Allah sənə rəhmət eləsin, ay Şükür kişi. Yana-yana deyirdin ki, kim desə ki, dünyada haqq-ədalət var, inanmayın, iki üzü olan dünyadan haqq-ədalət ummaqdan da böyük ağılsızlıq yoxdu. Biz də sənin bu qızıl kimi sözlərini başa düşməyib, əlimizi yelləyib gedərdik. O zamankı tay-tuşlarımı bilmirəm, amma mən yaşadıqca Şükür kişinin dediyi bütün kəlamların qeyd-şərtsiz həyat fəlsəfəsi olduğunu anlayıram. Düzdü, həqiqət haqqında çoxları çox söz deyib. Məsələn, yanılmıramsa Bernard Şounun da belə bir kəlamı var: “Ən gülməli zarafat həqiqətdir!” İndi Bernard müəllim Avropanın ortasında yaşayıb deyə onun kəlamını göylərə qaldırırıq, amma Şükür kişi sadə bir kəndliydi deyə qızıl kimi kəlamlarını vecə almamalıyıqmı? Dünya haqqında da çox tanınmışlar çox kəlamlar deyib. Təkcə Azərbaycanda elə bir şair, qələm adamı tapmaq mümkün deyil ki, dünyanın məziyyətlərindən söz açmasın. Və belə olan halda “dünya” və “həqiqət” adlı iki kəlmənin bir-biri ilə yanaşı çəkilməsi, zənnimcə insanlığın ən acı zarafatıdır. Necə ki, hayların “humanitar yardım” şousunu “zarafat”a salıb, dünyanın bəzi-bəzi özlərini ali dövlət hesab edənlər dünyanı “zarafat”la ələ salırlar. Məsələn, firənglərin arxasını qoruya bilməyən qabaqda gedəni Makaron Vermeşilyan gözündəki tiri atıb kənara, yapışıb hayların “tır”ından. Nə var, nə var, erməni biznesmenlər ona beş-üç quruş ikram eliyiblər və bir də onu firənglərin qabağına itəliyiblər. Bu firənglərin də arasında hamısı gey deil axı, bir-ikisi də kişiliyini işə salıb qabağa düşən bu firəng cinsi azlığının nümayəndəsinin məsələsin həll eliyirlər. Di gəl ki, onun o məsələsin həll edən firəngləri buraxıb düşüb türklərin, o cümlədən bizim üstümüzə. Guya ki, bu firəngistan Təhlükə(sizlik-T.N.) Şurasında olduğuna görə kimə, nə istəsə deyə bilər. Sual eliyən yoxdu ki, ay həpənd oğlu həpənd, biz beş-on tırı yükləyib firəngistana demədən Korsikaya gətirsək, neyniyərsən? Bəyəm Napoleonun varisləri olan korsikalılar haylardan ölü camaatdı? Yoxsa hayların qaşı-gözü qara, onlarınkı qırmızıdır? O boyda Fransanın milyonlarla əhalisini küçələrdə döydürüb, qazamatlara soxduran Makaron, həyasız-həyasız “Azərbaycanın insan haqlarını kobud şəkildə pozması” haqqında moizələr oxuyur. Afrikanın, az qala yarısını öz koloniyasına çevirib, indi də Qafqazda erməniləri koloniyası eləmək istəyinin əziyyətini biz niyə çəkməliyik axı? Keç özünə, makaron, bizdə “üç tu”zdu! Ələkçinin qıl verəni də olur axı. Bu firənglərin isə qılbazları lap çoxdu. Hamısı da özündəkini görməyib, bizdəkinə laf deməyə çalışır. Məsələn, ispanlar kimi! Bunların da siyasilərinin sərsəmləməsi elə firənglərinki kimi gülməli zarafatdı. Kataloniya xalqının dinc, demokratik yolla azadlıq mübarizəsini qanla, həbslərlə yatırdan ispanlar, on minlərlə azərbaycanlı qadını, uşağı, qocanı gecə yarısı qətlə yetirənlərə bizdən humanitar dəstək tələb edir. Bunlar nə qədər şərəflərini itirmiş məxluqlardı, ilahi? Kanada ordan cuqquldayır, firənglərin təsiri altında olub Avropa İttifaqı adlanan qurumun da bəzi siyasiləri bu cuqqultuya banlamaqla cavab verirlər. Bunlara bir, yox bir neçə sualım var. Düz otuz iki ildir ki, Azərbaycanın bir parçası olan Naxçıvanın yüz minlərlə əhalisinin blokada şəraitində yaşadıöını bilmirdinizmi? Bilmirdinizsə, kor olduğunuzu etiraf edin, bilirdinizsə, susmağınızın səbəbini deyin. Qarabağda yaşamış və məhz ermənilər tərəfindən arxalarındakı rus qaqalarının köməyilə yurdlarından didərgin salınmış bir milyon əhalinin fəryadı niyə otuz ildə kar qulaqlarınıza çatmadı? Azərbaycanın iyirmi faiz ərazisindəki bütün yaşayış evlərini, məscidləri, məktəbləri, mədəniyyət obyektlərini, qəbirstanlıqları dağıdan, flora və faunamıza olmazın ziyanlarını vuran erməniyə, indi hansı vicdanla bizim yardım etməyimizi istəyirsiniz?
Sual çoxdu. Amma bilirəm ki, ya eşitməyəcəksiniz, ya da eşidib eşitməzliyə vuracaqsınız. Ona görə də burda suallara son qoyub, qayıdıram dünyanın həqiqət adlanan gülməli zarafatına. Həqiqət indi yoxdu, amma o gələcək. Onu biz gətirəcəyik. Sizin kimilərin kar, kor, şikəst hala saldıqları haqqı və ədaləti bərqıərar etmək üçün qətiyyətimizlə, mərdanəliyimizlə, ən başlıcası sizin kimilərə yabançı olan şərəfimizlə, ləyaqətimizlə bərqərar edərək gətirəcəyik, buna əmin olun!
Təhmasib Novruzov