Köşə

  • 4 473

ABŞ-ın can verən demokratiyası və Qarabağda ölən ədalət – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bu günlərdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr özünü demokratiya və beynəlxalq hüququn havadarı kimi təqdim edən ABŞ-ın beynəlxalq hüquqa və ədalətə qarşı hansı mövqedə dayandığını növbəti dəfə açıq-aşkar nümayiş etdirdi. Harda terrorçu, seperatçı rejim var ABŞ bir dövlət olaraq ona havadarlıq edir.

Hələ Sovet dövründə Qarabağda etnik münaqişə başlayanda Amerika konqresmenləri, dövlət nümayəndələri İttifaq rəhbərliyinə təzyiq edirdilər ki, ermənilərin hüquqlarını qorusun. Erməni lobbisinin əli ilə SSRİ-dəki ermənilərə hər cür dəstək verirdilər. Məqsəd SSRİ-ni daxildən etnik münanqişə zəminində dağıtmaq idi, ona görə də erməni lobbisini gücləndirib, SSRİ-dəki “verbovka olunmuş” agentlərinin əli ilə bizim üstümüzə saldılar və nəticədə böyük fəaciələrə düçar olduq. Belə çıxır ki, ABŞ və Avropa SSRİ-nin daxildən dağıdılmasındakı əvəzedilməz xidmətlərinin müqabilində erməniləri müdafiə edəcəklərinə dair öhdəlik götürüb.

30 illik işğal dövründə ABŞ hökuməti də Qarabağla bağlı keçirdiyi dinləmələrdə və öz nəzarətlərində olan “beynəlxalq təşkilatların” hesabatlarında ədalət prinsipini kənara ataraq daim Ermənistana dəstək verirdi. Bu ölkəni təmsil edən təşkilatların, o cümlədən “Freedom Hause” təşkilatının hesabatlarında Ermənistanın demokratik inkişaf baxımından “azad ölkə”, Azərbaycan isə “qeyri-azad ölkə” kimi təqdim edilir. Bu azmış kimi, Amerika mərkəzli “beynəlxalq təşkilatlar” Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi diqqətə çatdırır. Halbuki, Qarabağın Azərbaycan ərazisi olduğunu BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar, xarici dövlətlər rəsmi olaraq tanıyıb.

ABŞ Dövlət Departamentinin hesabatlarında da rəsmi Vaşinqtonun ikili standartlara əsaslanan siyasətindən irəli gələn əsassız fikirlər öz əksini tapır. Özü də bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri idi və münaqişəni həll etmək vəzifəsi var idi. Lakin o bütün bu müddət ərzində münaqişəni həll etmək əvəzinə uzatmaq, Ermənistanı müdafiə etmək, onun üçün daha çox güzəştlər və ərazi qoparmaq üçün çalışdı.

ABŞ-ın növbəti həyasızlığı əslində, heç də təəccüblü deyil. Gəlin qısaca onun tarixi fəaliyyətinə baxaq görək, bu dövlətdən ədalət gözləməyə dəyərmi? ABŞ de-fakto terror dövlətidir və mövcud olduğu bütün tarix boyu dünya ölkələrində törətmədiyi faciə qalmayıb. Dünyanı qan gölünə döndərib, yüz milyonlarla insan qətl edib, yüzlərlə müharibə, minlərlə fəlakət, yüz minlərlə terror aktı törədib. Bəşəriyyətin başına atom bombaları atıb demokratiya nağılları danışmaqla 150 ölkəni fasiləsiz sümürüb. Əl-qaidə və İŞİD kimi başkəsən terrorçu təşkilatlar yaradıb milyonlarla müsəlman qətl etdirib.

Ermənilərin də həmişə ən böyük hamisi, erməni lobbisini gücləndirən də ABŞ olub. 30 ildir Qarabağdakı adlı terrorçu rejimə öz dövlət büdcəsindən maliyyə yardımı edən, 1-ci Qarabağ müharibəsində ermənilərə xeyli silah, pul, “nayomnik” göndərən dövlətdir. Erməni lobbisini yaradan gücləndirən də ABŞ-dır. Bütün bu 30 ili də günbəgün erməniləri müdafiə edib.

ABŞ terrorçu Ermənistanı dəstəkləyib, bizə qarşı 907-ci düzəlişi qəbul edən dövlətdir. Halbuki, tam əksinə olmalı idi. Belə sanksiyalar işğala məruz qalan ölkəyə yox, işğalçı ölkəyə qoyulmalıdır.

Ermənistanda rəngli inqilab edib Paşinyan komandasını hakimiyyətə gətirdikdən sonra isə Qərb Ermənistanı daha güclü müdafiə edir. Müharibə dövründə də, əməliyyatların dayandırılması üçün Bakıya hər cür siyasi təzyiq etdilər, lakin dövlətimiz geri çəkilmədi. İndi məqsədləri öz agentləri olan Ermənistan hakimiyyətinin vasitəsilə Qafqaza soxulmaq, burada yerləşərək 2 böyük düşmənlərinə- Rusiya və İrana təzyiq üçün plastdarm qurmaqdır.

Bunları girdikləri ölkələrdən on illərlə heç kim çıxara bilmir. Qafqaza soxulsalar buradan heç vaxt çıxası deyillər. Nə vaxt bu məsələ qaldırılsa Qafqaz xalqlarını bir-birinin üstünə salacaqlar. Bu iş (etnik və dini münaqişə yaratmaq) üzrə bunlar çox güclü mütəxəssisdirlər.

Ermənistanda yerləşməklə qəfildən “hop” eləyib 5 dövlətin ortasına girmiş olurlar- Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstanın. Artıq Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası adı altında NATO-nun bir neçə ay əvvəl işdən çıxarılaraq mülki işə keçirilmiş peşəkar hərbçi və kəşfiyyatçılarının yerləşdirilməsi onu deməyə əsas verir ki, burada daimi yerləşmək və münaqişə ocağını alovlandırmaq üçün çalışırlar.

Məqsəd Rusiyanın vasitəsilə problemin həll olunmasına imkan verməmək, “biz həll edəcəyik” deyərək burada əbədi qərar tutmaqdır. Əlbəttə, Ermənistanın NATO-ya qəbul edilərək Rusiyanın oradakı NATO-ya qarşı 102-ci diviziyasının çıxarılması, yerinə ABŞ hərbi bazasının qurulması da strateji məqsədlər arasındadır. Dünyanın pandemiya təhlükəsi altında olduğu bir vaxtda Ermənistandakı ABŞ hərbi bioloji laboratoriyaları isə bütün region üçün təhlükədir, xüsusən də onlara baxış üçün digər dövlətlərin, hətta israrla tələb etdikləri halda Rusiyanın da mütəxəssislərinə imkan verilmədiyi bir şəraitdə

Qarabağ ermənilərinə “humanitar dəhliz” məsələsində də Qərb öz riyakar mövqeyini açıq göstərdi. Azərbaycan Ağdam-Xankəndi yolu iə istənilən humanitar yardımı göndərməyə hazır olduğunu bəyan etsə də və Rusiyanın humanitar maşınları bu yoldan getsə də, Qərbin “humanitar” yük daşıyan maşınları Laçın yolu davası döyərək aylardır qapımıza dirəniblər. Demək məqsəd yardım deyil, başqa şeydir. Məqsəd yardım olsa istənilən yol münasib olardı.

ABŞ və Avropa İttifaqının mövqeyinə baxanda bunların yalnız öz maraqlarına çalışdığı və heç bir bəşəri dəyərə, ədalətli münasibətə fikir verməmələri aydın görünür. İndiyədək Qərb üçün etdiklərimiz, Rusiyanın caynağından bunları qurtarmaq üçün özümüzdən kəsib verdiyimiz neft, qaz haram xoşları olsun.

Hesab edirəm ki, artıq Qərblə bağlı siyasətimizdə ciddi dəyişiklik etməyin vaxtıdır. 55 milyardlıq strateji rezervlərimiz tam həcmdə qərb fondlarından çıxarılmalı və ölkəyə gətirilməlidir. Avropaya verdiyimiz qaz və neft yalnız Türkiyəyə satılmalıdır. ATƏT üzvlüyündən çıxmalıyıq. Bizə qarşı necə davranırlarsa, biz də adekvat cavab verməliyik.

Artıq heç kimə sirr deyil ki, ABŞ demokratik siyasət yürütmür, demoNkratik siyasət yürüdür. Öz müttəfiqləri olan dövlətə- Türkiyə qarşı etmədikləri pislik qalmayıb. Öz müttəfiqinə belə edən, müttəfiqi olmayana bundan betərini edəsidir. Belə dövlətlə bütün əlaqələri kəsməkdən başqa yol qalmır.

Digər xəbərlər