngəzurda, Qubada Azərbaycanın din c əhalisinə qarşı qətliamlar, soyqırımları həyata keçiriblər. Dəhşətli işgəncələrə məruz qalan azərbaycanlıların gözləri çıxarılır, yandırılır, başları kəsilir, kürəklərinə qaynar samovarlar bağlanır, hamilə qadınların qarınları yarılaraq doğulmamış körpələr süngülərə taxılırdılar.Rəsmi mənbələrin məlumatlarına görə, bu soyqırımları nəticəsində 12 min azərbaycanlı öldürülüb, 10 minlərlə insan itkin düşüb.Ötən əsrin 80-ci illərinin yarısında aqressiv erməni millətçiləri yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Qondarma şəkildə Qarabağ problemini yaratmaqla ermənilər azərbaycanlılar üzərində kütləvi qırğınlara start verdilər, şəhər və kəndləri dağıtdılar, tarixi, dini abidələri yer üzündən sildilər. Təkcə Başlibel, Ağdaban, Bağanis-Ayrım, Xocalı soyqırımları kimi olaylar erməni faşizminin aşkar sifətini əks etdirən acı reallıqlardır. Təbii ki, bu qırğınların içində Xocalı hadisəsi ən dəhşətlisidir.
Üstəlik, 1994-cü ildə separatçı rejim işğal edilmiş ərazilərimizdə çoxsaylı insan tələfatları ilə nəticələnmiş 373 terror aktı həyata keçirib. Davamlı erməni aqressiyası ilə müşahidə olunan Birinci Qarabağ müharibəsində 20 min nəfər soydaşımız həlak oldu, 50 mini ilə yaralandı, minlərlə yaşayış məntəqələri dağıdıldı, milyondan çox insanımız qaçqın düşdü. Hətta atəşkəs rejimi zamanı ermənilərin Azərbaycanın dinc əhalisini, o cümlədən azyaşlı uşaqlarını qətlə yetirdikləri barədə faktlar kifayət qədərdir.
Lobbilərin başında dayanan başlıca təxribatçı qüvvə isə ANCA – erməni milli komitəsidir
Erməni lobbisi daim özünü dünyada əzabkeş, məzlum kimi göstərməyə çalışıb. Ermənistanın sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq ayın 14-nə qədər Azərbaycanla müəyyən olunmamış şərti sərhədlərində təxribata əl atmalarından sonra dünya ermənilərinin lobbi təşkilatları yenidən fəallaşaraq anti-Azərbaycan fəaliyyətlərinə start verdilər. Hər zaman olduğu kimi, erməni lobbisi və onun havadarları Azərbaycan barədə dezinformasiyalar yaymağa başladılar. Bu lobbilərin başında dayanan başlıca təxribatçı qüvvə isə ANCA – erməni milli komitəsidir. Əsas məqsəd isə Azərbaycanı bütün dünyaya vəhşi kimi təqdim etmək idi. Bu kirli oyunlar dünyanın aparıcı KİV-lərinə qədər oynanıldı.Son bir neçə gündə isə ermənilər saxta videoçarxlar nümayiş etdirməklə guya Azərbaycan hərbçilərinin əsir düşmüş erməniləri “güllələyən” kadrları yaydılar.Təbii ki, bütün bunlar ilk növbədə sülh prosesini pozmağa, danışıqlara mane olmağa hesablanmış oyunbazlıqlardır. Bu baxımdan, beynəlxalq təşkilatlar da artıq ermənilərin kirli oyunlarının qurbanlarına çevrilməməlidirlər. Belə ki, həmin saxta kadrlardan sonra bəzi Avropalı və qərbli siyasətçilər dərhal bu kimi yoxlanılmamış, təsdiqini tapmamış video ətrafında haray-hərşirlər qaldırmağa başladılar. 30 il azərbaycanlılara qarşı törədilən terrorlara, erməni işğalına susanların erməni ittihamlarına dəstək göstərmələri isə bir daha əsl reallığı ortaya çıxarmış olur. Bütün bunlardan sonra isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh danışıqları fonunda nümayiş etdirdikləri fəaliyyətlərinin qeyri-səmimiliyi isə növbəti dəfə öz təsdiqini tapır və Azərbaycan üçün sülhəməcburetmə əməliyyatlarına başlamasına zəminlər yaradır. Bunun baş verməməsi üçün isə məlum beynəlxalq təşkilatlar erməni tərəfinin kirli, iyrənc oyunlarına getməməli, Ermənistanın ağlını başına toplayaraq doğru seçim etməsi yönündə aktiv fəaliyyətə başlamalıdırlar.

Rövşən RƏSULOV

Digər xəbərlər