PDF Oxu

Köşə

  • 6 457

Erməni erməniliyində qalır KÖŞƏ

image

Desəm ki, erməniləri dünyada bizdən gözəl tanıyan millət yoxdur, əsla və əsla yanılmaram. Çünki 30 illik zaman kəsiyində bu, özünün təsdiqini o qədər dəqiq formada tapıb ki…

Məlum olanda ki, Türkiyədə baş vermiş zəlzələ səbəbindən axtarış işlərinə cəlb edilən bəzi erməni xilasedicilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb, bu, mənə heç də qəribə gəlmədi. Çünki qonşuluqdan kənar olmuş qonşularımızın xislətinə çox yaxşı bələdik. Min bir hiylə ilə işğal etdikləri torpaqlarımızdan silah gücünə, zorla çıxardıqları insanların bütün mal-mülkünü mənimsəmədilərmi? Tək canlarını götürüb çıxan soydaşlarımızın bütün sərvəti ermənilərə qalmadımı?

Qarabağ torpaqları ölkəmizin ən zəngin torpaqları olub, bunu hər kəs yaxşı bilir. Bu səbəbdən də orada yaşayan insanların evləri çox təmtəraqlı idi. Təbii ki, içi də çölü kimi zəngindi. O insanların qızıl, gümüş zinət əşyaları kimlərə qaldı? O evlərin bütün əşyası, mal-mülkü, mal-heyvanı ermənilər tərəfindən qarət olunmadımı?

Gəlin, ey insanlar, gəlin, gedin Qarabağa, baxın, görün oradakı insanların ev-eşiyini bu quldurlar nə hala salıblar. Hamısının qapı-pəncərəsini, dam örtüyünü söküb satıb-sovublar. Həm də kimə satıblar, bunu da hər kəs yaxşı bilir. Ən yaxın qonşularına, hansı ki, illərdir, bir qabdan yemək yeyirlər.

Onlar Qarabağı o vəziyyətə salıblar ki, bu torpaqlar xarabalığa bənzəyir. Sökülmüş, dağıdılmış, daşınmış evlərin ancaq divarları qalıb, onlar da uçuq-sökük vəziyyətdə.

Bununla kifayətlənməyiblər, xeyr, həmin torpaqların yeraltı-yerüstü sərvətlərini də 30 ildə daşıyıb dünya bazarına çıxarab satmaqla məşğul olublar. Meşələri məhv ediblər, çinar ağaclarını, qızıl yataqlarını mənimsəyiblər.

Beləliklə, onların köhnə peşəsinə biz o qədər gözəl bələdik ki… Eşidəndə ki, Ermənistandan Türkiyəyə xilasedicilər gedir, inanın, bir neçə gün sonra bu xəbəri eşidəcəyimə çox əmin idim.

Bundan əlavə, Ermənistanın Türkiyəyə yardım təşəbbüsü heç də ürəkyanarlıdan irəli gələ bilməz. Qurd dumanlı gün axtarar, deyərlər. Onların məqsədi fürsətdən istifadə edib Türkiyə ilə aralarındakı illərdən bəri davam edən soyuq münasibəti istiləşdirmək idi. Əslində, yaxşı düşünmüş və addım atmışdılar. Lakin içlərindəki tamahının öhdəsindən gələ bilməyənlər, hansı ki, bu, qandadır, cuşa gəldimi, qarşısını almaq mümkün deyil, yenə də erməninin erməniliyində qaldığını sübut etdi.

Yenə atalar demişkən, qaş düzəltdikləri yerdə vurub göz tökdülər. Mənim üçün o qədər maraqlıdır ki, İlahi, görəsən bunlar xəcalət deyilən hissi azacıq da olsa, yaşadılar? İnsanların məhv olduğu, həyatının bitdiyi, bir ömürlük zilm-zillətlə qurub-yaratdığı ev-eşiyinin bir anın içərisində tar-mar olduğu bir vaxtda, bir ailənin, bir nəslin yer üzündən silindiyi zamanda, ürək onların əşyalarını əyilib götürməyə necə izn verə bilər?

Bax, elə əsas məsələ də budur . Bəli, “ürək yanmasa, gözdən yaş çıxmaz”,- deyib, atalarımız. Ermənini türkün canının yanması niyə incitsin ki?.. Məgər tarixən dərdləri türkün məhv olması, yer üzündən silinməsi olmayıbmı? Məgər arzuları türkün qaragünlü olması olmayıbmı?

Belə isə nə üçün ürəkləri yanmalı idi?.. Yanmaz onların ürəkləri türkə. Türkiyəyə gedişləri də məqsədli olsan ermənilərdən bundan başqa nə isə gözləmək də ağılsızlıq olardı.

Lakin ümidvaram ki, Adıyamanda zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı ermənilərin hər biri qınayacaq. Çünki onların bu hərəkəti etdikləri yardımın arxasında dayanan məqsədə kölgə salmış oldu.

Qoy, bütün dünya bilsin. Bilsin ki, ermənidən gələn xeyir min bir ziyandan da zərərlidir. Onların məqsədi, məramı olmasa, bir addım belə atmazlar. Bunu onları hər kəsdən yaxşı tanıyan xalqın nümayəndəsi olaraq söyləyirəm. Qoy, hamı tanısın onları. Tanısın ki, bu xalqın quldur nümayəndələri tarixin bütün zamanlarında vardır və xislətləri dəyişməz olaraq qalır. Ayıq-sayıq olun, ey insanlar, erməni erməniliyndə qalır…

Mətanət Məmmədova

Digər xəbərlər