Köşə

  • 6 063

Qarabağda kim qan axtarır?

image

Azərbaycan 44 günlük müharibədə 30 ildir Ermənistan işğalında olan torpaqlarının böyük hissəsini geri aldı, öz hərbi gücü və xalqın dəstəyi ilə Azərbaycan ordusu ən ağır şəraitdə ən uğurlu döyüş əməliyyatları apardı və tarixi qələbə qazandı. Hətta ən radikal və faşist erməni funksionerləri və mediası belə, Azərbaycanın tarixi qələbəsini Ermənistanın kapitulyasiyası kimi qəbul edir, bunu ermənilər üçün ən qara tarix kimi qələmə verirlər. Amma erməni ermənidir, xisləti hiyləgər və daxili məkrli məxluqdur. Əsrlərdir Qafqazda onun-bunun “siyasi avçarkası” rolunda çıxış edən bu ölkə, bu dəfə də köhnə peşəsinə sarılmaq istəyir. Yenə dünya və regional güclərin qanlı planlarında rol almaq istəyir ermənilər. Azərbaycanın qələbəsindən artıq neçə il keçir, amma Ermənistan sülh müqaviləsi imzalamaq əvəzinə, yeni qisas planları "peşindədir". Erməni zehniyyəti real siyasi mənzərəni "həzm" edə bilmir.Əslində, ermənilər real vəziyyəti əla bilirlər, sadəcə, onları Azərbaycana qarşı "hürdürənlər" onların bu reallığı həzm etmələrinə imkan vermirlər. Daima Qafqazda Ermənistanı stukaçlıq və araqatmaq üçün qanlı alət kimi ortada oynadanlar yenə iş başındadır. Onları təkcə Azərbaycanın qələbəsi deyil, ən əsas əsrlərdir bu regionda ona-buna "hürdürdükləri" Ermənistanın əldən çıxması narahat edir. Ermənistanın sülhü rədd edib qanlı müharibə ssenarisini seçməsi bu qüvvələrin ən başlıca məqsədidir. Nilol Paşinyan özbaşınamı qərar qəbul edəcək? - qəti mümkün deyil. Regionda qanlı maraqları olan dünya güclərinin hesabına 30 il Azərbaycan torpaqlarında gəzişən Ermənistan, qondarma tarixi boyu öz iradəsi olmayan qanlı oyuncaqdan başqa heç nəyə yaramayıb. O ki qaldı “kokeyşn Paşinyan”dan müstəqil qərar gözləyəsən...“Böyük oyunçular” Ermənistanın daima kəskin antitürk və amansız düşmənçilik ruhunda qalması üçün çalışırlar. Məqsəd, öz taleyi başqa əllərdə olan Ermənistanı daima qanlı təxribatlar üçün "formada" saxlamaqdır. Sadə erməninin Azərbaycana inteqrasiyası onların ən çox qorxduqları məqamdır. Bu faktdan o qədər dəhşət qorxurlar ki, bütün təbliğat maşını azərbaycanlılarla təmas quran istənilən Ermənistan vətəndaşını rüsvay edib erməni düşməni, milli satqın kimi ictimai rəyə sırımaq üçün çalışırlar. Açıq-aşkar öz iradəsi əlində olmayan bir qonşu ilə üz-üzə qalmışıq.

Xüsusilə, Xankəndidə yalandan özlərini “blokadada” göstərmək üçün oynadıqları gülünc “tamaşalar”, oradakı ruspərəst və qərbpərəst silahlı separatçıların bir-birinin boğazına yapışmaları üçüncü qüvvələrin bu zavallıları Azərbaycana qarşı oyuna gətirdiklərinə gün kimi sübutdur. Yelisey sarayında oturan Emmanuel Makrondan başlamış Ağ Evə və Kremldəkilərə qədər hər kəs erməni “ovundadır”. Dünya supergücləri bu zavallılardan öz maraqları üçün istifadə edib yeni qanlı “tamaşalar” hazırlayırlar. Burası dəqiqdir. Çünki Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin baş verməməsi üçün ən təhlükəli və qanlı təxribatlar işə salınmaq üzrədir.
Görünən odur ki, Kremldə oturanlar da, Ağ Evdə və Yelisey Sarayında, London və Berlində yeni erməni ssenarisi yazanlar da, Qarabağda yeni qan iyinə susayıblar. Qarabağ coğrafiyadan daha çox qanlı məqsəddir bunlar üçün. Bu bölgəni rahat buraxmayacaqları gün kimi aydındır. Bunlara sülh, yaxud yoxsulluq və aclıq içində bədbəxtin bədbəxti olan sadə erməni vətəndaşının taleyi qəti maraqlı deyil. Nəyinə lazımdır çuvalsız erməninin it günündə yaşaması? Guya neçə on illərdir İrəvandakı erməniyə tulapayı göndərən dünya gücləri onların halınamı yanıb yardım göndərirdilər, yaxud it həyatı yaşadıqları üçünmü erməni yalanlarını həqiqət adı ilə dünya mediasında tirajlayırdılar? - qətiyyən!
Sonda: mövzunun “mustafası” odur ki, Qarabağda qanlı planlar üstündə baş sındırılır. Qanınız başınızda çatlasın!

Mətləb Salahov

Digər xəbərlər