Köşə

  • 7 985

“Rus-turk-azeri – Hayastani duşmani” (?) KÖŞƏDAR

image

İrəvanın küçələrində məhz hakimiyyətin baxışları altında şüarlar çağırılır ki, Rusiya onların düşmənləridir. “Rus-turk-azeri – Hayastani duşmani”, yəni Rusiya, Türkiyə və Azərbaycan Ermənistanın düşmənləridirlər...Yəqin ki, ermənilər tərəfindən Türkiyəyə və Azərbaycana qarşı belə bir şüarların çağırılması bizlərdə təəccüb doğurmur və düşmənçiliyin də məhz ermənilər tərəfindən bəslənildiyi də kimsəyə sirr deyil. Ancaq Rusiyaya qarşı bu kimi şüarların çağırılması artıq İrəvanın Moskvaya qarşı həddini aşması anlamını daşıyır. Yaxud, Moskva İrəvanda artıq neçənci dəfədir ki, anti-Rusiya xarakterli şüarların çağırılmasına göz yumacaqsa, ya da uzun illər qoynunda bəslədiyi Ermənistana bunu da keçəcəksə, bağışlayacaqsa demək ki, deyilənlərlə razılaşır...Etiraf edək, bu həmin Rusiyadır ki, məhz iki il əvvəl, özü də prezident Putinin prinsipial mövqeyi sayəsində erməniləri həm hərbi, həm də digər cəhətlərdən tamamilə darmadağın olmaqdan xilas etdi. Halbuki, Rusiya yalnız iki il əvvəl deyil, əsrlərlədir ki, erməniləri xilas edir, ermənilərin bu ölkəyə qarşı zaman-zaman dil uzatmalarına göz yumur və hətta arada-bir qardaşlaş xalq kimi gördüyünü bəyan edir. Ancaq sən demə, Ermənistanda heç də belə düşünülmürmüş!Üstəlik, sözügedən şüarda türklər və azərbaycanlılar ikinci və üçüncü yerlərdə qalırsa, rus ifadəsi məhz birinci dayanır, yəni ruslar ermənilər üçün birinci düşməndirlər.Bu yarımağıllıların küçələrə kimlər tərəfindən çıxarılması sonrakı mövzuların araşdırmasıdır, amma onların cəzasız şəraitdə əsas tarixi himayədarlarına qarşı həyasızcasına çıxış etmələri artıq siyasi iradənin nümayişi kimi də qiymətləndirilə bilər. Əks halda Paşinyanın polisləri çoxdan onları qovar, ən azından, əllərindəki meqafonları alaraq anti-Rusiya aksiyalarını dağıda bilərdilər. Fəqət buna azacıq təşəbbüs belə göstərilmədi. Beləliklə, Paşinyanın siyasi idarəçilik versiyasına görə Rusiya artıq düşmən elan olunub – açıq və aşkar!Yolsa saldığımız ildə də həmin reallıq özünü məntiqi olaraq isbatladı – erməni hökuməti qərara gəldi: Rusiyanı özünə düşmən elan etməyi gözə almaqla Qərbə tərəf yıxılmaq.Daha bir məqam – istənilən əhəmiyyətli hadisədən əvvəl ermənilərin bütün nazirləri məsləhətlər almaq üçün Vaşinqtona gedirlər. Misal üçün, Paşinyan 2022-ci ilin oktyabr ayında Putinlə görüşməsi yerinə İrəvanda Nensi Pelosini qaəbul etdi. Məhz bu görüşdən sonra Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarını Avropa İttifaqının və s. Qərb ölkələrinin missiyaları ilə əvəzlənməsi tələbləri ilə çıxış etməyə başladı. Və həmin Qərblə ki, Ukrayna prezidenti Zelenskinin ordusunu Rusiyaya qarşı silahlandırır.Lakin hər necə olursa-olsun, İrəvan küçələrinə çıxıb Rusiya əleyhinə şüarlar səsləndirən insanların hamısı pulla ələ alınanlara bənzəmirlər, onların işlərində həqiqi antirusiyaçılar da var hər halda...Amma bütün bunların Ermənistan üçün çox pis nəticələnəcəyini də istisna etmək olmaz. Bəli, bu onların öz seçimləridir, amma Rusiyanın bu dəfə də Paşinyan hakimiyyətini bağışlaya biləcəyi elə də inandırıcı görünmür. Yəqin ki, yaxınlarda nə isə olacaq, özü də yaman olacaq...

Rövşən RƏSULOV

Digər xəbərlər