Köşə

  • 3 312

Yaşayan qoyunların ölümcül cinayətləri – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bu gün Azərbaycanda okkultizm açıq bisnes kimi fəaliyyət göstərir. Falçılar, cadugərlər, əməlbazlar və bu kimi sahələrdə peşəkarlaşmış hər cür dələduzlar tərəfindən vətəndaşları müxtəlif vədlər altında aldadır və pulları mənimsənilir. Son dövrlər özlərini “ezoterik elmlər üzrə fəlsəfə doktorları” kimi qələmə verən bu “biznesmenlər” öz cinayətkar fəaliyyətini sosial şəbəkələrdə daha geniş miqyasda davam etdirir.

Bu problem əksər ölkələrdə müşahidə olunur. Lakin müxtəlif ölkələr bunun qarşısını almaq üçün ciddi tədbirlər görürlər. Bu günlərdə yayılan xəbərlərə görə, Rusiyada okkultizm qadağan ediləcək və bu işlə məşöul olub vətəndaşları aldadanlar ciddi cəzalandıralacaq. Azərbaycanda da bu qadağanın tətbiq edilməsinə ehtiyac var.

Sovet dövründə də bu kimi işlərlə məşğul olmaq qadağan idi. Lakin sonralar cəzasızlıq mühiti formalaşdığından bu sahədə anarxiya baş alıb getdi. Əfsuslar olsun ki, bir çox şəxslər son dövrlərdə yaranmış boşluqdan istifadə edirlər və bu sahə çiçəklənir. Falçılıq və digər adıçəkilən işlər açıq dələduzluq və fırıldaqçılıq faktıdır.

Belə insanlara azar şərait yaradılmamalıdır. Şərt şəkildə cəzalandırılmalı və qadağalar tətbiq olunmalıdır. Son zamanlar saxta adlardan biri olan "yaşam koç"u ifadəsi ortaya çıxıb. Əvvəla, dilimizdə belə bir söz və ya ifadə yoxdur. İkincisi, qoç məlum olduğu kimi, qoyun deməkdir. Hərfi tərcümədə bu “yaşayış qoyunu”, məna tərcüməsində isə “yaşayan qoyun” mənasını verir. Yəni, özünü “yaşayan qoyun” adlandıran məxluqlar insanlara xoşbəxtlik, var-dövlət, sərvət və təcili pul qazanmaq, başqalarının evini yıxmaq yaxud müxtəlif sahələrdə yağlı vədlər verərək pullarını mənimsəyirlər. Bir dövlətin və cəmiyyətin gözü qabağında belə biabırçılıqlara yol verilməsi qəbuledilməzdir. Bu şəxslər ağır cəzalandırılmalı və bu fəaliyyətlər qəti qadağan edilməlidir.

Sağlam bir cəmiyyət və dövlətdə belə hallara şərait yaradıla bilməz. Təcrübə onu göstərir ki, hər hansı bir maariflənmə yaxud izah etmə ilə bunun qarşısını almaq mümkün deyil. Çünki savadsız cəmiyyətlərdə bu sahələr çiçəklənir. Yalnız sərt inzibati metodlar, qadağalar və cəzalar şəklində bu proses aradan qaldırılmalıdır. Son vaxtlar bəzi ölkələrdə bu kimi istiqamətlərdə çox müsbət qərarlar qəbul edilir. Bu da çox müsbət təsir göstərir. Bizdə isə sözügedən sahədə tam nəzarətsizlik var. Yaxşı olar ki, deputatlarımız boş-boş mövzulardan danışmaqdansa, belə bir problemi qabartsınlar. Qanun layihələri hazırlanmalı yaxud Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Ciddi şəkildə bu məsələnin üzərinə gedilməlidir. Bu şəxslər adekvat cəzalandırılmır. Ağır cəzalar tətbiq edilməlidir. Çünki bütün bu neqativ hallar bizim cəmiyyətimizi hər cəhətdən məhv edir. Ailələr dağılır, insanlar bədbəxt edilir, soyulur və s. Burada yalnız dövlətin mövqeyi rol oynaya bilər. Başqa heç nəyə ümid yoxdur. Biz gözləyə bilmərik ki, cəmiyyətimiz nə vaxtsa tam savadlı olacaq. Bunu gözləmək olmaz. Ümid yalnız dövlətədir və biabırçılıqların qarşısı alınmalıdır.

Bəli, son illərdə bu sahədə problemlər və faktlar ortaya qoyulur. Daxili İşlər Nazirliyi dəfələrlə belə cinayətkarları ifşa edir. Amma cəzalar adekvat deyil. Bu şəxslər bu işlərdən yüz minlərlə manat pul qazanırsa 5-10 min manat cərimə də onların vecinə deyil. Belə insanların bütün əmlakları müsadirə olunmaqla həbs olunmalıdır. Vətəndaşlara dəyən zərər geri ödənilməlidir. Paralel olaraq insanlara mövcud məsələlər izah olunmalıdır.

Dini olaraq da, falçılıq, cadugərlik və sair bu kimi ən ağır günahlardan sayılır. Lakin belələri öz qara əməllərini məhz dinə, müəqəddəs kitablara bağlamağa çalışaraq insanları aldadır. Bu dinin və dindarların təhqir edilməsidir və din xadimləri də bu işlərə sərt reksiya verməlidirlər.

Belə bir elm sahələri yaxud araşdırma sahələri var. Lakin bu sahələr hər hansı bir küçə adamlarının, tamamilə savadsız və quldur insanların kütləni talayaraq sərvətini əlindən almaq vasitəsinə çevrilə bilməz. Bu sahələrlə alimlər, mütəxəssislər məşğul olmalıdır. Elmi tədqiqat formasında işlər aparıla bilər. Dünyanın bir çox elmi institutlarında bu sahələrdə araşdırmalar aparılır. Bu mövzulara biznes və dələduzluq kimi baxılmır. Ona görə də bizim ölkəmizdə məsələyə ciddi yanaşılmalıdır. Xüsusi qanun qəbul edilməli və sərt cəzalar tətbiq olunmalıdır. Başqa heç bir halda problem aradan qalxmayacaq.

Digər xəbərlər