Elçin Bayramlı
Orqanların çıxarılması üçün insan qətl edilməlidir, çünki cəsəddən götürülən orqanlar heç nəyə yaramır
Son illərdə dünyada orqan köçürülməsi əməliyyatlarının sayı 30% artıb. Bu ticarətin qlobal dövriyyəsi trilyonlarla ölçülür. Əsas problem ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsi ilə bağlıdır. İlk baxşda humanist bir addım kimi görünür. Lakin məsələnin alt qatlarında dəhşətli faciələr yatır.
Əvvəla, tədqiqatçıların rəyinə görə, tam ölüm zamanı heç bir orqan götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur- göz qişasından başqa. Həkimlər beyin ölümü diaqnozu qoyaraq hələ tam ölməmişkən xəstənin orqanlarını götürürlər. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və orqan ticarətinin dövriyyəsi trilyonlarla ölçülür.
Beyin ölümünün təyin olunma mexanizmi və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil. Son illərdə "beyin ölümü" faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
“Beyin ölümü” insanın tam ölümü demək deyil. Bu, xəstənin hələ sağ ikən orqanlarının götürülməsi ilə öldürülməsi halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, hətta birini xilas etmək naminə belə digərini öldürmək cinayət faktıdır. Şəxs xəstəliklə bağlı şüurunu itirmiş haldadırsa, hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə, qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanılması haqda şübhələr olmadıqda.
Bəzi ölkələrdə orqan transplantasiyası haqda qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Əsir və ya girov götürülmüş yüz minlərlə sağlam insanın orqanları zorla alınır və varlı ölkələrə satılır.
Dünyanın ən dəhşətli terror təşkilatları bu işlə fəal məşğul olur və əsir aldığı şəxslərin orqanlarını Qərb ölkələridəki varlılara satır. Bəzən isə, müharibə bölgəsindəki yoxsul insanlar özləri könüllü olaraq orqanlarını onlara satırlar. Bu əməliyyatlardan milyardlarla pul qazanılır.
Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial və mənəvi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir.
İtkin düşənlərin çoxunun orqan mafiyası tərəfindən qaçırıldığı haqda ciddi şübhələr var. Amerikada son 20 ildə çoxu uşaq olmaqla 400 min nəfərin itkin düşərək yoxa çıxması çox ciddi reaksiya doğurub. Əksər ölkələrdə itkin düşənlərin çoxu orqan mafiyasının qurbanı kimi qəbul olunur.
Bu biznesin qlobal dövriyyəsi trilyonlarla ölçülür, qurbanları isə milyonlarla. Bəs niyə müasir insanların öz orqanları sıradan çıxır və donor orqana möhtac qalırlar? Həkimlərin fikrincə, bu, artıq həyat tərzi ilə bağlı məsələdir.
Qeyri-təbii qidalanma, qeyri-sağlam həyat tərzi, zərərli vərdişlər insanların orqanlarını sıradan çıxarır. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə, məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdiş və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də normal insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan insan ödəyir. Burda ədalət hardadır?
Orqan transplantasiyası yalnız tibb elmi tam ölmüş insanın orqanlarından istifadə edə biləcək səviyyəyə çatdıqda reallaşa bilər. Əks halda bu, cinayətkarlığı tətbiq və təbliğ edən bir sistem sayılmalıdır.