Köşə

  • 4 319

Qorxunc təhlükə: Çoxluğa çevrilməkdə olan azlıq – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Müasirlik və azadlıq adı altında hər cür əxlaqsızlıq və murdarlıq prosesinin təbliği qlobal miqyasda getdikcə genişlənir və yayılır. Azərbaycanda da bu proses xüsusi qüvvələr tərəfindən 30 ildən çoxdur ki, aparılır və artıq çox ciddi nəticələr əldə ediblər. Ölkədə cinsi azlıq nümayəndələrinin sayı kəskin artıb, üstəlik, insanlar bu halı normal qəbul etməyə başlayıb. Cinsi azlıqlar öz həyatlarını açıq şəkildə təbliğ edirlər. Burada tam bir “Overton pəncərəsi” tətbiq olunduğunu görürük.

Cinsi anormallıqların və bu kontekstdə əxlaqsızlıq hallarının artmasının fərqli səbəbləri var. Əsas səbəblərdən biri qidalarla bağlıdır. Bəzi qidalar, xüsusilə, hormonal qidalar (məsələn broyler məhsulları) və süni qida qatqıları, həmçinin genetik modifikasiya olunmuş məhsullar orqanizmdə genom proqramını pozur və hormonal dəyişikliyə səbəb olur. Bu da cinsi azlıqların sayının artmasına təsir edir.

İkinci bir səbəb mənəvi-psixoloji deqradasiya ilə bağlıdır. Belə ki, əyləncə və ekstra həzz üçün bir çoxları qeyri-ənənəvi əlaqələrə üstünlük verirlər ki, bunun da sonu faciəvi bitir. Bir çoxları Amerika və Avropa ölkələrinə baxıb bunu müasirlik kimi qəbul edir və “fərqli yaşamaq istəyirəm” deyib belə yollara əl atır. Baxır ki, belə adamlar Qərb ölkələrində ən hörmətli vəzifələrdə işləyir, çox məşhur və nüfuzlu olurlar. Üstəlik, cinsi azlıq nümayəndələrinə Avropa fondlarından müxtəlif formalarda yardımlar göstərilir. Bunlar həvəsləndirici faktorlardır.

Daha bir səbəb isə bioloji anomaliyalardır. Belə ki, nadir hallarda da olsa, bəzən insanlarda hələ uşaqlıqdan digər cinsə uyğun xarakterlər və bədən quruluşu formalaşır. Bu artıq tibbi anormallıqdır və ciddi müalicəsinə ehtiyac olan xəstəlikdir. Təəsssüf ki, bizdə belələrinin müalicəsi təşkil edilmir.

Bu səbəblərin aradan qaldırılması üçün çox ciddi tədbirlər görülməlidir. Tendensiyanın bu formada davam etməsi strateji planda böyük təhlükədir. Milli genofondun məhv olmaması üçün dövlət 2 istiqamətdə iş görməlidir;

1. Cinsi azlıqlarla bağlı dövlət tərəfindən xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Belə şəxslər aşkar olunduqca dövlət tərəfindən məcburi şəkildə ora cəlb olunmalıdır. Həmin mərkəzdə həm bioloji formada orqanizm sağlamlaşdırılmalıdır, həm də mənəvi-psixoloji reabilitasiya aparılmalıdır. Bu şəxslər müəyyən müddət müalicə olunub, normal həyata qayıtmalıdır.

2. Cinsi azlıq nümayəndəsi olmağa həvəsləndirən zərərli təbliğatların qarşısı alınmalıdır. Məsələn, mediada, sosial şəbəkələrdə bunu təbliğ edənlər sərt cəzalandırılmalıdır. Bu sahədə kompleks proqramlar həyata keçirilməlidir. Uşaqların asidə vaxtlarının təşkil üçün işlər görülməlidir, onlar yaradıcılıq və idman mərkəzlərinə cəlb olunmalıdır.

Cəmiyyət isə uşaqlarla bağlı həssas yanaşma göstərməlidir. Gənclərə, uşaqlara valideynlər tərəfindən nəzarət artırılmalıdır. Uşaqların normal şəkildə inkişafına diqqət edilməlidir. Qızları xanım, oğlanları da kişi kimi böyütmək lazımdır. Uşaqda hər hansı bir neqativ meyil aşkarladığı an qarşısının alınması üçün çox ciddi fəallıq göstərilməlidir. Uşaqların dost dairəsinə diqqət edilməlidir. Onların kənar təsirə düşməməsi üçün daim nəzarətdə saxlanmalıdırıar.

Bəli, bütün dünyada, o cümlədən bizdə cinsi azlıqların və hər cür mənəviyyatsızlığın təbliği ilə məşğul olan xüsusi qüvvələr var. Onlar kütləvi əxlaqsızlığın yayılmasında maraqlıdır və bu işə külli miqdarda vəsait ayrılır. Dünya üzrə on milyardlarla dollar vəsait bu təbliğatlara xərclənir.

Genofondumuzun məhv olmaması üçün bu sahəyə xüsusi nəzarət olunmalıdır. Gözümüzün qabağında proses mənfiyə doğru gedir. Vaxtında qarşısı ciddi şəkildə alınmasa, bunun sonunun necə olacağını təsəvvür etmək çətin deyil. Cinsiz azlıqlar cinsi çoxluğa çevriləcək və normal adamlar azlıqda qalıb onların diqtəsi ilə yaşamağa məcbur olacaq.

Ailə dəyərlərinin dağılması üçün aparılan uzun müddətli təbliğatın hansı faciəyə gətirib çıxardığını gördük, 50 faizə çatan boşanma ilə dünya rekordu vurduq və həmişə öyündüyümüz möhkəm Azərbaycan ailəsi modeli dağılıb getdi.

İndi də daha dəhşətli bir təhlükə ilə üz-üzəyik. Sağlam cəmiyyət, sağlam gələcək istəyiriksə, bu problemi həll etmək üçün dövlət və cəmiyyət olaraq işə girişəcəyik. İstəmiriksə, onda belə də davam edək...

Digər xəbərlər