Köşə

  • 3 088

Haaqa məhkəməsində erməni tamaşası Köşə yazısı

image

Ermənistan artıq ikinci dəfədir ki, BMT-nin Beynəlxalq məhkəməsinə Azərbaycan qarşısında tələb irəli sürmək üçün müraciət edib. Onlar bu dəfə Laçın yolu ilə bağlı hay-küy qaldırmaq düşüncəsindədirlər. Lakin daha bir fakt budur ki, məhkəmə sırf humanitar məqsədlərlə bağlı qərar verib və bu qərara qədər də Azərbaycan humanitar məsələlərə yer ayırıb. Faktlar isə kifayət qədərdir. Bu baxımdan, məhkəmənin çıxardığı hər hansı bir qərar, sadəcə, formal kağızdır...

Ermənistan hələ də nəyəsə ümid edir (?)

Məsələn, Haaqa məhkəməsi Azərbaycanın öz suveren ərazisində buraxılış məntəqəsi yerləşdirməsinə görə hər hansı qərar verə bilməz. Çünki bu qərar Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addım ola bilərdi!

Ermənistan isə hələ də nəyə isə ümid edir və tamaşa sərgiləyir. Onlara hələ də çatmır ki, məntəqə Azərbaycanın xarici dövlətlə - Ermənistanla şərti sərhədlərdə qurulub və bu da Azərbaycanın birmənalı hüququdur!

Azərbaycanın sərhəd buraxılış məntəqəsi öz işini davam etdirəcək

Beləliklə, Ermənistanın növbəti müraciətləri saman çöpündən yapışmağa bənzəyir. Uzağı Haaqa məhkəməsi yenidən humanitar məqsədlərin reallaşdırılması üçün qərar verər və ermənilər də 2-3 gün bu qərar ətrafında "qalibiyyət sevinci" yaşayar, amma fakt dəyişilməz qalacaq - Azərbaycanın sərhəd buraxılış məntəqəsi öz işini davam etdirəcək.

Əslində, ermənilər özləri də nəyin-necə olduğunu çox gözəl anlayırlar. Onlar da bilirlər ki, bütün bunlar boş işlərdir. Sadəcə, BMT-nin Beynəlxalq məhkəməsinə müraciətin edilməsi bir tamaşadır - Ermənistan hakimiyyətinin iş gördüyünü sərgiləmək tamaşası. Lakin bu tamaşanın nə qədər uğursuz olması da göz önündədir....

Afət Tahirqızı

Digər xəbərlər