PDF Oxu

Köşə

  • 7 010

Erməni xisləti: Tovuz və Sədərək KÖŞƏ

image

Biz 30 ildə bu xislətə o qədər dərindən bələd olmuşuq ki, artıq bu xislətlə harada, nə zaman, nə törədiləcəyini də əzbər bilirik. Fevralın 21-i axşam saatlarından etibarən ermənilər tərəfindən Azərbaycan Ordusunun mövqelərinin 15 dəfə atəşə tutulması da gözlənilən hadisələrdən idi. Çünki 30 ilin hər anında Azərbaycanın hər hansı bir uğurundan sonra bu kimi hadisələrlə dəfələrlə rastlaşmışıq.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Məsələ aydındır, həm də gün kimi aydındır. Dövlətimizin başçısının Munxendəki görüş və danışıqlarda Ermənistan Respublikasının baş nazirini mat vəziyyətinə salması, Laçın və Zəngəzur dəhlizləri ilə bağlı söhbətlər, Qarabağda yaşayan ermənilərdən orada yaşaması üçün tələb olunanlar, idxal erməni söhbəti, Paşinyanın sakitliyi və bunun Ermənistanın digər rəsmilərinə çox pis təsirindən sonra hansısa bir hadisənin gözlənilməsi zəruri idi.

Elə iki gün öncə Tovuz və Sədərək rayonlarından gələn xəbərlər sübut etdi ki, erməni zamanından və məkanından asılı olmayaq erməniliyində qalır. Bu qonşuluqdan kənar olmuşların xisləti dəyişməzdir.

Düşmən hər zaman məqam axtarır. Axtarır ki, görüm, hansı həmləni endirməklə qarşı tərəfi narahat edirəm. Lakin bu dəfə məqam axtarmamışdı. Çünki 2020-ci ildə 44 günlük müharibədə onlara elə bir dərs verilmişdi ki, çoxdandır, yəni iki ildən artıqdır ki, ermənilərdən elə bir səs-səmir yox idi. Uğursuzluqlarının və məğlubiyyətlərinin kədərinə baş əyib oturmuşdular oturduqları yerdə.

Düzdür, hərdənbir onların azacıq baş qaldırdığını hiss etmişdik. O da tam əminliklə deyək ki, özlərinin ideyası deyildi. Erməni varlığının gündəmdən silinməsinə ürəyi dözməyən bacılarının ideyası idi. Məsələn, Qarabağa erməni ixracı, bundan sonra oradakı sərvətlərimizə edilən təcavüz və sair. O təcavüz ki, 70 gündən artıqdır ki, ekofəallarımız Şuşa-Laçın yolunda aksiyalar keçirir, ermənilərin təbiətimizə qarşı qanunsuz hərəkətlərinə etiraz edirlər. Və həmin aksiya ilk gündəki kimi böyük coşğu ilə davam etdirilir.

Bəli, ermənilər yenə əllərinə silah götürüb Azərbaycanın rayonlarını hədəfə aldılar. Və təbii ki, cavablarını da aldılar. Lakin bunun belə olacağını biz çox gözəl bilirdik. Çünki onlar zaman-zaman harada pərt ediliblərsə, yerin yeddinci qatına gömülüblərsə, sonrası belə bir hadisə ilə üzləşmişik.

Maraqlıdır, söz meydanında sözünü deməyə cəsarəti çatmayan, ingilis dilində kəkələyərək bir-iki cümlə ilə özünü gülünc vəziyyətinə qoyan, Azərbaycan dövlətinin rəhbəri qarşısında cücəyə döndüyünü bütün dünyaya sərgiləyən bunlar bu dəfə belə səhvə yol verməməli idilər axı.

Deməli, xislət məsələsi. Necə ki qaraçı qızını gətirib milyonları ayağının altına tökürlər, sonra bir kənardan baxırlar ki, o milyonlara gözünün ucu ilə də baxmır. Yastıqları düzüb onlara əl açır, dilənmək obrazını yaradır, ermənilərin də xisləti bu cürdür. Onlar məğlub olsalar da, əslində etdikləri hərəkətləri qorxudan titrəyə-titrəyə etsələr də, lakin xislət məsələsi onları vaz keçməyə imkan vermir.

Lakin elə onlara yalnız xislətləri qalır. Azərbaycan tərəfdə bütün işlər dövlətimizin başçısının iradəsi və siyasətinə uyğun şəkildə yerli-yerində, öz ahənginə uyğun şəkildə davam etdirilir.

Mətanət Məmmədova

Digər xəbərlər