Köşə

  • 2 924

Erkən fahişəliyə qarşı niyə mübarizə aparılmır? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Media və qeyri-hökumət təşkilatları erkən fahişəliyə qarşı mübarizə əvəzinə “erkən” evliliyə qarşı mübarizə aparmaqla məşğuldur

Azərbaycan xalqının minillərlə formalaşmış mənəvi dəyərlərini qərbdən yeridilən saxta dəyərlərlə əvəzləmək prosesi davam edir. Avropanın bizə yeritdiyi qanuna qalsa, tam formalaşmış, hər cəhətdən yetkin 17 yaşlı qız ailə qura bilməz, amma 16 yaşlı körpə qızcığaz azad şəkildə fahişəlik edə bilər. Qlobal mərkəzlərdən idarə olunan jurnalistlər, ictimai təşkuilatlar, psixoloqların əli ilə "Erkən evliliyə qarşı mübarizə" adı altında aparılan və milli ailə sisteminin dağıdılmasına hesablanmış əməliyyat müvəffəqiyyətlə başa çatmaq üzrədir.

Erkən evlilik faciə deyil, bunu minillərin təcrübəsində görmüşük, amma erkən fahişəlik faciədir və fəlakətdir- bunu da son illərdə daha aydın görürük. Erkən evlilik dediyimiz yaşlar (16-17) dünyanın əksər ölkələrində (hətta dünyaya demonkratiya ixrac edən ABŞ-da da) rəsmi evlənmə yaşıdır. İnsanı Yaradanın ona hansı yaşda ata, ana olmaq qabiliyyəti verdiyini elm də təsdiq edir, biz də bilirik. Amma bəziləri çıxıb deyir ki, xeyr, Yaradan da səhv edir, elm də, biz hamıdan ağıllıyıq. Biz nə deyriksə, elə etməlisiniz.

Erkən evlilikdən əvvəl erkən fahişəliyə qarşı mübarizə aparmaq lazımdır. Uzun illərdir ki, qeyri-hökumət təşkilatlarının mənəvi mövzularda həyata keçirdikləri layihələri izləyirəm- hamısı “qadın azadlığı”, “məişət zorakılığı, “erkən evliliyə qarşı mübarizə”, “gender bərabərliyi” adı altında gedir.

Ancaq hələ də erkən fahişəliyə qarşı bir layihə həyata keçirən görməmişəm. Halbuki, azyaşlı qızların cinsi istismarı, qadın alveri obyektinə çevrilməsi haqda faktların sayı hesabı yoxdur. Fahişəxanalarda 13-14 yaşlı qızların pul müqabilində bədənlərini satdığı haqda mediada və sosial şəbəkələrlə mütamadi olaraq məlumatlar yayılır. İnternetdə hətta azyaşlı və yeniyetmə qızlar açıq şəkildə bədənlərini satışa qoyurlar, lakin nə cəmiyyətdən buna reaksiya var, nə dövlətdən. Amma nənəsi, anası 15-16 yaşda ailə qurub xoşbəxt ömür sürmüş bir qızın özü 17 yaşda ailə qurmaq istəyəndə bir qrup kütlə düşür ortalığa ki, vay qoymayın, qanun pozulmuş, dəhşətli cinayət baş vermişdir. Lakin elə həmin qız 16 yaşında oteldə ərəblərlə cinsi münasibətdə tutulsa nə bu kütlə narahat olur, nə də qanun pozulur. Dəhşətin fərqindəsinizmi?

Bəli, qızların zorla ərə verilməsi düzgün deyil və buna qarşı mübarizə aparılmalıdır. Lakin 17 yaşını keçmiş, fiziki və psixoloji cəhətdən evlənməyə, valideyn olmağa hazır olan, öz istəyi ilə ailə qurmaq istəyən insanı hansı əsasla bundan məhrum etmək olar? Bu 18 yaş senzi hansı bioloji qanuna, hansı məntiqə, hansı ədalətə əsaslanır? Heç bir cavab yoxdur, ola da bilməz.

Faktiki olaraq erkən evliliyə qarşı mübarizə adı altında gənclərin mümkün qədər gec evlənməsi təbliğ olunur, hətta açıq deyilir ki, heç evlənmək lazım deyil. Bu təbliğatın nəticəsidir ki, evlilik halları kəskin azalıb, boşanmalar isə kəskin artıb.

İş o yerə gəlib ki, 18-20 yaşda gənclərin evlənməsinə belə bu “abrazavonski” zombilər pis baxırlar. Ümumdünya Səhiyyə Təşkilatı qızların ideal evlənmə yaşının 18-20, oğlanlarda isə 20-22 yaş olduğunu bəyan edir. Amma elm də, bioloji qanunlar da, insanın instruksiyası da boş şeydir. Əsas qlobal mənəvi terrorun aparılmasıdır. Ona görə də, gənclərin “təhsil və karyera” adı altında mümkün qədər gec (30-35 yaşda) evlənməsinin təşviqi, "qadın azadlığı" adı altında boşanmaların təbliğat kampaniyası maşallah nəhəng miqyasda davam edir. Artıq 50 faizə çatmış boşanmalarla dünya liderinə çevrilmişik. Dünyanın ən möhkəm ailə institutu cəmi 20-30 ildə ən dağılmış ailə institutuna döndərildi.

Abortlar üzrə dünya liderlərindən biriyik. Son 1 ildə uşaq doğumu 100% (!) azalıb- yəni 2 dəfə. Cinsi azlıqların sayı sürətlə çoxalır. “Öz cinsimi hələ təyin etməmişəm” deyən yeniyetmələr meydana gəlir. Xəyanət halları, namus cinayətləri sürətlə artır. Əxlaqsızlıq getdikcə kütləviləşir. Kriminal ünsürlər artır. Mənəvi deqradasiya kulminasiyaya çatır. Beləliklə, bioloji qanunlar da pozulur, insanın təməl hüquqları da, mənəvi dəyərlər də. Kütləvi informasiya və təbliğat vasitələri ilə tam bir satanizm ideologiyası yeridilir. Qlobal psixotron terror davam edir. Müasirlik adı altında sizə qarşı təcavüz prosesi aparılır. Təslim olmayın. Özünüzü bu terrordan qoruyun. İmkan olsa öz millətinizi də.

Digər xəbərlər