Köşə

  • 5 106

Terrorun dini – KÜNCDƏN BAXIŞ

image

Son vaxtlar qlobal qüvvələr və bir çox Qərb dairələri tərəfindən bütün dünyada müsəlmanalara qarşı təbliğat aparılır, onlar vəhşi, terrorçu, pis bir cəmiyyət kimi qələmə verilir. Hətta bəzən qərb daiərləri hardasa terror təşkil edəndə qəsdən müsəlman xalqlara mənsub bir-iki nəfər tapırlar və ondan istifadə edirlər. Yaxın Şərqə soxulmağa bəhanə əldə etmək üçün ABŞ dövləti tərəfindən öz əhalisinə qarşı təşkil edilən 11 sentyabr terroru da bu qəbildəndir. Nəticədə dünya xalqlarının gözündə müsəlmanları qorxulu bir varlıq kimi göstərməyə çalışırlar. Bu siyasətin arxasında çox dərin və ideoloji məqsədlər dayanır ki, bunu da başa düşənlərin sayı çox azdır. Halbuki, faktlar əksini deyir və bu günkü dünyanın real mənzərəsi tamam başqadır. Ona görə də, çox danışmağa ehtiyac yoxdur, gəlin sadəcə faktlara baxaq.

Dünyada ən yüksək qətl nisbəti:

1. Honduras (Xristianlıq)

2. Venesuela (Xristianlıq)

3. Beliz (Xristianlıq)

4. El Salvador (Xristianlıq)

5. Qvatemala (Xristianlıq)

6. Cənubi Afrika (Xristianlıq)

7. Sent Kitts və Nevis (Xristianlıq)

8. Baham adaları (xristianlıq)

9. Lesoto (Xristianlıq)

10. Yamayka (Xristianlıq)

Dünyanın ən təhlükəli cinayətkar qrupları:

1. Yakuza (dini yoxdur)

2. Aqber (Xristianlıq)

3. Wa Singh (Xristianlıq)

4. Yamayka Boss (Xristianlıq)

5. Primero (Xristianlıq)

6. Aryan Qardaşlığı (Xristianlıq)

Dünyada ən yüksək oğurluq səviyyəsi:

1. Danimarka və Finlandiya (Xristianlıq)

2. Zimbabve (Xristianlıq)

3. Avstraliya (Xristianlıq)

4. Kanada (Xristianlıq)

5. Yeni Zelandiya (Xristianlıq)

6. Hindistan (Hinduizm)

7. İngiltərə və Uels (Xristianlıq)

8. ABŞ (Xristianlıq)

9. İsveç (Xristianlıq)

10. Cənubi Afrika (Xristianlıq)

Dünyanın ən böyük narkotik kartelləri:

1. Pablo Eskobar - Kolumbiya (Xristianlıq)

2. Amadou Karrillo - Kolumbiya (Xristianlıq)

3. Carlos Leder Germain (Xristianlıq)

4. Griselda Blanco - Kolumbiya (Xristianlıq)

5. Xoakin Quzman - Meksika (Xristianlıq)

6. Rafael Karo - Meksika (Xristianlıq)

Beynəlxalq təşkilatların statistikası bunu deyir. Bəzi saxtakar qüvvələr isə iddia edirlər ki, dünyada zorakılığın, terrorun səbəbkarı İslamdır və bizim də buna inanmağımızı istəyirlər.

Gəlin indi də tarixi faktlara baxaq:

1. Birinci Dünya Müharibəsini kimlər törətdi?

2. İkinci Dünya Müharibəsini kimlər törətdi?

3. Avstraliyada 20 milyona yaxın aborigeni kim öldürdü?

4. Yaponiyada Naqasaki və Xirosimaya atom bombalarını kim atdı?

5. Cənubi Amerikada 100 milyondan çox qırmızıdərilini kim öldürdü?

6. Şimali Amerikada 50 milyona yaxın hindunu kim öldürdü?

7. Kimlər 180 milyondan çox afrikalını Afrikadan qul kimi qaçırıb, onların 88%-i yolda okeanlara atıb öldürdü?

Bunların heç birinin cavabı “müsəlmanlar” deyil!

Terrora gəldikdə. Dünyanın bütün bölgələrində terror təşkilatları var. Çoxu da müsəlaman olmayan ölkələrdə. Lakin onların törətdiyi terror aktlarını bircə dəfə belə xristian teroru, buddist terroru deyə təqdim edildiyini görmüsünüzmü? Xeyr, görə də bilməzsiniz.

Müsəlman ölkələrində yaradılmış terror təşkilatlarının isə istisnasız olaraq hamısının Qərb dairələrindən təşkil olunduğunu, maliyyələşdiyini və silahlandırıldığını faktlar da sübut edir, təşkilatçılar özləri də etiraf edib. Məsələn ABŞ-ın ən yüksək rəsmiləri Əl-Qaidəni, İŞİD-I yaratdıqlarını etiraf ediblər. Bu təşkilatlarda bircə nəfər belə müsəlman yoxdur. Çünki müsəlmanın kim olduğunu Quran açıq aşkar şəkildə təsvir edib. Bunlar sadəcə müsəlman libasına bürünmüş zombilər, satanistlər və hər cür narkotika ilə yaşayan canilərdir.

Dindarlar terror törətmirlər. Terroru atistlər törədir demək də doğru olmaz. Bəli, terrorun “dini” var, lakin bu islam, xristianlıq, induizm filan deyil, satanizmdir. Yalnız şeytana etiqad edənlər, şeytani xüsusiyyətlərə malik olanlar, zombilər terror törətməyə qadirdir.

Digər xəbərlər