PDF Oxu

Köşə

  • 1 243

Təbabət yolu ilə immun sistemimizi necə gücləndirə bilərik ?

image

Əvvəllər xəstələnəndə ilk etdiyimiz şey dərman qutusuna uzanmaq deyildi. Nənələrimizin mətbəxində qaynar su, bir ovuc adaçayı, bir dilim limon, bir qaşıq bal vardı. O mətbəxlərdə yalnız yemək bişmirdi, orada bədənlə ruhun dili başa düşülürdü. Təbabət yolu ilə immun sistemini gücləndirmək əslində insanın özünə qayıdışıdır, tələskən həyatın içində itirdiyimiz sadə həqiqətlərin xatırlanmasıdır.İmmunitet yalnız ağ qan hüceyrələrinin işi deyil. O, insanın necə yaşadığı, necə nəfəs aldığı, necə düşündüyü ilə birbaşa bağlıdır. Səhər tezdən içilən bir stəkan ilıq su, günəş işığını üzündə hiss etmək, torpaqla təmas, bunlar dərman kimi görünməsə də, bədənin ən dərin qatlarında şəfa yaradır. Təbiət insanı zəif yaratmayıb, sadəcə biz onu dinləməyi unutmuşuq.Bitkilər min illərdir insanın yanındadır. Zəncəfilin boğazı yandıran acılığı bədəni oyadır, sarımsağın qoxusu mikrobları qorxudur, qarazirə və qara zirə toxumu immunitetin səssiz qalxanına çevrilir. Amma bu bitkilərin təsiri təkcə kimyəvi deyil, insan içdiyi çayın istisini hiss edəndə, sanki bədəni “mən buradayam” deyə cavab verir.Ən böyük düşmənlərdən biri də daimi gərginlikdir. Stress immuniteti səssiz-səmirsiz içəridən yeyir. Təbabət bunu çoxdan bilirdi. Ona görə də sakitləşdirici çaylar, gecə yuxusundan əvvəl içilən melissa və çobanyastığı yalnız sinirləri deyil, müdafiə sistemini də bərpa edir. Çünki rahatlayan bədən özünü qorumağı daha yaxşı bacarır.Biz bəzən güclü olmaq anlayışını səhv başa düşürük. Güclü olmaq hər dərmana tab gətirmək deyil, xəstələnməmək üçün bədənə qulaq asmaqdır. Təbabət bizə bunu öyrədir: yavaşla, dinlə, hiss et. İmmunitet bəzən bir kapsulda deyil, bir fincan isti çayda, dərin bir nəfəsdə, sakit bir gecədə gizlənir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər