Elçin Bayramlı
Son günlər Azərbaycanda dabaq xəstəliyi və ətin təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb. Bununla paralel olaraq mal ətinin qiyməti kəskin bahalaşıb və 21 manata çatıb. Bu isə bir çoxlarında şübhələr yaradıb. Bəs yaranmış vəziyyət nə iklə bağlıdır? Müxtəlif regionlarda yaşayan, tanış heyvandarlardan araşdırmağa çalışdım. Həqiqətən də hazırda bəzi rayonlarda iribuynuzlu mal-qarada bu xəstəlik var. Əvvəllər də bəzən mal-qarada dabaq xəstəliyi olub olub, bu ümumiyyətlə həmişə olub. Müəyyən bir həcmdə təbii bir haldır. Amma son dövrlərdə onun sayı artıb.
Ölkəmizdə hərdən yayılan belə xəstəliklər təbiidir və normaldır. Lakin qlobal miqyasda bu proses heç də təbii deyil. Son illərdə, dünya ölkələrində müxtəlif xəstəlik və viruslardan milyonla mal-qara tələf olub.
Proses müxtəlif ölkələrdə eyni gedir. Sanki hansısa qüvvə xüsusi olaraq mal-qarada xəstəliklərin yayılmasına çalışır. Bizə də xaricdən diri heyvanlar və müxtəlif yemlər gətirilir. Onların tərkibində nə olduğunu biz bilmirik. Bu məsələ ölkənin özünün daxilində təşkil olunan bir iş deyil. Xəstəliyin gəlmə mənbəyi xarici ölkələrdəndir. Dünya artıq qloballaşıb. Ticarət və iqtisadiyyat artıb. Heyvanlar və yemlər də müəyyən mərkəzlər tərəfindən təmin olunur. İstənilən ölkəyə bunları göndərərək, orada bu xəstəlikləri yaymaq mümkündür.
Heyvanlarda olan bəzi xəstəliklər insanlara ciddi təsir edir. Bəzi viruslar var ki, bunlar hətta qaynama temperaturunda da ölmürlər. Ona görə də, ət məsələsində diqqətli olmaq vacibdir.
Son illərdə analitiklər bildirirdilər ki, dünyada iri və xırdabuynuzlu heyvanlara qarşı bir kampaniya başladılacaq. Çünki süni ət texnologiyası artıq hazırdır. Bunun maya dəyərini də 15 dollara qədər aşağı salıblar. Getdikcə də qiyməti ucuzlaşacaq, süni əti bazara oturtmaq, insanları proqramlaşdırılmış, süni hüceyrələrdən formalaşmış süni ətlə qidalandırmaq üçün təbii ət bazardan çıxmalıdır. GMO soyadan istifadə olunan süni ət, hüceyrənin laborator şəraitdə hormonal dərmanlarla çoxaldılıb şişirdilən vasitələrlə təşkil olunur. Dadı da təbii ətdən heç seçilmir.
Şübhə yoxdur ki, yaxın illərdə təbii ətin qiyməti heç bir iqtisadi əsası olmadan davamlı bahalaşmaya məruz qalacaq. Müxtəlif formalarda heyvanlar arasında xəstəliklər yayılacaq. İnsanlar qorxudulacaq. Bu həm də ət monopoliyasını formalaşdırır. İnsanlar sadə qəssablardan ət almağa çəkinəcəklər. Bəziləri deyir ki, heyvanların xüsusi yoxlamalardan keçdiyi kəsim mərkəzlərindən və market şəbəkələrindən olan ət alınmalıdır. Burada, əslində alıcı bilmir ki, heyvanın mənşəyi nədir. Bu bizim cəmiyyətin psixologiyasına xarakterik deyil. Biz həmişə göz qabağında olan, sağlam şəkildə kəsilən heyvanların ətini almağa üstünlük vermişik. Amma müəyyən məhdudiyyət və məcburiyyətlər olanda, insanlar məcbur olacaq ki, qəssabdan ət almaqdan çəkinsinlər. Burda problem olmamalıdır, sadəcə qəssablarda kəsilən heyvanları əvvəlcədən müayinə etmək kifayətdir.
Bəzi proqnozlara görə, yaxın vaxtda heyvanlar arasında qlobal səviyyədə çox təhlükəli bir virusun yayılması təşkil olunacaq. Bu, əsasən iribuynuzlu heyvanlar arasında baş verəcək. Çünki qlobalistlər deyirlər ki, guya inəklər metan qazı buraxır və atmosferdə problem yaradır, havanı zəhərləyirlər. Halbuki bu tamamilə uydurmadır. Qlobalistlərin nəhəng kimya zavodları inəklərin buraxdığından milyon dəfə artıq metan qazı, karbon dioksid və s. buraxır. O zavodları bağlasınlar.
Artıq bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyədə süni ətin istifadəsinə və istehsalına başlanılıb. İlk vaxtlar bu müxtəlif ət məhsulları formasında satışa buraxılır. Kolbasalar, sosiskalar, farş formalarında olur. Əvvəlcə kafe və restoranlara veriləcək. İnsanlar o ətin mənşəyindən xəbərsiz olacaq. Daha sonra müəyyən məhdudiyyət və qadağalar, heyvanların kütləvi qırılması ilə dünya səviyyəsində təbii ətin istifadəsini demək olar ki, minimuma endirəcəklər. Paralel olaraq süni ətin kiloqramı 5 dollar səviyyəsində endiriləcək. Hətta bazarda təbii ət olsa belə, qiyməti o qədər qalxacaq ki, (məsələn 50-100 manat) sadə insanlar onu ala bilməyəcək. İmkanlı şəxslər isə istəyir kilosu 100-200 manat olsun, alıb yeyəcək. Sadə insanlar isə məcburən süni ətə keçməli olacaq.
Qlobalistlər heyvanlara edəcəkləri soyqırımı heç də gizlətmirlər, məqalələrdə, canlı efirlərdə bəyan edirlər. Bəşəriyyəti təbii fitrətindən çıxarıb zombiləşdirmək məqsədi güdürlər- bunun üçün çoxsaylı sahələrdə terror aparılır. Bu qlobal terror kampaniyasına trilyonlarla pul ayrılır.
Bizim ölkədə mümkün qədər özünüqoruma mexanizmi olmalıdır. Dövlət bu məsələlərə ciddi yanaşmalıdır. Özümüzün taxıl, yem, ot və s. kimi imkanlarımız böyükdür. Xaricdən yemlər, naməlum tərkibli maddələr almamalıyıq. Hansı ki, onlar heyvanları tezkökəldən zərərli dərmanlardır. Heyvanların da xarici ölkələrdən gətirilməsini azaltmalı və özümüzdə çoxaltmalıyıq. Özümüzü qorumaq üçün coğrafi imkanlarımız var. Qarabağ zonası çox nəhəng potensiala malikdir. Azərbaycan tamamilə öz təlabatını ödəyə bilər.