PDF Oxu

Köşə

  • 4 231

“Qisas” əməliyyatından ötən bir il KÖŞƏ

image

Erməni adlı yaranmış elə ki, qonşuluğumuzda vaqe oldu, elə o vaxtdan da problemlərimiz başladı. Çünki bu yaranmışların xəmiri aclıq, səfalət, tamah, iştah, başqasının olanlarına göz qoymaq kimi xislətlərlə yoğurulub.

Hər dəfə yazılarımda vurğulamışam, bu dəfə də deməsəm, olmaz. Əslində ermənilərə “qonşumuz” demək heç bir məntiqə sığmır. Çünki bizim onlar adlı qonşumuz olmayıb. Biz onları özümüzə qonşu etmişik. Belə ki, bu azğıntılara yazığımız gəlib süfrəmizin kənarında qır-qırıntı ilə bəsləyəndə gərək tarix kitablarını açıb oxuyardıq. Görərdik ki, bunlar harada sığıntı olublarsa, sonradan orada iddiaçı olublar. Beləliklə vaxtilə tarixə müraciət etməmək kimi səhvimiz ucbatından bunlara üz verdik, yazığımız gəldi və nəticədə onlar da bu gün bir qarış, sabah bir qarış torpağımıza sığındılar. Bir də gördük ki, bizə qonşu olublar. İndi tarixin hansı səhifəsini çevirsək, açıq şəkildə görərik ki, əslində, “erməni” adlı yaranmış əzəli torpaqlarımız üzərində bizə qonşu olub.

Qonşu oldu, olmadı, başladılar torpaq iddialarına ki, budur, hələ də davam edir. 2020-ci ildə 30 il işğal altında saxladıqları torpaqlarımızı başlarına dəmir yumruq endirərək azad etdik. 30 ilin əvvəlində də, sonunda da müharibəmiz oldu bu yaranmışlarla. Minlərlə şəhid verdik, qazimiz oldu.

Lakin gəlin görək bu yaranmışlar 44 günün hər anında və sonundakı böyük məğlubiyyətləri ilə barışıb rədd olurlarmı? Əsla, bu fikirdə deyillər. Müharibədən sonra hər an əlləri təxribatda olub. Elə ötən ilin 3 avqustundakı əməlləri kimi...

Həmin gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü. Düşmən layiqli şəkildə yerində oturduldu.

Bu barədə dövlətimizin başçısı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində demişdir: “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir”.

Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırdaladan dövlətimizin başçısı “Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq”,- deyə bildirdi.

Dövlətimizin başçısı hər dəfə bizim istəyimizin erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələri olduğunu vurğulayır və qeyd edir ki, bu, Ermənistanın öhdəliyidir və 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

Beləliklə, “Qisas” əməliyyatını xatırlayaraq belə bir qənaətə gəlirik ki, qonşu düşmənin hər bir əməlinin qarşısı belə “Qisas”larla alınacaq. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Odur ki, çəkilib öz torpağında (hansı ki, o da bizimdir) oturmalıdır.

Mətanət Məmmədova

Digər xəbərlər