Köşə

  • 7 802

YAP-30 REALLIĞI KÖŞƏDAR

image

Noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə bağlı möhtəşəm tədbiri keçirildi. Bu tədbir özünün daha bir müsbət fərqliliyi ilə yaddaşlara həkk olundu. Yəni YAP yalnız iqtidar partiyası deyil, bu siyasi təşkilat ümumxalq partiyası qismində ölkənin siyasi partiyaçılıq sistemində lokomotiv rolunu oynamaqdadır. Söz yox ki, siyasi lokomotivlik reallığını həyata keçirmək heç də asan iş deyil və bu müstəvidən nəzər saldığımızda YAP siyasi partiyalar arasında tənzimləyicilik, eləcə də vasitəçilik missiyasını da həyata keçirir. Bunu isə partiyalararası münbir siyasi dialoq mühitini yaratmaq çərçivəsindən də qiymətləndirmək olar. Ən əsası isə, bir-biri ilə paralellik təşkil edən sözügedən faktorlar bütövlükdə milli dəyərlər, milli dövlətçilik konteksti üzərində cəmləşir. Həmin gerçəkliyə isə üç onillik müddətində nail olunub. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər iqtidar partiyası olan YAP-ın istər ölkəmizdə, istərsə də beynəlxalq miqyasda artan nüfuzuna ayrıca stimullar bəxş edir.Yeni Azərbaycan Partiyasının bir çox özünəməxsus özəllikləri mövcuddur və onların ən əsası təşkilatın yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Və bu gün partiyaya Sədrlik edən ölkə Prezidenti İlham Əliyevin həmin siyasi kursu uğurla, mütərəqqi siyasəti ilə davam etdirməsi YAP-ın monolitliyini daha da möhkəmləndirir. Eyni zamanda, ölkə başçısının partiyanın 30 illik yubileyi zamanı irəli sürdüyü fikirləri, səsləndirdiyi bəyanatları həm də belə nəticə hasil edir ki, YAP hakimiyyətin sözünü deyən ən mükəmməl siyasi təşkilat kimi qarşıda daha böyük siyasi uğurlara imza atacaq – bu potensial tükənməzdir!Yeri gəlmişkən, YAP-ın Sədri, ölkə Prezidentinin irəli sürdüyü bəyanatları əlbəttə ki, beynəlxalq aləmin də diqqət mərkəzində oldu. Verilən mesajlar, səsləndirilən ismarıclar isə necə deyərlər, tam hədəflərə dəymiş oldu. Yəni hər bir mesajlarda ayrı-ayrılıqda dövlətçlilik maraqlarını əks etdirən qətiyyətli strategiya dayanır. Təkcə Prezident İlham Əliyevin “Fransa-Ermənistan bacılığı” barədə səsləndirdiyi fikirləri özündə haqlı iradı, haqlı ittihamı və eləcə də ədalətə çağırış faktorunu əks etdirmiş oldu.Daha bir diqqət çəkən məqam – 30 illik yubileydə müxalifət partiyalarının iştirakları oldu. Daha dəqiq desək, iqtidar partiyasının müxalifət partiya liderlərini tədbirə dəvət etməsi ölkənin siyasi dialoq mühitinə yeni impuls gətirdi. Təbii ki, YAP bu addımı ilə də ölkənin demokratik ab-havası baxımından yeni tarixini yazmış oldu. Açığını desək müxalifət liderlərini iqtidar partiyasının nümayəndələri ilə bir araya gəlmələri, yubiley sevincini bölüşmələri bayram ovqatına ayrıca rəng qatmış oldu. Yəni həmin müvafiq mənzərə özündə ictimai razılıq mühitini bütün müsbət cəhətləri ilə nümayiş etdirdi. Təbii ki, hakimiyyətin belə bir uğurlu təşəbbüsləri, eləcə də müxalifətə adekvatlığı, habelə müxalifətin buna müsbət dəyər verməsi növbəti və daha yeni demokratiya ənənələrinin əsasını qoymuş olur. Bütün bunlardan isə ilk növbədə xalq və dövlət maraqları qalib çıxır!Düzdür, bir sıra radikal müxalifət partiyaları həmin mənzərədən narahatlıq keçirdiklərini gizlədə bilmədilər və hər zamankı kimi günəşin qarşısında qara buludlar kimi görünməyə cəhd göstərdilər. Bəli, məhz cəhd göstərdilər, amma bu cəhdlərinin də nə qədər yersiz, uğursuz olması danılmaz fakt qarşılığında öz acizliyi ilə seçilir. Yalnız sosial şəbəkələr çərçivəsində əslində özlərini gülünc yerinə qoyan radikallar anlamırlar ki, YAP-30 REALLIĞI və bu reallığın məntiqi nəticəsi onların siyasi ölüm proseslərini daha da sürətləndirir. Hətta deyə bilərik ki, həmin siyasi ölüm çoxdan baş verib, lap beyinin ölməsi kimi – sadəcə ortada qalan quru candır ki, o da kimsəyə lazım deyil...Ancaq nə etsələr də, nəyə cəhd göstərsələr də fakt öz faktlığında qalmaqdadır. Bu fakt hakim Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu məqsədlərinə nail olması, üstəlik altından imzasını atmasıdır.

P.S. Qoy 30 ildən çoxdur ki, öz məkrli istəklərinə nail ola bilməyən, gündüzlər sosial şəbəkələrdə klaviaturaları taqqıldadaraq hırıldayan, real həyatda isə gecələr yatmağa gedərkən yorğanları altında saç-başlarını yolub, ağlayıb-sızlayan radikallar üzləşəcəkləri öz ağır müqəddəratları barədə düşünsünlər.

Digər xəbərlər