PDF Oxu

Köşə

  • 5 959

İran, 40 milyonluq Cənubi Azərbaycan soydaşlarımız ayaqdadır! KÖŞƏDAR

image

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu xainlik adlandırdı. Məhz dövlət başçımızın vurğuladığı məqama əsasən, həmin hücumun xainliklə əlaqələndirilməsi İran rəsmilərinin Azərbaycana “qardaş” deyib düşmən dəyirmanına su tökmək cəhdləri ilə əlaqəlidir. Yəni fakt həqiqətən də budur ki, özünü qardaş dövlət kimi aparmayan rəsmi Tehran ümumiyyətlə, beynəlxalq hüquqa əsaslanan qanunları açıq şəkildə pozur.Və məhz bu məqamlara əsaslanan Prezident İlham Əliyev şübhəsiz ki, bu terror aktının tezliklə araşdırılmasını, onun təşkilatçılarının və icraçılarının məcburi şəkildə cəzalandırılmasını tələb edib. Söz yox ki, Azərbaycan ictimaiyyəti də araşdırmanın ilk nəticələrini səbirsizliklə gözləyir. Lakin İran tərəfi, sadəcə, boş-boş bəyanatlar verməklə nə cinayətkar barədə doğru-dürüst cəza tətbiq edir, nə də irəli sürdüyü “məişət zəmini” iddialarından geri çəkilir. Belə bir yanaşma isə rəsmi Tehranın bir daha Azərbaycana “qardaş” olmadığı faktını kifayət qədər isbatlayır. Onu da qeyd etmək lazımdır ki, Tehranda xarici diplomatik nümayəndəliklərə hücumlar ənənəsi qədimdir. Bura 1979-cu ildə Amerika səfirliyinin tutulması, 2011-ci ildə Britaniya səfirliyinin talan edilməsi və 2016-cı ildə Səudiyyə Ərəbistanı səfirliyinin yandırılması daxildir. İndi də əməkdaşın öldürülməsi ilə Azərbaycan diplomatik missiyasına terror hücumu!Bu gün İran reallıqda olmasa belə, özünü “müsəlmanların maraqlarını müdafiə edən və Yəməndən Livana qədər radikal qrupları himayə edən supergüc” kimi dünyaya sırımağa cəhdlər göstərir. Amma bu, həqiqətənmi belədir? Çünki supergüclər reallıqda rəsmi orduları, hərbi üstünlükləri ilə seçilirlər. Bəs İran? İran sadəcə yaratdlğı terror xarakterli təşkilatları ilə özünü “supergüc” kimi təqdim edir. Məsələn, İranın yaratdığı “Hizbullah”, “Hüseyniyyun” və s. kimi təşkilatlarının fəaliyyətlərinə nəzər saldığımız zaman biz bu faktları görməkdəyik. Hətta Latın Amerikası ölkələrində fəaliyyət göstərən terror təşkilatları ilə sıx əməkdaşlıq edən İran artıq rəsmi olaraq terror ölkəsi kimi tanına bilər!Əbəs deyil ki, artıq bir sıra Avropa ölkələri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi rəsmən tanıdığını bəyan ediblər. Azərbaycan səfirliyinə silahlı basqın həyata keçirən şəxsin də SEPAH salamı işarəsi ilə iranlı polisə işarə etməsi və ikincinin bu hücumun qarşısını almaması deyilənləri təsdiq edir.Artıq ox yaydan çıxıb və İran istəsə də, istəməsə də Azərbaycanın qarşısında cavab verməyə məhkumdur. Rəsmi Bakı istintaqın aşkar və qərəzsiz aparılmasını gözləyir. Bunu Azərbaycan xalqı da tələb edir. Vaxt isə daralır. İran regiona təhlükə yaratmaqdansa, özünü daha ağır vəziyyətə doğru sürükləməməli və unutmamalıdır ki, Cənubi Azərbaycandakı 40 milyonluq Azərbaycan soydaşımız da ayaqdadır!

sia.az

Digər xəbərlər