Köşə

  • 2 378

LGBT Olimpiadası: Parisdən dünyaya satanizm təbliğatı – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Olimpiada bəşəriyyətin ən böyük idman bayramıdır. Daha doğrusu, bu yaxınlaradək hamı elə görürdü. Lakin 2024 Paris Olimpiadası artıq bu görüşü darmadağın etdi və bəşəriyyət gördü ki, bu beynəlxalq yarışlar artıq normal insani dəyərləri yox, qeyri-insani pozğun “dəyərlər”i təbliğ edir. Əslində, bəzi qlobal dairələr tərəfindən aparılan bu siyasət yeni deyil və onillərdir ki, dünyada satanizm elementlərini, cinsiz azlıqların təbliğatını, mənəvi dəyərlərə, dinlərə, ailə institutuna qarşı təcavüzü davam etdirirlər və əhəmiyyətli nəticələr də əldə ediblər. Bu istiqamətdə dünya üzrə keçirilən bəzi festifallardan, televiziyalardan, internetdən, kino sənayesindən, məşhurlardan necə lazımdır istifadə edilir. Avroviziya mahnı yarışması kimi festifallar sırf LGBT təbliğatına xidmət edir və dünyada gəncləri psixtron terrrora məruz qoyur. Lakin Olimpiada kimi nəhəng dünya yarışlarında açıq aydın şəkildə satanizm və LGBT təbliğatı göstərir ki, artıq bu təbliğatı ən yüksək beynəlxalq miqyasa çıxarıblar.

Paris Olimpiadasının açılışındakı biabırçılıqlar bütün dünya mediasında sərt tənqid olundu, sosial şəbəkələrdə etirazla qarşılandı. Təsəvvür edin ki, xristian dünyasının mərkəzində, Avropanın ortasında xristian dini və bütün xristianlar, o cümlədən bu dinin peyğəmbəri belə açıq təhqir olundu, Bibliyadakı mövzular biabırçı formada, əxlaqsız şəkildə təqdim edildi. Lakin buna qarşı ciddi bir etiraz aksiyaları təşkil olunmadı. Üstündən xeyli keçəndən sonra Vatikan yuxudan ayıldı və möhtərəm Papa həzrətləri bir neçə cümlə tənqiddə buluna bildi.

Yarışların gedişi isə aləmi bir-birinə qatdı- kimin kişi, kimin qadın olduğuunu aydınlaşdırmaq mümkün olmadı. Bu əvvəl qadın olub, indi kişidir, bu əvvəl kişi olub indi qadındır söhbətləri insan cəmiyyətinin necə rəzil bir vəziyyətə salındığını açıq göstərdi. Transgenderləri və bu kimi fizioloji, psixoloji cəhətdən defekt adamları qəhrəman kimi dünyaya sırımaqda davam edirlər.

Artıq təbiətən mövcud olan 2 cinsə əndrabadi adlarla yeni “cinslər” də əlavə etməyə girişiblər. Halbuki, bu nə elmi cəhətdən, nə dini cəhətdən, nə bioloji cəhətdən, nə psixoloji cəhətdən mümkün deyil. Bioloji olaraq 2 cins var vəssalam- bundan kənardakı formalar sadəcə anomaliyadır- ya anormal doğulmuş xəstə adamlar kimi müalicə olunmalıdır, ya da bu mümkün deyilsə bu xəstəliklə öz həyatlarını yaşamalıdırlar. Lakin bunu təbliğ edib adiləşdirmək və gənclərdə buna meyil yaratmaq bəşəriyyətə qarşı açıq şeytani terror aktıdır.

Qlobal transhumanistlər bəşəriyyətlə bağlı qorxunc planlarını heç gizlətmirlər də. Yeni dünya nizamı dedikləri şeytani sistemi qurub “yeni insan” dedikləri idarəolunan biorobiot zombi məxluq sürüsü yaratmaq planlarını ardıcıl surətdə həyata keçirirlər. Bunun üçün 2 istiqamətdə- fiziki-bioloji və mənəvi-psixoloji tərəflərdən zəmin hazırlanır.

Fiziki-bioloji terror əsasən süni və GMO qida məhsulları, dərman və vaksinlərlə, tibb elminin köməyi ilə, mənəvi-psixoloji terror isə mənəvi dəyərləri sarsıdıb yerinə saxta və şeytani dəyərləri oturtmaqla həyata keçirilir.

Dünyanın demək olar ki, bütün iqtisadi, elmi-texnoloji sərvətlərini, kütləvi təbliğat vasitələrini, peşəkar mütəxəssislər ordusunu əlində cəmləmiş bu qüvvə bütün planları heç gizlətmədən açıq və rəsmi şəkildə davam etdirir.

Normal insan cəmiyyətinin yerinə “dünya hökuməti”nə tabe olan və ordan verilmiş proqramla idarə olunan zombi kütləsi yaradılır. Belə bir bəşəriyyəti idarə etmək asan olur. Amma mənəvi dəyərlərə, ənənələlərə sadiq insanları idarə etmək olmur, onlar heç cür “qlobal şeytani hökumət”ə tabe olmaq istəmirlər. Bu səbəbdən son onilliklərdə kütlələri psixtron terrora məruz qoyma və mənəvi deqradasiyaya uğratma proqramlarının həyata keçirilməsi gücləndirilib. Bu proqramların maliyyələşməsinə qlobal fondlardan yüz milyardlarla dollar vəsait ayrılır.

Bütün mənəvi dəyərlərin gözümüzün qabağında dağıdıldığı, yerinə qoyulan “dəyərlər”in isə insanlığı məhvə apardığı artıq bütün ağıllı adamlara aydındır. Lakin düşünə bilən ağıllı adamların həddən artıq az olduğunu da bilməmək mümkün deyil. Və bu azlıq çoxluğa qarşı mübarizədə uduzmağa məhkumdur. Qərarı kütlə, çoxluq verir, azlıq da çoxluğun qərarını dəyişmək gücündə deyil. Əgər bu qlobal prosesin qarşısını almaq üçün heç kim heç nə etmək istəmirsə, deməli, bu dəhşətli gələcəyin yaradılması bizim arzumuzdur. Arzu nədirsə gec-tez həyata keçməlidir. Nə əkiriksə, onu da biçəcəyik.

Digər xəbərlər