Elçin Bayramlı
Son illərdə dünyada cövlan edən və 8 milyard insanı bir anda “zərərsizləşdirən” virusun bütün dünya üzrə ümumi çəkisi 1 qram idi. Məlumatlara görə, təkcə bir bioloji laboratoriyada 2,5 ton virus saxlanılır. Dünyada isə yüzlərlə hərbi-bioloji laboratoriya və minimum 1500 növdə təhlükəli virus var. Covid-19 onların hələ ən zəiflərindən biri idi.
Bəziləri ultrasürətli yayılma və dərhal öldürmə qabiliyyətinə malikdir və bütün bəşəriyyəti, bütün canlı aləmi bir neçə günə məhv etmək gücündədir. Çox dəhşətli bakterioloji silahlar da var ki, qısa vaxtda bütün canlı aləmi məhv edə bilər.
Koronavirusla qlobal təlim məşq prosesini keçdilər deyə daha güclülərini buraxa bilərlər və özləri nəhəng yeraltı bunkerlərinə çəkilə bilərlər. O bunkerlərin yüzlərlə, minlərlə insana uzun illərə yetəcək qədər qida, dərman, su, oksigen və s həyati vacib şeylərlə təminatı çoxdan həll edilib.
Yəni dünya ciddi təhlükə qarşısındadır. Əllərində nəhəng elmi-texniki imkanlar olan qlobal qüvvələr hazırda açıq şəkildə nəyəsə hazırlaşırlar. Qlobal faciə törədilə bilər. Bu nüvə müharibəsi də ola bilər, dəhşətli öldürücü və yayılma gücünə malik virus terroru da, süni yaradılacaq qlobal kataklizmlər də.
Sual verə bilərsiniz ki, bəs niyə bunu etmirlər. Əvvəla, hələ vaxtı deyil, 4-cü sənaye inqilabı tam başa çatmayıb, robotlar hələ ki insanları tam əvəz edə bilmirlər, ikincisi də özləri də ölmək fikrində deyillər. Bunlar prosesi elə aparmaq istəyirlər ki, özləri sağ qalsın, qalanları ölsün. Onlara isə robotlar xidmət göstərəcək, onlar insanlar kimi təbiəti zəhərləmirlər, maaş, pensiya, qida dərman, istirahət tələb etmirlər, planetin bioloji resurslarını işlədib qurtarmırlar.
Ona görə də, hələ ki, daha humanist və sakit üsullarla işləyirlər, əsasən bioloji terror və ekoterrorla prosesi davam etdirirlər. Buraya qida terroru, psixotron terror, dərman və peyvənd terroru, süni təşkil olunmuş təbii fəlakətlər, şüa "terapiyası", frekans yönəldilməsi və s daxildir.
Dövlətləri sıradan çıxarmaq, bütün insanları (hətta heyvanları da) nanoçiplərlə mərkəzi kompüterə bağlamaq və süni intellekt vasitəsilə Vahid Dünya Dövləti adından tam idarə etmək (Total Kontrol proyekti).
Ümumiyyətlə, planı 2045-dək başa çatdırmaq fikrindədirlər (AVATAR 2045 proyekti). 2050-dən sonra tamam başqa dünya olacaq. 4-cü sənaye inqilabi və 5G texnologiyası ilə məqsədə lap yaxınlaşıblar. 5-ci sənaye inqilabında və 6G-də artıq insan olmayacaq. Əvvəlcə yarıinsan-yarırobot kiborqlar olacaq, onlar da ümumi sistemə bağlı idarəolunan formada (İnsan 2.0 proyekti). Sonrakı mərhələdə tam intellektual robotlar. Hər şeyin Matriks filmindəki kimi başa çatacağına artıq analitiklər şübhə etmirlər.
Yəni, insan generasiyasının sonuncu nümayəndələri bizik. Transhumanistlər açıqca deyirlər ki, Yaradan insanı natamam və zəif yaradıb (İnsan 1.0), biz daha mükəmməl insan yaradacağıq (İnsan 2.0). Artıq gizli laboratoriyalarda insan beynini kompüterə köçürmək və əksinə insan beyninə kompüterdən proqram yazmaq prosesləri başa çatdırılmaq üzrədir. Gen mühədisliyi dəhşətli həddədək inkişaf edib, süni insan yaratmaqdan tutmuş, insanın genlərini dəyişib onu fərqli varlığa çevilə bilmək kimi elmi imkanlara malikdirlər.
Bu planlar baş tutsa, insan olaraq öz sonuncu əsrimizi də yarımçıq yaşayacağıq, əsrin 2-ci yarısı artıq təbii insan mövcud olmayacaq. Əlbəttə özlərindən, yəni seçilmişlərdən başqa. Bu seçilmişlərin siyahısı artıq hazırdır, lakin konkret rəqəm haqda hələlik dəqiq məlumat yoxdur.
Yəni, qlobal satanistlərin plani belədir və bunu heç gizlətmir və açıqca hər yerdə deyirlər də. Nail olacaqlarmı, dəqiq deyə bilmərəm, amma bizim şansımız çox azdır. Çünki, onlar açıqca xidmət etdikləri şeytanın tapşırıqlarına dəqiq və canla-başla əməl edirlər, biz də Yaradanın təlimatlarını vecimizə də almırıq, öz bildiyimizi edirik.
Bizim axmaqlığımız, qorxaqlığımız və nəfsimizə qul olmamız sayəsində dünyanın elmi, texnologiyası, maliyyəsi, hərbi gücü, qida və dərman sənayesi tam olaraq bunların əlindədir. İnsan beyninə nəzarət edib idarə etməklə bağlı texnologyaları da hazır olmaq üzrədir. Əgər bəşəriyyət ağıllanmasa geri dönüş olmayacaq. Bunun üçün çox az vaxtımız qalıb.
Sonuncu döyüş çox ağır olacaq...