PDF Oxu

Köşə

  • 3 304

Vətən satqını Əli Kərimli həyasızlığı... KÖŞƏ

image

Yadımdadır, görkəmli alim, böyük yazıçı, pedaqoq və əsl ziyalı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti» əsərini böyük sevgi, məhəbbətlə sevə-sevə oxuyardıq! Ən çox da orada hamının hisslərinə toxunan bir məqam var idi: azərbaycanlı ana daim sevib əzizlədiyi, öz əli ilə toxuduğu xalçanı ehtiyac üzündən bazara çıxararaq satmalı olur. Pullu alıcıya rast gəlir! Amma onun əcnəbi olduğunu biləndə, Azərbaycan xalısının vətəndən kənara aparılacağını hiss edəndə fikrindən daşınır: "İtə ataram, yada satmaram!” - deyir.

Elə o vaxtdan bu ifadə zərb-məsələ kimi vətənpərvərlik tərbiyəsinin bir elementinə çevrilib. Bu gün Azərbaycan müasir, demokratiya yolu ilə irəliləyən Cənubi Qafqazın lider dövləti, bölgədə söz sahibidir! Ancaq Vətəni satanlar, cinayətkarlar "Vətən mənə nə edib" sualı ilə ökəsinin pis gününə sevinən, uğuruna ürəyi partlayan AXCP sədri Əli Kərimli, hələ də nə yaşına, nə başına hörmət etməyən Cəmil Həsənli, hələ də siyasi mənsubiyyəti bilinməyən Tofiq Yaqublu, ailə münaqişələrin "ulduzu" Fuad Qəhrəmanlı, savadsız Qənimət Zahid, şəbəkə virusların «dəstəkçisi»- Sevinc Osmanqızı, rəzil qadın Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi satqınlar sosial şəbəkələrdə çıxışları ilə riyakarlıqlarını nümayiş etdirirlər. Çünki bu, o radikal müxalifətçilərdir ki, xarici mərkəzlərin “əl müxalifətçiliyi” missiyasını həmişə yerinə yetirib və bu gün də davam etdirir. Bu, o riyakar və satqınlardır ki, sentyabrın 27-də erməni təxribatlarına qarşı əks-hücum əməliyyatları başlanan zaman 50 siyasi partiyanın qəbul etdiyi birgə bəyanatına, daha sonra ölkəmizə qarşı aparılan təcavüzkar siyasətin pislənməsinə yönələn və siyasi birliyimizi özündə ehtiva edən sənədlərə imza atmayaraq Vətən mübaribəsinin bitməsi ilə öz əsl kimliklərini bir daha ortaya qoydular. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Vətən müharibəsi getdiyi dövrdə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın həmrəylik nümayiş etdirərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiyini özündə əks etdirən bəyanatına qoşulmayan radikal müxalifət tarixi qələbəmizdən sonra məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər etməyə başladı.

Çünki bunlar satılan-satan erməni çaqqallarından fərqlənməyən dağıdıcı düşərgənin çaqqalları yada düşür. Bunu biz demirik, elə elmdə də belə adlanırlar - satqınlar. Baxın, görün Ömər Xəyyama görə satqınlıq nə deməkdir. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığın göstəricisidir''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Və bu «Dəmir yumruq» əməliyyatı ilə 30 il Vətən, torpaq, yurd həsrətilə yaşayan xalqımızın bu niskilinə qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik siyasəti ilə torpağı qanları ilə yoğuraraq Vətən edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimiz haqqımızı, bütövlüyümüzü, Qarabağ Azərbaycanımızı öz sahibinə, özümüzə qaytardığı bu gündə yuxarıda adlarını söylədiklərimiz bu çaqqallar bilməlidirlər ki, cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəyiniz günü səbirsizliklə gözləyir! Bir də Vətən daşına dönük çıxan bu naqislərdən ancaq bunu gözləmək olar. Bu, aksiomadır. Bir də Vətən bir millətin üzərində yaşadığı, torpağı Vətən edən isə millətin onda yaşadığı, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirən yerdir. Ancaq bu gün "Milli Şura" nın satqın kadrosu olan AXCP sədri Əli Kərimli üçün satıb satılmaq adi hal alıb. Çünki bu ölü qurum xəyanət kadrolarının cəm olduğu bir üfunət yeridir. Bu yerdə xəyanət kadrosunun ən parlaq "simaları" toplaşıb. Və elə zənn edirlər ki, hay-küy salmaq güclü olmaqdır. Elə bu səbəbdəndir ki, Avropa zibilxanalarını və tualetlərini gəzənlər, ciyərlərini nəcis havası ilə işlədənlər başlayırlar gecələr bayquşlartək facebookda ulayırlar. Çünki istər Vidadisi olsun, istər Orduxanı, Qurban Məmmədovu və ... kimi gədaları zaman gələcək heç qəbir də qəbul etməyəcək. Çünki bu murdar və iyrənc əxlaqsızların üstündə bayquşlar belə ulamayacaq. Bax, budur onların kimliyi, siması. Xalq hər şeyi görür və bilir. Və bu kimi digər erməni iyi verən satqınlar xalqın gənc üzvlərinə 30 il bundan qabaq baş vermiş hadisələrin mahiyyəti ilə bağlı yalanlar söyləməklə onları çaşdırmaq istəyirlər. Nədir dərdiniz? Nə etsəniz də sonda elə yana-yana qalacaqsınız. Çünki Azərbaycan cəmiyyəti AXCP-"Milli Şura"-"beşinci kalon" kimi mayası xəyanətdən yoğrulmuş zərərli tendensiyalara çoxdan yox deyib! Və xalqımız əmin olsun ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!

RƏFİQƏ

Digər xəbərlər