PDF Oxu

Köşə

  • 1 017

Uşaq istəmirsən?

image

Lalə Mehralı

Həm ümumi olaraq abort, həm də selektiv abort dünyanın bütün ölkələrində həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur. Azərbaycan təəssüf ki dünya statistikasında aborta görə liderdir. Bu nataraz vəziyyət yaxın gələcəkdə təhlükənin olacağını deyir. Doğulan uşaqların sayı hər il azalır, abort edilən uşaqların sayı isə artır. Doğumda bu qədər azalma, abortdakı bu qədər yüksək gəstərici, üstəlik selektiv abort dəhşəti heç bir dövlət üçün normal deyil.

Doğulan uşaqların sayının azalması bir dövlət üçün faciədir, Azərbaycan demoqrafik artımda stabilliyin qorunması təmin etmək məcburiyyətindədir. Yaxın gələcəkdə nə orduya aparmağa əsgər, nə də o əsgərləri dünyaya gətirməyə qadınlar tapılacaq. Bu azalma ictimai-sosial işlərin, habelə peşə icraçılarının da kəskin azalması deməkdir. Təminat təlabatı ödəməyəcək. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Yəni indi selektiv abortla bağlı bizə faicəvi görünən rəqəmlər yaxın gələcəkdə maksimal dərəcəyə çatacaq.

Nikah sayının zalması doğulan uşaqların sayına da təsir göstərir təbii ki. Statistikaya baxanda, nikahdakı azalmanı müşahidə edəndə anlayırsan ki, doğulan uşaqların sayının az olması haradan qaynaqlanır. Boşanmaların gündən-günə artması da başqa bir səbəbdir. Boşanmağı planlaşdıran bir ailə nəsil artırmaqda niyə maraqlı olsun ki? Bundan əlavə, bəzi hallarda qadınlar karyera, iş sahəsində yüksəlmək, təhsilinə qoyduğu kapitalı geri qaytarmaq üçün ana olmağı təxirə salır. Bəzi hallarda sosial-iqtisadi problemlər ailənin uşaqla bağlı planlarını geri plana atır. Bütün bu səbəblərin yaratdığı nəticə də özünü statistik məlumatlarda büruzə verir.

İnsanlar ailə planlamasına etinasız yanaşdığı üçün abort bu qədər çox qeydə alınır. Əgər mövcud uşaqlarından başqa uşaq istəmirlərsə insanlar tədbirini görməlidir, tibb bunun üçün olduqca çox alternativ təklif edir. İnsanlar hamiləlikdən qorunmurlar, əhəmiyyətsiz hesab edirlər, amma abort etdirməyi normal hesab edirlər. İldə bir neçə dəfə aborta gedən qadınların gələcəkdə sağlam uşaq dünyaya gətirmək şansı hər müdaxilədə azalır. Çoxsaylı abort qadın orqanizminə zərərdir. Bu gələcəkdə nəsilartırma problemlərinə, sonsuzluğa səbəb olacaq.

Əgər nəsilartırmada maraqlı deyilsə sadəcə hamiləlikdən qorunma vasitələrindən birini tətbiq edə bilər, hər büdcəyə uyğun kontraseptiv mövcuddur. Üstəlik ildə bir neçə dəfə aborta gedən qadın üçün maddi səbəblər bəhanə ola bilməz, bir mini abortun puluna 3 il hamiləlikdən qoruyacaq uşaqlıqdaxili spiral tətbiq etdirə bilər məsələn. Deməli aborta məcburiyyətdən getmir. Dəfələrlə kontraseptivlərin icbari tibbi sığorta daxilində təmin edilməsini təklif etmişəm, belə olsa bəhanəsi nə olacaq insanların?

Həmçinin qeyri-rəsmi münasibətlərdən olan hamiləliklər bu statistikaya çox böyük təsir edir. İndi nikahlı insanlardan çox vətəndaş nikahında yaşayanlar, bir gecəlik münasibət quranlar aborta gedir. Məktəbli qızların günü-gündən artan abortundan xəbərdarsınızmı? Mən bu barədə danışmağa xəcalət çəkirəm, amma 14-16 yaşlı qızların hamilə qalmasını, başıpozuq münasibət yaşamasını, aborta getməsini, yoluxucu xəstəliklərə tutulması faktlarını dana bilmərik.

Doğulan körpəni qətl etməklə bətndəki körpəni qətl etmək arasında bir fərq yoxdur. İkisi də canlıdır, insandır, nəfəs alır, orqanları var, düşünür. Bir neçə dəqiqəlik həzzə, başıpozuq münasibətə, etinasızlığa, vecsizliyə qurban edilən o körpələrin səsi eşidilsəydi əgər, yer üzündə fəryaddan qulaq tutulardı.

Digər xəbərlər