Köşə

  • 2 669

Sülhə və hərbə çapanlar

image

Vəli VƏLİYEV

Dünya tarixindən bizə məlum olan, kitablardan oxuduğumuz müharibələrlə indikilərin arasında fərq dəhşətli dərəcədədir. Yox, ona görə yox ki, əvvəllər indiki kimi kütləvi qırğın silahları yox idi, ona görə ki, insanların qəddarlığı artıb. Müharibə qaydaları yalnız kağız üzərində qalıb, heç bir beynəlxalq təşkilat müharibə cinayətləri törədənlər barəsində “Nürnberq məhkəməsi” qurmaq istəmir. Hitlerçilər 1933-cü ildə hakimiyyətə gəldilər, 1939-cu ildən 1945-ci ilə qədər insanlığa nifrətin ən yüksək səviyyəsini nümayiş etdirdilər. Və buna görə müharibə caniləri məhkəməyə çəkildilər və layiq olduqları cəzanı aldılar. Düşündük ki…

Düşündük ki, hər şey bitib, daha bundan sonar heç bir dövlət başqa birinin ərazisinə soxulmaz, insanlarını öldürməz və üstəlik də beynəlxalq qanunları çeynəməz. Sən demə hitlerçilərin Avropada törətdikləri “jurnal” imiş, hələ nələr görəcəkmişik. Koreya, Vyetnam, İran-İraq, Əfqanıstan müharibələri olacaqmış, amma biri qədər yox. Ermənistanın Azərbaycana təcavüzünü nəzərdə tuturuq. Azərbaycana və azərbaycanlılara qarşı ədalətsiz müharibə…

Müharibənin ilk işartıları indiki Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarından azərbaycanlıların kütləvi şəkildə qovulması ilə başlandı. Dünya susdu, susduqca da ermənilər bir az da azğınlaşdılar, Ermənistandan sonuncu azərbaycanlı zorla çıxarılandan sonra bəşəri cinayətin davamını Azərbaycan torpaqlarında da davam etdirdilər. Beynəlxalq təşkilatlar, dünya birliyi yenə “ağzına su alıb durdu”. Azərbaycan dövləti dünyaya çağırış etdi, milli ədavəti, etnik təmizləməni və nəhayət müstəqil Azərbaycanın Ermənistan tərəfindən işğalının dayandırılması üçün cəhdlər etdi, kömək istədi, düz 30 il danışıqlar apardı, BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə nail oldu, amma nəticə sıfır. Və nəhayət…

Azərbaycanın ədaləti bərpa etməsi üçün cəmi 44 gün kifayət etdi, Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan qovuldular. Bir ovuc erməninin Qarabağda təhlükəsiz yaşaması üçün üçüncü tərəfin - rus sülhməramlılarının bura gəlməsinə razılıq verdik, həm də müvəqqəti. Bununla bizi özünə əbədü düşmən elan etmiş, xalqımıza qarşı daim xəyanətkar mövqe tutmuş ermənilərə növbəti şansı verdik. Amma, özlərinə gələr-gəlməz yenə bizə qarşı buynuz çıxartdılar, ərazi iddialarından əl çəkmədiklərini dilə gətirdilər, müstəqillikdən danışdılar. Bir sözlə yenə köhnə havalar, köhnə arzular.

Dünya birliyi isə yenə susur, erməni tərəfi dəstəkləməkdən başqa. Azərbaycan ordusu sərhəddədir, erməni yaraqlıları isə ölkənin içərilərinə çəkiliblər, bəzi yerlərdə hətta postlarımız az qala bir-birinin “ağzına girir”, o qədər yaxındırlar. Beynəlxalq tribunalardan Azərbaycan ordusunun Ermənistan torpaqlarında olduğunu, guya ərazilərini işğal etdiyimizi bağıraraq söyləyirlər. 30 illik erməni işğalı zamanı kor, kar və lal olan dövlətlər bu gün “hay” yalanları ilə silahlanıb üstümüzə yürüyürlər. Bəli, “dünya birliyi” adlandırdığımız, əslində isə dünyanı idarə edən xristian cameəsinin ədalətidir bu. “Mədəm yalnız Laçın yolundan gələn yeməkləri qəbul etməyə öyrənib” deyən ermənilərin “humanitar fəlakət” şuosuna dəstək olan həmin güclər Qarabağdan və Şərqi Zəngəzurdan, indiki Ermənistan torpaqlarından qovulan 1 milyondan artıq soydaşımızın ölüm-qalım məsələsində, dar günündə, əsl soyqırımına məruz qalanda harada idilər. Qarabağda baş verənlərin siyasi oyun olduğunu hər kəs bilir, elə həmin güclər də. Azərbaycanın bu ayrılmaz hissəsində yaşayan ermənilərin guya “soyqırımı”na məruz qalacaq ehtimalı ilə azərbaycanlıların 1988-ci ildən 2020-ci ilə qədər soyqırımına məruz qaldıqlarını necə eyniləşdirmək olar?

Bu gün ermənilərin yarımçıq qalmış bəd əməllərini davam etdirməsi üçün onlara dəstək olanların irqi və dini də dəyişib. İndiyədək Ermənistana xristian dünyası dəstək olurdusa, bu gün təcavüzkar dövlətə və onun yırtıcı millətinə İndus qardaşları dəstək verirlər. Dünya mediası Hindistandan Ermənistana artilleriya sistemlərinin tədarükünə başlandığından yazır. Hindistan avqust ayında Ermənistana ilk altı ədəd 155 mm-lik ATAGS artilleriya sistemini təhvil verib. Bu barədə Hindistanın “Bharat Forge Limited” şirkətinin sədri Baba Kalyaniyə istinadən “Hindistan Defense Research Wing” saytı məlumat yayıb.

Nəşrin məlumatına görə, haubitsalar Ermənistana 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS qurğusunun tədarükü sifarişi çərçivəsində gətirilib. Müqavilə növbəti üç il ərzində əlavə olaraq bu tipli 84 yedəkli haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Qeyd olunur ki, Bharat Forge Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.

Bundan əvvəl KİV 2022-ci ilin noyabrında Ermənistanın Hindistandan artilleriya sistemləri partiyası sifariş etdiyini yazmışdı. Eyni zamanda nəşrlərdə 155 mm/39 MArG özüyeriyən haubitsaların tədarükü müzakirə olunub. Həmçinin 2022-ci ilin sentyabr ayının sonunda Hindistan və Ermənistan Ermənistan tərəfinə təqribən 244 milyon dollar məbləğində silah tədarükünə dair müqavilə imzalayıblar. Sifarişdə Hindistan istehsalı olan “Pinaka” MLRS-nin ilk ixracat tədarükü olduğu bildirilib.

Bəli, dünən İran, Rusiya, Fransa və digər qərbli qardaşları Ermənistana himayədarlıq edirdilərsə, bu gün ermənilərin qan qohumu, irq qardaşı, bir ananın iki oğlu, rənginə və qoxusuna qədər eyni olan induslar “hay”ları Azərbaycana qarşı qısqırdırlar.

Digər xəbərlər