PDF Oxu

Köşə

  • 39 755

“Azadlıq” qəzetinə... KÖŞƏ

image

Həqiqətən təəccüblü bir şey yoxdur, doğrudur, satqınlıq elə bir ucuz keyfiyyətdir ki, milli-mənəvi hissləri zaman-zaman gəmirib puç edir, bir də baxırsan, yerdə heç nə qalmayıb. Elə bu zaman BABƏK kim olursa-olsun nə qədri bilinir, nə də qiyməti: istər bir qəhrəman olsun, istər o qəhrəmanı səhnədə canlandırıb illərdən bəri yaşadan aktyor olsun, istər də 30 il əvvəl AXCP-nin hakimiyyət naminə xalqın başını aldadıb əlindən alaraq qonşuya satdığı torpaqları qaytaran əsl BABƏK olsun... Fərq etməz, bu BABƏKlərin hər biri müxalifətin satışa çıxardığı bir xalqın övladlarıdır.

Qaldı səngərlərin, döyüşlərin, mübarizələrin, zindanların Babəkinə, bəli, səngərlərin Babəkidir, qazidir. Döyüşlərin Babəkidir, çünki müharibədə iştirak edib. Mübarizələrin Babəkidir, çünki mübarizə aparıb. Lakin maraqlı bir nüans var ortada. Bu Babək necə olub ki, AXCP-nin toruna düşüb? Yaxşı, özü bu barədə fikirləşməyib, heç ona sual verən də olmayıb ki, sən nə üçün səngərdə olmusan, nə üçün döyüşmüsən, nə üçün mübarizə aparmısan? Bu sualları ya özü-özünə, ya da bir başqası versəydi, cavabı bilirsiniz də nə idi?.. Bu idi ki, vaxtilə AXCP-Müsavat cütlüyünün əl-ələ verib satdığı torpaqları düşməndən almaq üçün səngərdə olub, bu torpaqlar üçün döyüşüb, mübarizə aparıb. Bəs necə olub ki, bunları Babək Həsənov hər kəsdən yaxşı bildiyi təqdirdə AXCP tərəfdə olub, hətta vəzifə ilə onun gözü də boyanıb?

Qaldı zindanların Babəkinə, bunu da AXCP daha yaxşı bilir ki, özünə sərf edəcək “maddələrlə” nəyə nə ad qoyur. Birincisi, Azərbaycanın hüquq-mühafizə orqanları əsassız yerə adam həbs etmir. İkincisi, ölkəmizdə şəhid-qazi ailələrinə verilən dəyər, göstərilən qayğı göz önündə olduğu üçün düşünmək olar ki, AXCP bu dəfə quşun gözünü hədəfləyib. Amma...

Unutmamış onu da vurğulayaq ki, bu, daha maraqlıdır, Babək Həsənovun kirayə qaldığı evin sahibini fərarilikdə ittiham edənlərin özlərinin adı nədir? 90-cı illərdən üzübəri 30 il bu xalq onların “bəxş” etdiklərini yaşayırsa, bu ittihamçılar qrandlarla cümlə qurub danışırlarsa, SOROS-un və bunun kimi neçə-neçə təşkilatların sadiq xidmətçiləridirsə, azad Qarabağa baxmaq istərkən gözləri qamaşırsa, bunların adı nədir? 30 il soydaşlarımıza köçkün həyatı verən, yurd həsrətlisi edən, qapılarını bağlı qoyan, balalarını gözləri önündə süngərə keçirən erməniyə bir vaxt satdıqları Laçından bu gün yol açmağı tələb edən, saqqallı bandit dəstələrinin bir nümayəndəsi olan Vaqif Xaçaturyana azadlıq istəyən, erməni soyqırımını dəstəkləyənlərin adı nədir? Maraqlıdır, bunu hər kəsin bilməyə haqqı var.

Bütün xalq düşünürdü ki, Qarabağ Zəfərindən sonra bu AXCP utandığından ta bir də ortada görünməyəcək. Lakin belə olmadı axı. Qarabağda müharibə gedə-gedə bunlar yenə beynəlxalq qrandlarla “utanmasan oynamağa nə var ki...” tamaşasını səhnələşdirdilər. Döyüş meydanında bunların səhvi ucbatından minlərlə balamız şəhid, qazi olduğu halda, bunlar başladılar yeni səhvlərlə addımlamağa. Hansı ki, xalq müxalifətin iqtidar ətrafında birləşməyini gözləyirdi. Hamı birləşdi, bir olduq, Qarabağ üçün dəmir yumruğa çevrildik, bircə bunlar kənarda qaldılar. Nə üçün?

Dünənki Babək məsələsinə gəlincə, sizə çox yer edib, aydındır. Nə üçün qəbul edə bilmirsiniz ki, bəli, torpağını xilas edən, ərazi bütövlüyünü təmin edən şəxs məhz Babəkdir. Həm də ondan da böyük qəhrəmandır. Çünki o Babəkdən fərqli olaraq eyni zamanda həm müharibə meydanının müzəffər sərkərdəsi, həm də dünyanın çoxsaylı media mənsublarının suallarını böyük siyasi səriştə ilə, tarixi faktlarla cavablandıran dövlət başçısı idi.

Bu Babək məsələsi həqiqətən AXCP-yə yaman yer edib. AXCP üzvü Məmməd İbrahim də təsirlənərək digər sənətkarlarımızla bağlı yazır: adam nə orden aldı, nə də sındı. Kişi kimi yaşadı, kişi kimi də öldü. İbrahim “bəy” düşünə bilər ki, dövlət tərəfindən verilən dəyər adamı “sındırır”. Düşüncəsiz yanaşmadır. Bu, ən azından xalqın mədəni irsinə çoxsaylı töhfə vermiş Rasim Balayev kimi böyük sənətkara hörmətsizlikdir. Bir də İbrahim “bəy” çox hissə qapılıb, düşünə bilməyib ki, ətrafında dövlət tərəfindən onlarla töhfə alanlar var. Yəqin onlar da İbrahim “bəyə” görə sınmışlar və kişi kimi yaşamayanlardır?..

Mətanət Məmmədova

Digər xəbərlər