PDF Oxu

Köşə

  • 2 123

Qorxuram… - ESSE

image

Elçin Bayramlı

İnsanı ucaldan iki şey var: qorxu və maraq- Napoleon Bonapart

Qorxu. Bu ən güclü insani hisslərdən, duyğulardan biridir. Bunun alternativi cəsarətdir. Bəziləri qorxunu mənfi, cəsarəti isə yalnız müsbət xüsisyyət kimi qiymətləndirir. Lakin heç birini birmənalı şəkildə müsbət xarakter kimi qiymətləndirmək olmaz. Hərəsi öz yerində olanda müsbət xüsusiyyət olur, yerində olmayanda isə mənfi xüsusiyyət. Məsələn, hazırda bəziləri qadın əxlaqsızlığını cəsarət kimi qələmə verirlər, amma bu “cəsarət” müsbət yox, mənfi xüsusiyyətdir. Yaxud, rüşvət almamağı bəziləri qorxaqlıq kimi qələmə verirlər, halbuki, bu “qorxaqlıq” mənfi yox, müsbət xüsusiyyətdir.

İnsan qorxmalıdırmı? Hesab edirik ki, bəli. Bəs niyə, nədən, necə qorxmalıdır? Bu yazıda əsasən qorxu hissinin harada və nəyə lazım olduğundan danışacağıq.

İnsan qorxmalıdır:

-Haram yeməkdən

-Rüşvət almaqdan

-Yalan danışmaqdan

-Başqasının haqqını mənimsəməkdən

-Oğurluq etməkdən

-Adam öldürməkdən

-Fırıldaqçılıq etməkdən

-Zina etməkdən

-Kiməsə zərər vurmaqdan

-İftira atmaqdan

-Xəyanətdən

-Aldatmaqdan

-Satqınlıqdan

-Qəlb sındırmaqdan

-Sevdiyi ilə ayrılmaqdan

-Borclu qalmaqdan

-Yaxşılıq etməməkdən

-Zalımlıq etməkdən...

və nəhayət insan qorxutmaqdan qorxmalıdır. Haqsız yerə qorxutmaqdan!

Qorxmalı olduğumuz şeylərin çox kiçik bir qismini yazdım. Beləliklə aydın oldu ki, insanlar müxtəlif səbəblərdən qorxmalıdır- imanlılar Allahdan qorxmalı, digərləri öz vicdanından qorxmalı, azğınlar isə qanundan qorxmalıdır.

Göründüyü kimi, insan həm də qorxmalıdır. Bunlardan qorxmamaq insanlıqdan çıxmaq deməkdir. Hüquqi baxımdan bunlar cinayət, sosial baxımdan cəmiyyətə zərər vurmaq, dini baxımdan isə ən böyük günahdır. Beləliklə, qorxu da digər hisslər kimi, birmənalı deyil. Mənəviyyata söykənən qorxu ən müsbət xüsusiyyətdir. Allahdan qorxmaq insanı bunlardan aralı saxlayır. Haqsızlıq edən adama “Allahdan qorx” deyilir. Həyatda heç nə qarşılıqsız, əvəzsiz qalmır. Ona görə də insan haqsızlıq etməkdən qorxmalıdır, çəkinməlidir.

Bəziləri deyə bilər ki, bunları qorxmaqdan yox, vicdanlı olmaqdan da etməmək olar. Amma bu da elə eyni şeydir. Qorxmaq çəkinmək deməkdir. Əgər insan hər hansı səbəbdən nəyisə etməyə və etməməyə çəkinirsə, deməli bundan qorxur.

Bu yazıda məqsəd heç də qorxunun müsbət xüsusiyyət olduğunu iddia etmək deyil, amma mənfi xüsusiyyət də olduğunu inkar etməkdir. Qorxu həm müsbət, həm də mənfi xüsusiyyətdir- yerinə baxır.

İnsan qorxmamalıdır;

-Ölümdən

-Yaxşı işlər görməkdən

-Doğru danışmaqdan

-Halal zəhmətlə yaşamaqdan

-Sevməkdən

-Haqqı müdafiə etməkdən

-Vətəni, xalqı qorumaqdan

-Allah yolunda xeyirxah əməldən...

Çox saymaq olar. Məqsədimiz qorxunun və qorxmazlığın harada və necə olmalı olduğundan danışmaq idi. Bəzən qorxmalıyıq, bəzən isə qorxmamalıyıq. Xeyir əməllərdən qorxmamaq, şər əməllərdən qorxmaq lazımdır.

İnsan formasında göndərildiyimiz dünyada Adama çevrilməyi bacarmamız üçün.

Digər xəbərlər