PDF Oxu

Köşə

  • 8 152

Qorxunc nağıllar – KÜNCDƏN BAXIŞ

image

Uşaqlarımızı əxlaqsız nağıllarla psixotron terrora kimlər məruz qoyur?

Elçin Bayramlı

Son dövrlərdə Azərbaycanda mədəniyyət, ədəbiyyat, kino sahəsində milli-mənəvi dəyərlərimizə qarşı terror aparan qüvvələr peyda olub. Əxlaqslızlığı təbliğ edən çoxsaylı məqalələr, hekayələr, romanlar, kitablar dərc olunur, filmlər, kliplər, verilişlər çəkilir. Bunlardan ən dəhşətlisi uşaqlara yönəlmiş psixotron terrordur. Belə ki, son illərdə bu naməlum qüvvələr nağıllara girişib. Özlərindən çox sayda murdar, rəzil, əxlaqsız nağıllar uydurub Azəırbaycan nağılları adı ilə kitablara dürtüblər. Hələ bir neçə il əvvəl rüsvayçı uydurmalarla doldurulmuş “Azərbaycan nağılları" 5 cildiyi dərc olunanda bun sərt etiraz etmiş və müəlliflərin və tərtibatçıların cəzalandırılmasını tələb etmişdik. Lakin heç kim cəzalanmadı.

5 cildliyə daxil olan "Göy mıncıх", "Yetim qız", "Şəmsi Qəmər", "Bəхtiyar", "Quş dili bilən İskəndər" və sair nağıllarda nələr təbliğ olunur, uzun danışmaq istəmirəm, qısaca siyahını yazım;

1. Sadizm

2. Mozaxizm

3. Qətl

4. İşgəncə

5. Pornoqrafiya

6. Zorlama

7. İnsest

8. Quldurluq

9. Hiyləgərlik

10.Yalançılıq…

Yeni quraşdırılmış və qədim nağılllar kimi ortaya dürtülən bu müasir nağılları böyüklər oxuyanda psixologiyası pozulur, o da qalsın uşaqlar. Belə nağılları uydurub kitablara, dərsliklərə salanlar aşkar olunub sərt cəzalandırılmalıdır.

Qənaətimə görə, 20 ildən çoxdur ki, bu işlə məşğul olan mütəşəkkil dəstə var. Onlar xalqın mifologiyasına, folkloruna və ədəbiyyatına zərrə qədər aid olmayan şeyləri bu kitablara doldururlar. Belə uydurma pozğun nağılların yazılması və uşaqlara danışılması rəzillik və biabırçılıqdır.

Bunlar qarşılarına belə bir plan qoyublar ki, uşaqlardan başlayaraq Azərbaycan xalqına mənəvi terror etsinlər. Allen Dallesin məşhur “Məhvetmə” planında bu prosesin detalları dəqiqliyi ilə verilib. Belə nağıllarla murdar və rəzil şəkildə övladlarımızın psixologiyasını pozurlar.

Əslində, bunu araşdırmaq mənim işim deyil, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Güman edirəm ki, onlar Ermənistandan maliyyələşdirilir. Ya da hansısa xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı təbliğatçı agentləridir.

Ona görə də təhlükəsizlik və hüquq-mühafizə orqanları bu adamları tapıb cəzalandırmalıdır. Çünki açıq şəkildə xalqımız təhqir olunur, mənəvi terror aparılır.

Maraqlıdır, xalqımızın zəngin folkloru, o cümlədən zəngin nağıl bazası olduğu halda bu adamlar hansı məntiqlə bizə, ümumiyyətlə insanlığa heç bir aidiyyatı olmayan uydurduqları əxlaqsız nağılları bütün kitablara salırlar? Bəs müvafiq orqanlar hara baxır?

Məsələ təkcə nağıllarla da bağlı deyil, xarici ölkələrin istehsalı olan bir çox müasir cizgi filmləri də uşaq psixologiyasına ağır zərbə vurur ki, bu da tamam başqa yazının mövzusudur.

Ümid edək ki, tezliklə bu terrora son qoyulacaq. Hələlik isə, uşaqlarınızı əksər müasir multfilmlərdən, son dövrlərdə dərc olunmuş nağıllardan aralı saxlayın. Çalışın onlara keçən əsrdə çəkilən tərbiyəvi multfilmləri və nağılları verəsiniz. Əks halda, bu uşaqların psixotron terrora məruz qalaraq gələcəkdə cinayətkara, əxlaqsız məxluqa çevrilməsi ehtimalı son dərəcə böyükdür.

Digər xəbərlər