Elçin Bayramlı
Mediada yayılan bu məlumat çoxlarının ürəyindən oldu. “İnsan alverinin təbliği ilə məşğul olan 156 Teleqram, Tiktok və İnstaqram kanalı bağlanıb. 2024-cü ildə insan alveri, əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb."
Bu sahədə vəziyyət artlq dözülməz hala çatıb və izin müddətdir ictimai xadimlər davamlı şəkildə dövləti ciddi tədbirlər görməyə çağırır. Sosial şəbəkələrdə artıq real cinayət məkanına çevrilib, burada nəzarətsizlik və özbaşınalıq üçün hər cür imkanlar va və bəziləri bu imkanlardan necə lazımdır bəhrələnirlər. Bəziləri isə sosial şəbəkədə “ulduz” olublar və həinki məşhurluq əldə ediblər, hətta apardıqları əxlaqsızlıq təbliğatına görə yaxşı pul da qazanırlar.
Bütövlükdə götürdükdə, belə adamlara marağın olması, lüks həyat yaşamaları inkar olunmaz faktdır. Maraqlıdır ki, bu cür adamlar qısa zamanda fenomenə çevrilirlər. Onların Tik Tok, İnstagram, Yutub və digər platformalarda açdıqları canlı yayımlara minlərlə insan qoşulur. Bunların bəzilərinin 3-cü cins nümayəndəsi olduğu bəllidir. Belələrinə pul hədiyyələri göndərilir, üstəlik onlar baxış sayından və reklamdan da apul qazanırlar.
Belə adamların fenomenə çevrilməsinin səbəbi nədir? Fikrimcə, belə halların sayının artmasının iki əsas səbəbi var. Birincisi, bioloji terrordur. GMO və hormonal balansı dəyişən qidalar, bir sıra psixtrop dərmanlar, narkotik maddələr və s. Bunlar şüuru, psixologiyanı dəyişdirə bilir. İkincisi isə mənəvi-psixoloji deqradasiyadır. Bu da müasirlik adı altında biabırçı həyat tərzini təbliğ etmək, bütün anormallıqları normal göstərməkdir. Bunun üçün qlobal fondlardan yüz milyardlarla vəsait sərf olunur. Belələrinin həyat tərzini nümayiş etdirərək, gəncləri həvəsləndirməyə çalışırlar. Bütün dünyada belədir. Onların arxalarında imkanlı, vəzifəli şəxslər olur, hər cür şərait yaradılır. Onlara biznesdə şərait, şou-biznesdə imkan yaradır, televiziyalarda təbliğ edirlər.
Bir çox ölkələrdə belələrinə qarşı həm dövlət, həm ictimaiyyət tərəfindən ciddi müqavimət göstərilir. Təəssüf ki, bizdə laqeydlik psixologiyası və cəzasızlıq mühitidir. Əksinə, onlara yüksək səviyyədə şərait yaradılır. Məsələn, mənəvi dəyərlərlə bağlı nəsə yazsaq, yüzlərlə, minlərlə adam bizi sosial şəbəkələrdə təhqir etməyə, gözdən salmağa və şər atmağa başlayacaqlar. Onların müəyyən vəzifəli, tanınmış şəxslərlə bərabər beynəlxalq təşkilatlardan da dəstəkləri var.
Artıq anormallıqların normallaşdırılması cəmiyyətə qəbul etdirilir. Tədricən, hiss olunmadan…. Təəssüf ki, bizdə buna qarşı müqavimət reaksiyası mövcud deyil. Baxmayaraq ki, biz Şərq ölkəsiyik, türk xalqıyıq, özümüzü müsəlman hesab edirik, amma əxlaqsılzığın təbliğinə qarşı müqavimət göstərmirik. Bu biabırçılıqdır!
Bunlar mütəşəkkil təşkilatlanmış qruplardır. Onlara milyardlarla vəsait ayrılır, layihələr verilir, filmlər, seriallar çəkilir, təşkilatlar və hərəkatlar yaradılır. Bir sözlə, qlobal bir miqyasda iş gedir. Bu baxımdan da dövlətlərin özünüqoruma mexanizmi olmalıdır. Çünki bu, milli genefondun məhv edilməsinə, millətin pozğun kütləyə çevrilməsinə gətirə biləcək bir təhlükədir.
“Müasirlik”, “avropalaşaq”, “inkişaf edək” adı altında bütün dəyərlərimizi çökdürüblər. Ailə dəyərlərimizi, böyük-kiçik dəyərlərimizi məhv etdilər, uşaqları da zombi kimi böyüdürük. Təəssüf ki, nə dövlət, nə də cəmiyyət olaraq bunlarla mübarizə aparmaq əzmində deyilik. Acınacaqlı vəziyyətdəyik!
Bunun sonu yaxşı nəticə verməyəcək. Biz cəmiyyət olaraq hələ də təhlükənin fərqində deyilik. Prosesin hara getdiyini, nələrə gətirib çıxardığını anlamırıq. Biz hələ yuxudayıq, ayılanda çox gec olacaq. Əgər indi tədbir görməsək, tezliklə bunlar çoxluğa çevriləcək. Ondan sonra ümumiyyətlə bunun qarşısını almaq mümkün olmayacaq və normal insanlar azlıqda qalacaq. Azlıq isə çoxluğa tabedir. Bu gedişlə bizə qaydaları da, şərtləri də onlar qoyacaq. Onsuz da dəyərlərimizin çoxunu itirmişik, yaxın zamanda qalanların da sonuna çıxacaqlar.
Ayılmaz vaxtıdır!