PDF Oxu

Köşə

  • 14

Pənah Hüseynov İsa Qəmbərovu əvəzləmək istəyir

Pənah Hüseynov İsa Qəmbərovu əvəzləmək istəyir

Mirzə Qərənfil:
Bloklar üzləşib indi çat ilə,
Mümkünmü maşına çatmaq at ilə?
"Azadlıq" birləşib Müsavat ilə,
Başqa ifratlarla çarpışmaq istər,
Onlarla vuruşmaq, qarpışmaq istər,
Artıq kipləşməkdə qıcarmış dişlər.

Əhməd Orucov:
Bu gün Müsavatdan çıxmır səs-səmir,
Burda hərarətdən əriyər dəmir,
İsanın Günəşi qüruba enir,
Belə pis anında yetəni dişlər.

Mirmahmud Fəttayev:
İsanın ürəyi partlamaqdadır,
Yetkili ürəklər çatlamaqdadır,
Pənah Müsavata adlamaqdadır,
Açılıb önündə onun girişlər.

Əhməd Orucov:
Başqan vəzifədə qalmaq istəmir,
Sərəncama tütək çalmaq istəmir,
İsa daha başqan olmaq istəmir,
Artıq dayanıbdı rəsmi görüşlər.

Mirmahmud Fəttayev:
Əlac yox cərəyan, ya toka qarşı,
İstərlər çıxalar bloka qarşı,
İş görmək istərlər həm şoka qarşı,
Açılıb qarşıda geniş örüşlər.

Əhməd Orucov:
Müsavat Pənahın püşkünə düşüb,
İsa Qəmbərovsa pis günə düşüb,
Pənah başqan olmaq eşqinə düşüb,
Onu cəlb eləyir maqnit hürüşlər.

Mirmahmud Fəttayev:
"Azadlıq", Müsavat birləşib yenə,
İstər ki, güc vurub bizləri yenə,
İsa bəy, Pənah bəy verməkdə gönə,
Büzüşüb daralır indi kirişlər.

Əhməd Orucov:
Artıq bələnməkdə oda "Azadlıq",
Havada azadlıq, suda azadlıq,
Mən də "Azadlığ"am, o da "Azadlıq",
Paylanıb elanlar və bildirişlər.

Mirmahmud Fəttayev:
Pənah əvvəl bizə doğru üz tutdu,
Sevindik ki, o, kursunu düz tutdu,
Sonra dönüb dərə, təpə, düz tutdu,
Artdı sifətində köntöy qırışlar.

Əhməd Orucov:
Vaxt oldu, bu Pənah durdu üzə də,
Qurumda göründü tez-tez gözə də,
Min yalan vəd verib, atdı bizə də,
Başladı davalar, cənglər, vuruşlar.

Mirmahmud Fəttayev:
Bizləri yerindən oynatdı yaman,
Damarda qanları qaynatdı yaman,
Pənah bəy bizləri aldatdı yaman,
Sonra Müsavatdan aldı quruşlar.

Əhməd Orucov:
Radikal bəylərdən o, yaşmaq istər,
İsa baryerini tez aşmaq istər,
Başqanlıq postuna daraşmaq istər,
Ətrafda qarıldar qarğa, bayquşlar.

Mirmahmud Fəttayev:
Pənaha yazmaqçün varaq atmışam,
Barışçün önünə bayraq atmışam,
Bir zaman mandatı nahaq atmışam,
Radikal cinahda artıb yaraşlar.

Əhməd Orucov:
Biz meyil etmədik ürəyə doğru,
Daim əl uzatdıq çörəyə doğru,
"Bəylər" atdı bizi dərəyə doğru,
Artdı sifətlərdə bomboz padoşlar.

Mirmahmud Fəttayev:
Liderlik heç mənim özümlə deyil,
Düzü, zirvə-eniş gözümdə deyil,
Nə İsa, nə Pənah bizimlə deyil,
Hər biri gözümdə qorxunc "Qaloşlar".

Əhməd Orucov:
Başına kül, Əhməd, qafan olmadı,
Bizimlə zirvəyə çapan olmadı,
Dərdimizə əlac tapan olmadı,
Relsə yönəltmədi bizi krosslar.

Mirmahmud Fəttayev:
Xəyaldan özünə neçə don tikdi,
Kütləyə üz tutub Pənah car çəkdi,
Bu adam gözünü zirvəyə dikdi,
Önünə bir qrant qoymadı bosslar.

Əhməd Orucov:
Pənah Cibutidən gedib şam alır,
Həm də gizli alır və aram alır,
İndi də bizlərdən intiqam alır,
Baş-beyin yeyirlər cibləri boşlar.

Mirmahmud Fəttayev:
Nə Pənah, nə İsa həyan olmadı,
Nə də yalanları əyan olmadı,
Radikal qəlbimi duyan olmadı,
Xirtdəyə dirəndi polad troslar.

Əhməd Orucov:
Qalmaqal ifratdan sızıb qalmadı,
Kimsə onu nəzərə də almadı,
Kürsü tutmağa da macal olmadı,
Radikal durumda tutulub postlar.

Mirmahmud Fəttayev:
İsadan Pənahdan bizə hay olmaz,
Qrant verənlərdən heç dayday olmaz,
Onlar körpüsüzdür, belə çay olmaz,
Artıq aramızda qırılıb mostlar.

Digər xəbərlər