Köşə

  • 6 902

Xoş gəlmisən Venis, bəs sən haradan çıxdın Arpi..? KÖŞƏDAR

image

Bir neçə gün idi ki, dünya mətbuatı planetin 8 milyardıncı sakininin doğulacağı barədə informasiyalar verirdilər. Əslində, bu informasiya yer üzünün əsl sahiblərinin – bəşər övladının həyata, yaşama bağlılığını əks etdirən, həm də gələcəyə ümidlə baxmağa sövq edən xoş bir məlumatdır. Axı niyə də sevinməyək ki? Yəni insan övladı bundan sonra hələ uzun əsrlər boyu yaşayacaq, müxtəlif ağır və məşəqqətli proseslərə sinə gələn planetimiz də var olacaq, öz oxu ətrafında fırlanmağa davam edəcək. Zarafat deyil əslində, dünyamız 8 milyard insanla nəfəs alır!Amma bu yerdə bir “əmma” da çıxdı ortalığa. Özü də elə bir “əmma” ki, onun haradan qaynaqlandığını da elə bəri başdan deyəcəyəm – nə qədər təəccüblü görünsə də, görünməsə də Ermənistandan!Fəqət məğzə keçənə qədər bir məlumatı da diqqətə çatdırım ki, BMT-nin və dünyanın önəmli hesablama mərkəzlərinin verdikləri birgə rəyə görə planetin 8 milyardıncı sakini Filippinin paytaxtı Manilada, 15 noyabr tarixində, saat 01.29 radələrində dünyaya göz açıb. Özü də həmin körpə qız uşağıdır. Artıq qızcığaza ad da qoyulub – Venis Mabansaq. Venisin anası isə KİV-lərə açıqlamasında deyib ki, o qızının planetin 8 milyardıncı sakini olmasından hədsiz sevinc hisslərinə qapılıb və özünü çox xoşbəxt hiss edir.Üstəlik, planet sakinlərinin real zamanda hesablamasını aparan countrymeters resursunun digər məlumatına görə, yəni 8 milyardııncı sakinin fünyamıza göz açdığı vaxtdan saatlar sonra planet əhalisinin sayı durmadan artıb və bu say 8 milyard 50 milyona çatmaq üzrədir. Hazırda planetimizdə kişilərin də sayı qadınlardan çoxdur – kişilər 50,5%-i qadınlar isə 49,5%-i təşkil edirlər. Planetimizin ən sıx əhali yaşayan ölkələri isə Çin, Hindistan və ABŞ-dır. Və bütün bu statistik rəqəmlər də öz yerində. “Əmma”, sən saydığını say, gör ermənilər nə sayırlar...???Deməli, bütün dünya rəsmi statistikaya əsaslanan və BMT-nin də qəbul etdiyi reallığı qəbul etdiyi bir zamanda Ermənistanın BMT-dəki ofisi iki ayağını bir başmağa dirəyib ki, bəs planetin 8 milyardıncı sakini Geqarkunikin (Göyçə mahalının) Martuni şəhərindəki doğum evində “dünyaya göz açıbmış” (???!!!) Hələ bu harasıdır? Ermənilər bir ağızdan UNİSEF-in adından zorən dünya ictimaiyyətinə sırımağa cəhd ediblər ki, bəs həmin doğulan uşaq ermənidir, adı da Arpidir (?!). Yəni o boyda BMT-nin rəsmi statistik məlumatı qalıb bir yanda, ermənilər doğum evinin baş həkimi Artur Ovannisyanın iddiasını qaba ifadə etsək, dünya ictimaiyyətinin gözünə dürtüşdürməyə çalışırlar.Yeri gəlmişkən, daha bir fakt budur ki, erməni mediası, sosial şəbəkələri hələ noyabrın 14-dən, yəni planetin 8 milyardıncı sakini dünyaya göz açmamışdan qabaq bar-bar bağırırdılar ki, həmin uşaq noyabrın 15-də məhz Ermənistanda doğulacaq. Nə deyəsən, əgər bir erməni ki, əstağfirullah, Tanrının da erməni olduğunu iddia edirsə, yaxud ermənilərin xristianlığı hətta İsa Məsihdən əvvəl qəbul etdiklərini deyirsə onda bu iddiadan həqiqətən də təəccüb etməyə dəyməzmiş. Bircə o qalır ki, Allah bu məxluqata ağıl verməyinə versin, amma həmin məxluqat ki, o ağılı qəbul etmirsə daha nə edirsə etsin, bizim Allahın işinə qarışacağımız yoxdur ermənilərdən fərqli olaraq. Məsələn, Allah istəsə bəlkə planetimiz, eləcə də bəşər övladı ona layiq olmayan belə ziyankar, təhlükəli və parazit canlılardan birdəfəlik qurtulmuş olar. Üstəlik, dünya millətləri də artmağa davam edər - 9, 10, 11... milyardıncı sakinlər insanlıq aləminə könül açan, xoş ovqatlı bəşəriyyət rəngləri qatarlar.Sonda isə ermənilərin zorən dünya ictimaiyyətinə dürtüşdükləri Arpiyə deyil, məhz Filippində yeni doğulmuş 8 milyardıncı planet sakini, qızcığaz Venisə başıbəlalı dünyamıza xoş gəldin deməklə gələcəyimizə ümidlə baxmağa davam edirəm...

Rövşən

Digər xəbərlər