Yenə İran, yenə fars-molla rejimi! Mollaların çox sevdikləri bir kəlam var: “qırmızı cizgi”! Həm də bu “qırmızı cizgi”ni hayların mənafelərinin müdafiəsində tez-tez işlədirlər. O hayların ki, 30 ilə yaxın bir müsəlman ölkəsinin 20 faiz ərazisini işğal altında saxlayıb, bütün ərazini xarabazara çevirib, ən dəhşətlisi, məscidləri dağıdıb, təhqir edib. Özünü “islam bayraqdarı” kimi gözə soxmağa can atan molla rejiminin bu siyasəti (əslində siyasətsizliyi) çox mətləblərdən xəbər verir...
Yaxşı yadımdadır, 1991-ci il noyabr ayının ortalarında Yaponiya, İngiltərə, İsveç və digər yeddi ölkəni təmsil edən ondan çox media nümayəndəsi gəlmişdi Qarabağa. Nahar yeməyindən sonra Bakıya dönməzdən əvvəl mənə bir sualla müraciət etdilər. Müstəqilliyini yenicə elan etmiş Azərbaycanın bu müstəqilliyi qoruya biləcəyi, müstəqil dövlət qurulacağına nə qədər inanmağımızla bağlı bu suala geniş cavab verdim. Həmin cavabda Azərbaycanın müstəqilliyinin reallaşması yolunda ən böyük maneə kimi İranın adını çəkmişdim. Görünür jurnalistlər üçün mühüm olan bu məqam onların diqqətini xüsusi cəlb etmişdi və bir neçə öklənin mediasında bu fikirlərim dərc edilmişdi. Zaman göstərdi ki, mən və hələ o zaman mənim kimi düşünən insanlar yanılmamışlar. Bu, danılmaz faktdır ki, İranın fars-molla rejiminin istismarı altında yaşayan 30 milyondan çox Azərbaycan türkünün yanı başında güclü, firavan, stabil Azərbaycan dövlətinin olmasi rejim üçün qəbuledilməzdir və hər vəchlə bunun qarşısını almağa çalışır. Əslində, onların baxışı ilə yanaşanda mollaları qınamaq da olmur. Çünki hakimiyyətləri üçün ən böyük təhlükə olan, yüz ildən artıqdır ki, haqqı tapdanan bir millətin kükrəyən hiddətindən qorxmalıdırlar da. Amma dövlət və dövlətçilik baxımından o qədər savadsız, o qədər səriştəsizdilər ki, bu təhlükənin loyallaşdırılması ilə bağlı ağıllı-başlı bir siyasət qura bilmirlər. Hələ də dərk etmirlər ki, Azərbaycan cəmi 30 il ərzində fars mollalarının 100 ilə qət edə bilmədiyi bir sürətlə inkişaf edib və indi bu ölkə ilə hədə-qorxu, təhdid dili ilə danışmaq, sadəcə, özünə zərbə vurmaqdır.
2020-ci ilin payızındakı 44 günlük savaşdan zəfərlə çıxdıqdan sonra niqabı düşən mollaların post-müharibə dövründə attıqları addımları hər birimiz görürük və bilirik. Son iki ayda isə indiki dünyada heç bir dövlətin digərinə yönləndirmədiyi saysız-hesabsız təxribatlar isə, İrinliyan rejiminin özünün “qırmızı cizgi”ni çox aşdığına dəlalət edir. Bu gün Azərbaycanın hüquq-mühafizə təşkilatlarının yaydığı rəsmi məlumat isə hər kəsi şoka saldı. Sən demə mollalar Azərbaycanda “kərimə”(?) dövləti qurmaq üçün fəaliyyətə başlayıbmış. Ay sənin özün öləsən. Düşmən olsa da, duzlu deyib Qıdı kirvə: “Adə, bu gada dalidi, nadi...” Bu mollalar ya dəli olublar, ya da... Yox, elə dəli olublar. Belə “dövlət siyasəti”ni həyata keçirənlərə ağıllı demək mümkün deyil, dəlidilər ki, durublar. Koroğlu dəlisi yox e..., el arasında deyildiyi kimi, “devitbe”dilər. Adam nə zaman bu hala düşər? O zaman ki, düşür bir çamıra, ordan çıxmaq üçün yol axtarır, amma tapa bilmir. Nəticədə, fikirdən, düşüncədən, cavabsız suallardan beyin pozulur və adam olur dəli, yəni “devitbe”! Əcəba o dərd hansı dərddir ki, mollaları bu qədər təşvişə salıb və dəli eliyib? Onlar yaxşı anlayırlar ki, qədim türk yurdu olan Rey mülkündə yaratdıqları qondarma bir layihə-dövlətin taleyi həll olunmaqdadır və tarixi ədalətsizlik bərpa olunmağa doğru getməkdədir. Təkcə Azərbaycan türkləri deyil, İran adlanan ölkənin yarısını təşkil edən türk əsilli xalqlar bu ölkənin taleyini həll edən etnik toplumdur. Azərbaycanın sürətli inkişafı, Türkiyənin beynəlxalq gücə çevrilməsi həmin 40 milyonun oyanışı üçün ən böyük təhlükədir və bu təhlükənin qarşısını almağın yollarını arayırlar. Nə yazıqlar ki, islam fanatizmini gücləndirməkdən qeyri bir yol da bilmirlər...
Bir gün eşitsəniz ki, Xomeneyi, yaxud Raisi Paşiklə quda olub, buna da təəccüb etməyin. Onsuz da etnik qohumluqları olan fars-hay birliyini bir az da möhkəmləndirmək üçün bundan yaxşı vasitə ola bilməz. Zatən, Dərviş Məstəli babamızın göndərdiyi xəbərə görə, Anna Akopyanla hərəsi bir gecə siğəlik yaşayıblar. Görünür dadı damaqlarında qalıb və oğullarına da Annanın qızını alacaqlar ki, həm qudalaşıb hay-erməni qohumluğunu təzələsinlər, həm də Anna tez-tez onlara qonaq gəlsin... LƏNƏTULLAAAAH!...
Təhmasib Novruzov