Köşə

  • 3 436

Bacısını zorlayan qardaş şok detalları açıqladı – QANDONDURAN FAKTLAR

image

İnternetin inkişafı ilə informasiya sahəsində tam bir anarxiya prosesi başladı və sonda xaos kulminasiyasına çatdı. Artıq “sosial media” adlandırılan sosial şəbəkə səhifə və kanalları, şəxsi saytlar və bloqlar xalqa qarşı psixotron terror yuvasına çevrilib. Bu məkanda normal insanın ağlına gələ bilməyəcək dəhşətlər yaşanır- zorlama, pornoqrafiya təbliğatı, kriminal elementlər, narkotika meyilləri, boşanmaların təbliği kimi hər cür qorxunc materiallar. Buraya limitsiz dezinformasiya və təxribat xarakterli materialları da əlavə etsək - həm dövlət, həm cəmiyyət üçün necə təhlükəli bir məkanda olduğumuzu aydın dərk edərik. Bu prosesin qorxunc nəticələri artıq ortadadır- boşanmalar üzrə dünya liderlərindən biriyik, abortlar üzrə dünyada ilk yerlərdəyik, ailə institumuz dağılır, milli-mənəvi dəyərlərimiz məhv olur, uşaq və gənclərin tərbiyəsi pozulur, intiharlar, kriminal hadisələr, narkomaniya və əxlaqsızlıq halları artır...

Bu yazıda mediada və sosial şəbəkələrdə trend mövzulardan yalnız birinə aid vəziyyəti ifadə etməyə çalışacam. Başlıqlar şərtidir, lakin tam da bu formada başlıqlarla yazılar, videolar yayımlanır və yüz minlərlə, milyonlarla baxış əldə edir.

Beləliklə, 30 il əvvələ kimi həyat kriteriyaları əxlaq, namus, ismət, abir, həya, qeyrətdən ibarət olan, milli-mənəvin dəyərlərini, ailə dəyərlərini həmişə hər şeydən üstün tutan bir cəmiyyətin bugünki mediasının əsas xəbər başlıqları və ən çox oxunan materialları;

1. Arvadını yataq otağında başqa kişi ilə tutdu, küsüb evdən getdi - DETALLAR

2. Müğənni filankəs intim yerlərinə vurdurduğu tatuları canlı yayımda açıq nümayiş etdirdi – ŞOK FOTOLAR

3. 2 uşaq anası evli qadın qarajda subay oğlanla görüşərkən boğulub öldü - DƏHŞƏT

4. Qızını zorlayan ata danışdı: 4 ildir bu işlə məşğulam, peşman deyiləm– QANDONDURAN FACİƏ

5. Öz qardaşından hamilə qalan qız 5 aylıq usağı abort etdirdi – ŞOK DETALLAR

6. Arvadı tərəfindən baldızı ilə tutuldu: 2 bacı bir-birini al qana boyadı - CİNAYƏT

7. Oteldə azyaşlı qızlarla cinsi əlaqədə olan gənc oğlan ekstazdan öldü – HƏKİM RƏYİ

8. Gecə ərini yuxuya verib bağda qonşu kişi ilə görüşən qadına it hücum etdi, səs-küyə ayılan əri özündən getmiş çılpaq arvadını ayıltmağa çalışdı

9. Kürəkəni ilə cinsi əlaqə zamanı tutulan qaynana: Biz onunla hələ qızımla evlənməzdən əvvəl görüşürdük – ŞOK ETİRAF

10. Arvadının çantasından prezervativlər tapan ər onu izlədi və oteldə ərəblərlə tutdu- ƏTRAFLI

11. Qızını evdə tək qoyub işə gedən ata yarım saat sonra evdə unutduğu şeyi götürmək üçün qayıdanda kollektiv seksə şahid oldu- ÜRƏYİ PARTLAYIB ÖLDÜ

12. Arvadının telefonunu yoxlayan kişi orada elə şeylərə rast gəldi ki..- QORXUNC QƏTLİN SİRRLƏRİ

13. Məşuqəsinin lüt şəkillərini ərinə göndərdi, qadının öldürülməsinə səbəb oldu – ŞOK SSENARİ

14. Ərini öz yatağında 2 qadınla tutdu: evi yandırdı və qapını bağlayıb qaçdı – DİRİ-DİRİ YANDILAR

15. Ərimin yeməyinə güclü yuxu dərmanı qatırdım sonra sevgilimi evə buraxıb səhərə qədər…– ƏRİNİ ÖLDÜRƏN QADININ İZAHATI

16. Bacısını zorlayan qardaş danışdı – ŞOK TƏFƏRRÜATLAR

17. Yataqda yaxalanarkən məşuqəsi ilə birləşib ərini öldürən qadın- Uşaqlarımın heç biri ərimdən deyildi – ŞOK, ŞOK, ŞOK

18. İstədiyim kişilərlə görüşürəm, sevişirəm, ərim mənə heç nə deyə bilməz- MODEL AÇIQLADI

19. Aparıcı canlı yayımda “sənin nə ixtiyarın var arvadına deyirsən ki, gecə saat 3-də oteldə nə gəzirdin?” - deyə sual verdi- KİŞİ ŞOKA DÜŞDÜ

20. Otelə sifarişlə gələn fahişə otağa girəndə sifarişçinin öz əri olduğunu görüb ŞOKA DÜŞDÜ

Bu sahədəki materialların mümkün olan qədər “abırlılarını” verdim. Əslində isə, bu kimi halların və materialların çeşidi çox rəngarəng, geniş və qorxuncdur. Növbəti yazılarda digər mənəvi və fiziki terror materiallarının “şok” başlıqlarından sitatlar təqdim edəcəyəm.

Bəziləri soruşur ki, media niyə bunları verir, eyni məntiqlə media subyektləri də soruşur ki, bəs siz niyə onları oxuyursunuz, siz nə istəyirsiniz biz də onu veririk. Hər iki tərəf həm haqlıdır, həm də haqsız… Fakt odur ki, informasiya resursları daha çox bu materialları verir, daha bir fakt odur ki, oxucular, tamaşaçılar da daha çox bu materialları izləyir. Bu materialları onlar verir deyə bunlar oxuyur, bunlar oxuyur deyə onlar verir. Bu qapalı dairədən çıxıla bilmir.

Hələlik, bu dəhşətli prosesə “dur” deyən tapılmır. Görək, bu faciəvi vəziyyət nə vaxta qədər davam edəcək və son nəticə necə olacaq…

Elçin Bayramlı

Digər xəbərlər