Köşə

  • 5 011

Acı dadmayan soğan - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Dünyada əhali artır və təbii olaraq qidaya tələb də yüksəlir. Müxtəlif hesablamalara görə, düzgün bölüşdürüləcəyi halda indikindən 2 dəfə daha çox əhalini təmin edə biləcəyi halda ədalətsiz bölünmə nəticəsində qida ehtiyatları planetdəki bütün insanların ehtiyacını ödəmir. Hesablamalara görə, təkcə ABŞ və Britaniyada zibilliyə atılan yararlı qidalar 1 milyarda yaxın adamı təmin edə bilər ki, dünyada da elə bu qədər adama qida çatmır. Bunu əldə bayraq edən bəzi transmilli şirkətlər biotexnologiya imkanlarından istifadə edərək məhsul bolluğu yaratmağa çalışdıqlarımı bəyan edirlər. Lakin hələ 300 milyon nəfər acın olduğu keçən əsrin ortalarında GMO məhsullar vasitəsilə dünyada acılığın kökünün kəsiləcəyini iddia etsələr də, hazırda dünyada acların sayı 850 milyondur. Demək, aclığın kökü kəsilmək əvəzinə 3 dəfə artıb. Üstəlik, bu texnologiya daha dəhşətli bəlaları özü ilə gətirir. Bu yazıda həmin bəlalardan danışacağıq.

Dünyada adı tibb elminə məlum olan və ya olmayan bir çox xəstəliklərə düçar olan insanların sayı sürətlə artır. Dünyanın bir çox alimləri burada GMO məhsulların böyük rolu olduğunu qeyd edir və həyəcan təbili çalırlar. Qeyd edək ki, hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur. Dünya əkinlərinin isə azı 30 faizində trasgen toxumlar əkilir.

Elmi araşdırmalara görə, geni dəyişdirilən məhsullar insanın immun sistemini zəiflədir. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Adi bir fakt- gen mühəndisliyinin geniş inkişaf etdiyi ABŞ-da əhalinin 70 faizi allergiyadan əziyyət çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə, belə şəxslərin sayı əhalinin cəmi 7 faizini təşkil edir.

Fransada, Rusiyada, Almaniyada və sair ölkələrdə aparılan araşdırmalarda trasngen məhsuların xərçəng törətdiyi və digər ciddi xəstəliklərə səbəb olduğu ortaya çıxıb.

Trasgen məhsullar sonrakı nəsillərdə özünü daha çox biruzə verir. Bir çox alimlər sonsuzluq hallarının artmasını və digər təhlükəli xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri kimi GMO-nu qeyd edirlər.

Dünyada biznes maraqları hər şeydən üstün olduğundan əsas məsələ budur- tez, az xərclə, çoxlu və davamlı pul qazanmaq. Qlobal şirkətlər GMO ilə immunitet sistemi çökdürülmüş, bioloji olaraq xəstələndirilmiş insanlara çox sayda bahalı dərman növlərini satmaqdan daha çox gəlir götürülür.

Getdikcə təbii məhsullar sıradan çıxır. Artıq soğan belə acı dadmır. Təbii fitrətindən çıxarılmış qida məshulları insanın genlərini belə dəyişir. GMO immuniteti zəiflədərək bütün mümkün qorxulu xəstəliklər üçün qapıların açılması deməkdir. Həm də söhbət təkcə fiziki xəstəliklərdən getmir. GMO psixologiyanı, şüuru, insani hissləri belə dəyişdirmək gücündədir.

Bəzi qlobal dairələr ölkələrin ərzaq təhlükəsizliyinə tam nəzarət etmək məqsədi güdürlər. GM olunmuş orqanizmlərin məhsullarını, toxumlarını bütün dünyada yaymaqla, ölkələri özlərindən asılı vəziyyətə salırlar. Bu isə milli və dövlət təhlükəsizliyi cəhətdən son dərəcə təhlükəlidir.

Həmin korporasiyalar bir il toxum verməsə, həmin ölkənin kənd təsərrüfatı çox ağır vəziyyətə düşə bilər. Ölkəmizin böyük təbii potensialı var, milyard tonlarla təbii kübrə var, münbit torpaqlar, gözəl iqlim şəraiti, məhsuldar təbii toxumlar var. Bu halda biz niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik?

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda bitkilərimizin genləri qorunur. Orada zəngin genefond var. Bu İnstitut milli sərvətimizdir və ona yaxşı imkanlar yaradılmalıdır. Yerli təbii toxumlar artırılmalı və geniş tətbiq edilməlidir.

GMO bitkilər təkcə insanın deyil, təbiətin də bioloji strukturunu dəyişir. Bu bitkilərin ən təhlükəli effektlərindən biri də ətrafda olan bitkilərə yoluxaraq onları genetik zibilləmələridir. Amerika, Rusiya və Almaniyada aparılan araşdırmalar göstərdi ki, bu bitkilərin çiçəklərinin tozları külək, su vasitəsilə, quşlarla, həşəratlarla yüzlərlə, minlərlə km məsafəyə yayıla bilir. Bu cür genetik zibillənmənin nəticəsi sonda bioloji müxtəlifliyin məhvi deməkdir.

Qısası insanların və bütün canlı aləmin gen məbədinə toxunmaq çox ağır fəsadlara səbəb olur. Milli genefond zədələnir, təbiət məhv olur, torpaq zəhərlənir, üstəlik ölkənin sterateji iqtisadi təhlükəsizliyi də zərbə altına düşür. Ona görə də, fikrimizcə, Azərbaycan öz təbii resurslarına güvənərək, sağlam, təhlükəsiz və təbii ərzaq istehsalına üstünlük verməlidir. Bunun üçün bütün imkanlar var.

Digər xəbərlər