Əli Kərimlinin qurultayda alternativ namizəd olmadan sədr təyin olunması cəbhəçilər arasında yeni narazılıq yaradıb
30 ildən çoxdur ki, küçələrdə, meydanlarda veyillənən, aradabir ağızlarını açıb zibillərini ifraz edən dağıdıcı müxalif ünsürlər son günlər bir qədər avara həyat tərzlərini sosial şəbəkələr üzərində “fəaliyyət”lərini gücləndirməklə əvəzləyiblər. Bu da onu göstərir ki, müxalif dairələr xairici ağalarından yeni maddi yardımlar alıblar. Əks təqdirdə, isti yerlərini soyuq edib boşboğazlıq etməyə lüzum görməzdilər. Fakt inandırıcıdır ona görə ki, müxalifət heç bir açıqlamalanı və ya aksiyanı maliyyə yardımları əldə etmədən etməzlər. Uzun illərdir ki, müxalifətin dağıdıcı qanadı işlərini və fəaliyyətlərini anti-Azərbaycan dairələrin tələblərinə uyğun qururlar. Milli satqınlar əməkdaşlıq qarşılığında ağalarından külli miqdarda qrantlar alırlar.
Əli Kərimli 22 ildir ki, eyni havanı ifa edir
Bir neçə gün əvvəl mətbuat vasitəsi ilə yayılan məlumatda ABŞ- ın NED təşkilatının Azərbaycan müxalifətinə bağlı olan siyasiləşmiş QHT-lərə 1 milyon 100 min ABŞ dolları qrant ayırması və paylanması da aşkarlanan və üzə çıxarılan növbəti faktlardandır. Bəzən bu qrantlar müxaliflər arasında çəkişmələrə, qarşıdurmalara səbəb olur. Başqa sözlə, dağıdıcı müxalifət və onlara bağlı olan siyasiləşmiş QHT-lər daxilində xaricdən qrant alınması və istifadəsi üstündə dərin ziddiyyətlər, dartışmalar, çəkişmələr mövcuddur. Müsavat- AXCP qarşıdurması da məhz qrant bölgüsü uğrunda aparılan mübarizədə qoyulub. Qrantla bağlı söz-söhbətlər də bu kimi qalmaqaldan sonra ortaya çıxır. AXCP fəalları Yadigar Sadıqov, Aydın Əliyev qeyd ediblər ki, müxalifət düşərgəsində imkanlı və geniş xarici əlaqələri olan qrant mafiyası var. Keçmiş AXCP funksioneri Razi Nurullayev isə bildirib ki, müxalifət daxilindəki qrant mafiyasının başında AXCP sədri Əli Kərimli dayanır. Mövcud sübutlara istinadən qeyd etmək olar ki, hazırda anti-Azərbaycan dairələrlə ən sıx əməkdaşlıq edən AXCP sədri Əli Kərimlidir. Əməkdaşlıq qarşılığında qazanılan maliyyə vəsaitini də Ə.Kərimli öz cibinə qoyur. Həmin çirkli pullar hesabına xarici ölkələrdə ailəsinə dəbdəbəli həyat quran Ə.Kərimli Türkiyədə, İngiltərədə obyektlər, bahalı evlər almağı da unutmur. Deyilənlərə və sosial şəbəkələrdə yazılanlara görə, iyulun 24-də keçirilən AXCP-nin şou xarakterli qurultayını da xarici maraqlı dairələr maliyyələşdiriblər. Yəni, Ə.Kərimli qurultayın keçirilməsində də mənfəət əldə etməkdən çəkinməyib.
AXCP-nin rüsvayçı qurultayı Əli Kərimlinin əcəl zəngi olacaq
AXCP-nin qurultayı adlı şousunda bir-birindən rəngarəng gülüş doğuran müzakirələr və qərarlarla yadda qaldı. İlk olaraq kürsüyə çıxan Ə.Kərimli yalnız ağlına deyil, ağzına gələnləri də danışdı. ABŞ-ı təriflədi, Qərb haqqında tərifli sözlər söylədi. Bircə o qaldı desin ki, Makron qardaşımdır, Bayden də ki, ağsaqqalım. Azərbaycanın əldə etdiyi parlaq hərbi, siyasi, diplomatik qələbəyə qısqanclıqla yanaşan qrant mafiyasının dəllalı, ancaq bu istiqamətdə şər və böhtanlar səsləndirdi. Onun bu cür çıxış edəcəyi gözləniləndir. Xaricdən maddi və mənəvi dəstək alan Ə.Kərimlidən fərqli fikirlər gözləməyə də dəyməz. Ancaq bir məsələ diqqəti çəkirdi ki, Ə.Kərimli ötən qurultaydan sonra sədr olaraq partiya həyatı və üzvlərin siyasi fəaliyyətlərinin artırılması üçün hansı işlər görüb? Susdu, danışmadı. Çünki sosial şəbəkə fenomeni olmağa çan atan bu məxluq partiya həyatı üçün heç bir iş görməyib. Qurultay iştirakçıları da ona bununla bağlı sual vermədilər, sorğu da ünvanlamadılar. Bu da qurultaya ancaq Ə.Kərimliyə yaxın olan şəxslərin seçildiyini göstərirdi. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, qurultay planlaşdırılmadan keçirildi. Yəni, yerlərdə qurultaya hazırlıq üzrə konfranslar keçirilmədi. Sadəcə, hansısa maraqlara görəsə xarici ağaları Ə.Kərimliyə AXCP-nin qurultayının keçirilməsi barədə göstəriş veriblər, o da göstərişi yerinə yetirmək məcburiyyətində qalıb. Ancaq qurultaydan sonra sosial şəbəkələrdə sıravi cəbhəçilərin apardıqları müzakirələrə əsaslanaraq demək olar ki, AXCP üzvləri qurultayın gedişindən və Ə.Kərimlinin yenidən sədrlikdə qalmasından narazı qalıblar. Bu narazılıq yeni istefa dalğasının yaranmasına gətirib çıxara bilər. Yəni, qurultay Ə.Kərimlinin əcəl zəngi ola bilər.
“Qurultay daha çox muzdlu şəxslərin növbəti yığıncağı idi”
Vəhdət partiyasının sədri Tahir Kərimli “Səs” qəzetinə açıqlamasında Ə.Kərimlinin keçirdiyi mini-qurultayın şou xarakteri daşıdığını və bu şounun da Ə.Kərimlinin ziyanına işlədiyini bildirib: “Ə.Kərimli özünü sədr seçdi. Onun sədrliyi legitim deyil. Çünki AXCP adlı təşkilat artıq mövcud deyil. Bu qurultayda partiyanı yaradanlardan heç kəs yox idi. Bir sözlə, həmin yerə yığışanlar sədri qəbul edən şəxslər idi. Ona görə də, onların bu qurultayını Ə.Kərimlinin ətrafında olan muzdlu şəxslərin növbəti yığıncağı adlandırmaq olar”.
T.Kərimli onu da bildirdi ki, Əli Kərimlinin qeyri-demokratik yollarla sədr seçiləcəyi əvvəlcədən bəlli idi: “Doğrudan da, AXCP-də antidemokratik mühit hökm sürür. Nəticədən narazı qalanlar çıxış yolunu AXCP-dən istefa verməkdə görürlər. Vəziyyət bir qədər də belə davam etsə, Əli Kərimlinin qrupu dağılacaq”.
T.Kərimlinin qeyd etdiyi kimi, Ə.Kərimli saxta yolla sədr seçilib. Birincisi, Ə.Kərimlinin sədr kimi hesabatı qurultay iştirakçıları tərəfindən qəbul edilib-edilmədiyi məlum deyil. Bu barədə təşkilatçılar açıqlama vermirlər. İkincisi, Ə.Kərimli alternativ namizəd olmadan sədr seçilib. Demokratik dəyərlərdən, azad seçkidən dəm vurub, hay-küy salan Ə.Kərimlinin alternativ namizəd olmadan sədr təyin olunması təsdiq edir ki, Ə.Kərimlinin danışdıqları boşboğazlıqdan başqa bir şey deyil. Ətrafında olanlar ancaq onun dediklərini Tutuquşu kimi təkrarlayanlardır. Bu baxımdan, onun yanında siyasi fəaliyyəti ilə tanınmış şəxs yoxdur. Müstəqil fikir söyləyənlər AXCP-dən uzaqlaşdırılırlar. Elələri də olub ki, Ə.Kərimlinin AXCP-yə özünün şəxsi biznes obyekti kimi baxmasına etiraz edərək, partiyadan istefa verirlər. Misal kimi bu günlər AXCP fəalı və “Milli Şura” üzvü Vahid Məhərrəmlinin, AXCP üzvü Elçin Bünyatovun, Xasay Məmmədlinin və digərlərinin istefa vermələrini göstərmək olar. Yaxın günlərdə Təzəxan Mirələmlinin və Məmməd İbrahimlinin də AXCP-dən istefa verəcəkləri proqnozlaşdırılır. Çünki sözügedən şəxslər rüsvayçı qurultayın nəticələrindən narazı qalıblar. Artıq demək olar ki, AXCP-nin sonu yaxınlaşır. Bəlkə də qurultay gözlənilən fəlakətin aradan qaldırılmasına yardımçı ola bilərdi. Lakin Ə.Kərimlinin iddiaları, partiyaya özünün şəxsi obyekti kimi baxması problemin aradan qaldırılmasına imkan vermədi. Bu isə şansın qaçırılması və AXCP-nin arxivə göndərilməsi deməkdir.
İ.ƏLİYEV