PDF Oxu

Köşə

  • 7 473

Toivo Klaar ruslara işləyir? KÖŞƏDAR

image

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda səfərdə olmağına oldu, amma onun burada səsləndirdiyi fikirləri özü-özlüyündə, yaxud istər-istəməz assosiativ sual doğurur: məgər Toivo Klaar ruslara işləyir? Əslində nəzərə alsaq ki, hazırda bir çox beynəlxalq təşkilatlarda bu və ya digər şəkillərdə casusluq edənlər var, eləcə də belə faktlar kifayət qədərdir, onda həmin sual ətrafında bəzi mülahizələr aparmaq lap yerinə düşərdi...

Beləliklə, Aİ-nin rəsmi nümayəndəsi Bakıda jurnalistlərin suallarını cavablandırarkən Laçın yolunda yoxlamaların aparılması üçün Rusiya sülhməramlıları kontingentinin fəaliyyətinin daha vacib olduğunu deyib. Bir daha həmin ifadələrə diqqət yetirək: “... Misal üçün, yoxlama məntəqəsində əlavə avadanlıqlar quraşdırılmalıdır ki, ruslar (sülhməramlılar-R.R.) bu əraziyə nəyin keçirildiyini və ərazidən nəyin çıxarıldığını daha yaxşı yoxlasınlar. Və burada bir neçə yol var ki, onların dəqiqliklə müzakirə edilməsi əhəmiyyətlidir...”

Deməli, Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı ən sərt münasibət göstərənlərdən biri də məhz Avropa İttifaqıdır. Rusiyaya qarşı sanksiyaların tətbiqindən başlayaraq, Ukraynaya göstərilən hərbi yardımlara qədər ən fəal təşkilatlardan biri də Avropa İttifaqıdır və bu qurum faktiki olaraq tamamilə anti-Rusiya fonunda köklənibsə onda cənab Klaarın dedikləri onun haqqında müəyyən şübhələrin yaranmasına kifayət qədər zəminlər yaradır. Və belə olan halda qurumun öndəgedən adamlarından birinin birdən-birə rusiyapərəstlik mövqeyindən çıxış etməsi nəyə görə suallar doğurmasın ki?

Başqa tərəfdən, Klaarın həmin sözü artıq yuxarıda qeyd edilən faktorları da heçə endirir – yəni Avropa İttifaqı ilə Rusiyanın münasibətləri tamamilə qopmayıb, necə deyərlər, ilişən yeri var. İlişən yerin isə Azərbaycanın olması yumşaq ifadə edərsək həddini aşmaq anlamını daşıyır. Axı Toivo Klaarın məhz məlum ifadə ilə Bakıya uçmasını ayrı necə izah etmək olar?! Onun sözlərindən belə nəticə hasil etmək olar – Avropa İttifaqı heç bir halda Laçın yolunda Azərbaycana məxsus güc strukturlarının dayanmasına, yoxlamalar həyata keçirməsinə razı deyil, əks halda reinteqrasiya etməkdən boyun qaçıran Qarabağ separatçıları və onlara azərbaycanlıları öldürmək üçün silah göndərən Ermənistan hakimiyyəti küsə bilərlər. Üstəlik, dərindən küsən qarabağlı separatçılar Qarabağ ərazisini tərk də edə bilərlər. Əlbəttə, onları qətiyyən incitmək olmaz. Qoy istədikləri qədər RSK-nın himayəsi altında silah-sursatlar, minalar keçirsinlər və ara-sıra terrorçuluq fəaliyyətlərini də reallaşdırsınlar – Azərbaycan hərbçilərinə, ərazilərdə fəaliyyət göstərən mülki şəxslərimizə qarşı atəşlər açsınlar (???!!!-R.R.) Avropa İttifaqına bundan heç nə olmayacaq.

Bu fakt həm də belə bir fikir formalaşdırır – Avropa İttifaqının Rusiyaya heç yerdə, nə havada, nə quruda inamı, etibarı, etimadı yoxdur, bircə yerdən savayı ki, o da Azərbaycanın suveren ərazisi olan Laçın yolundan başqa!

Toivo Klaarın Avropa İttifaqı kontekstində Rusiya agenti olması iddiaları da qalsın bir tərəfə. Bəs eyni zamanda, Avropa İttifaqı, ABŞ və Rusiya arasında heç bir fərq qalmırsa onların nəyinə güvənməliyik ki..?!

P.S. Yol da bizim, seçim də bizm, haqq da bizim, Qarabağ da bizimdir!

Digər xəbərlər