Köşə

  • 596

Bəs Sizin nəzərinizcə..? - KÖŞƏ YAZSISI

image

Deməli belə, rəsmi Moskva rəsmi Bakı ilə İrəvan arasındakı danışıqlar yolunda fəallaşmağa başlayıb. Özü də necə deyərlər, "nətər lazımdır"... Daha dəqiq desək, Putin Bakıya gəldi, Əliyevin mövqeyini dinlədi, sonra Paşinyana zəng etdi və ötən gün yenidən Azərbaycan Prezidentinə zəng etdi.

Kremlin istədiyi nəticə - baş verdimi?

Bütün bunlar isə cəmi-cümlətanı 10 gündə baş verdi. Moskvanın 2020-2022-ci illərdə və etiraf edək ki, bu gün də Azərbaycan və Ermənistanı barışdırmaq üçün uğursuz cəhdləri kontekstində "sülh" rəmzi daşıyan “göyərçin dimdiyində zeytun budaqlarının” təqdim edilməsi strategiyası Kremlin istədiyi nəticəni vermədi. Və beləliklə, sülhməramlıların erməni separatçıları ilə Bakını qıcıqlandıran əməkdaşlıq məsələlərində Kreml faktiki olaraq münaqişə tərəflərinin barışmasında iştirakının eksklüzivliyini itirdi və bu, REAL FAKTDIR!

Azərbaycanın və Türkiyənin ərazilərinə iddia etməklə!

Daha sonra, Brüssel və Vaşinqtonun məlum cəhdləri, sadəcə, boşa çıxdı - yəni, "ermənilərin etnik təmizlənmələri" və s...

Üstəlik, Berlin və London tərəfindən danışıqlar prosesində iştirak etmək üçün uğursuz cəhdlər edildi. Ümumiyyətlə, son bir ildə münaqişə tərəflərinin ünsiyyətində müəyyən bir boşluğun yaranması göz qabağındadır. Ermənistanın vay-şivəni Bağanis-Ayrım və Xeyrimli kəndləri ərazisində dövlət sərhədinin demarkasiyası zamanı kiçik bir boşluq yaradıb. Amma! Amması da odur ki, Ermənistanın özündə daxili siyasi və ictimai vəziyyət, cəmiyyətin dövlət sərhədinin demarkasiyasına reaksiyası göstərdi ki, İrəvanda məsələnin son həllinə hazır deyillər, hətta bu "həll" Ermənistanın mövcud Konstitusiyasına daxildir - Azərbaycanın və Türkiyənin ərazilərinə iddia etməklə!

Və sonra Moskva üçtərəfli bəyanatla imzasını xatırladaraq yenidən səhnəyə çıxır. Kremlin növbəti cəhdinin münaqişə tərəflərinə nə vəd etdiyini əlbəttə, tezliklə biləcəyik. Ancaq danışıqlar prosesində irəliləyiş və sülh müqaviləsinin imzalanması ilin sonuna qədər mümkün görünmür. Bu barədə danışmaq mənim zənnimcə tezdir. Bəs Sizin nəzərinizcə?

P.S. Məsələ Zəngəzurdadır...

Afət Tahirqızı

Digər xəbərlər