Belə bir deyim var: «Xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır». Başqa cür də ola bilməz. Niyə? Çünki bu məxluqlar, daha doğrusu, Qərbə təzim edən bu ünsürlərin qanı da, məkanı da Avropa küçələrindəki erməni üfunəti verən zibilliklər olub. Və o zaman «Vətən üçün pis olan, mənə faydalıdır» düşüncəsi ilə Qərbə təzim edən bəsit təfəkkürlü bu antimilli ünsürlərin ölkəmizin uğurlarına, xalq-iqtidar birliyinin möhkəmlənməsinə, bir yumruq kimi birləşməsinə xələl gətirməyə çalışıblar. Bu, xəyanət, satqınçılıq deyilmi?
Tarixin bütün dönəmində xəyanət və satqınlıq bağışlanmaz cinayət olub. Ələlxüsus da, bu xəyanət və satqınlıq xalqına, dövlətinə və Vətənə qarşı ola. Xəyanət edən heç bir şəxsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Azərbaycan xalqının mentalitetində də satqınlıq və xəyanət tarixən ən ağır əməl, cəzası isə çox ağır olan bir hal kimi qəbul edilib. Qərbə təzim edən bəsit təfəkkürlü əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, sevinc osmanqızılar, qənimət zahidlər, tofiq yaqublular, vidadi iskəndərlər və bu kimi antimilli ünsürlər Vətən nədir, haradan başlayır sualına cavab verməyə qadir də deyillər. Çünki onların kirayə verilən beyinlərinin «məhsulu» - «Vətən üçün pis olan, mənə faydalıdır».
Və bu gün yüzlərlə igid oğul və qızlarımız bu Vətən uğrunda, 30 il həsrətində olduğumuz dədə-baba torpaqlar uğrunda canlarından keçib, şəhidlik dərgahına yüksəlmişlər. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur.
Ümummilli lider Heydər Əliyev deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir".
Ulu Öndərin layiqli davamçısı Qalib Sərkərdə, Prezident İlham Əliyev demişdir: “Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır”.
Çünki bizim şəhidlərimiz Vətən, dövlət, xalq yolunda şəhid olublar. Ancaq antimilli ünsürlər üçün xalq, Vətən anlayışları yoxdur. Azərbaycana qarşı xaricdən müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları aparan özlərini “demokratiya carçısı" və "ədalət tərəfdarı” kimi qələmə verənlər, əslində, xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək sifarişlər yerinə yetirənlərdir. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub. Şübhəsiz ki, bu məqsədlərə xidmət edənlər xain və düşmən dəyirmanına su tökən Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan, Arif Məmmədov, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və digər antimilli ünsürlər üçün xalq, millət, Vətən anlayışı yoxdur. Xüsusilə, sosial şəbəkələrdə sakitlik bilməyən ulayan sabiq səfir Arif Məmmədov işğalçı Ermənistan ordusunun vandallığını, təxribatlarını dəsdəkləyərək «yazıq erməni xalqının adı çıxıb» deyə «müdafiəsinə qalxaraq çıxışlar etməkdədir. Soruşmaq istərdik: beynini kirayə verən Arif Məmmədov erməniləri niyə bu qədər sevir? Cavabı o verməsə də, xalq cavabını verib. Elə buna görə də ermənilər sapı özümüzdən olan uzun zaman yemlədikləri xəyanətkar və satqınlardan - Vətən anlayışını anlamayan Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan, Arif Məmmədov, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid və digər ünsürlərdən istifadə etməklə Azərbaycan xalqını günahkar çıxarmağa çalışdılar.
Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: “Sənə bir dəfə xəyanət edəni bağışlasan, səni yenə istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”. Yəni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətkara cinsindən asılı olmayaraq, şərəfsiz deyilir. Bu şərəfsiz Arif Məmmədov işğalçı Ermənistan ordusunu «göyə» qaldıraraq «məğlubedilməz», qəhrəman, mübariz Azərbaycan ordusunu «kloun» adlandırır. Bu qədər alçaq, şərəfsizlik, deyərdim ki, ən böyük cinayətkarlıqdır. Arif Məmmədov və digər Avropadakı qaragüruhlar hər şeylərini kirayə verənlərdir. Beyin kirayəyə veriləndə isə beynin bioloji sahibindən hec nə gözləməyə dəyməz. Sabah hətta o, rahatlıqla erməni olduğunu belə dilə gətirə bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgələrə səfəri zamanı bu mövzuya toxunaraq qeyd etmişdir: “Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun. Eyni zamanda, çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir”.
Dəfələrlə şahidi olmuşuq ki, arif məmmədovlar, sevinc osmanqızılar Paşinyanın mətbuat xidməti kimi Ermənistanı tərifləyib. Hələ bir müddət erməni sevgisini göstərən Arif Məmmədov daha irəli gedərək, “erməni şəhid ailələri” ifadəsindən də istifadə etməkdən belə çəkinməyib. Erməni işğalçılarına «şəhid» deməklə Azərbaycan şəhidlərinin ruhuna və ailələrinə hörmətsizlik edən Arif Məmmədov bir daha sıralarında durduğu qrupun Azərbaycan xalqına olan düşmən münasibətini sərgiləyir. Azərbaycan əsgərinə “kloun” deyən, idmançılarımızı isə meşədən çıxmış «heyvana» bənzədən Arif Məmmədov şərəfsizliyinin son həddində olduğunu dəfələrlə nümayiş etdirib. Çünki onlar üçün tək müqəddəs dəyər puldur. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”.
Ancaq bu antimilli ünsürlə bir daha anlamalıdır ki, xalq Prezident cənab İlham Əliyevə inanır. Dövlət başçısının cəmiyyətimizdə, Azərbaycanın isə dünyada imici, artan şöhrəti hələ sizləri çox rahatsız edəcək. Çünki bu nüfuz və güc, xalqın etimad və dəstəyi kimi heç nə ilə müqayisə edilməyən kapitala, uğurlarımıza konvertasiya olunur. İngiltərənin məşhur humanist yazıçısı Uilyam Hezlit insanların şəxsiyyətlərə, liderinə inamını izah etmək üçün yazırdı: “Mən baş verən prosesləri tam mənada dərk etmək iqtidarında deyiləm, lakin mən öz liderimə inanıram. İnamımız nə qədərdirsə, gücümüz də də o qədərdir”.
Uilyam Hezlitin bu sözləri şantajçılıqla məşğul olan radikal müxalifətə aid deyil. Tezliklə xalq bu şantajçılıqla məşğul olan düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə, ordusuna qarşı yalan və iftira atan bu xəyanətkarlar cəzasını çəkməlidir, istər bu dünyada, istərsə də o dünyada.
RƏFİQƏ