PDF Oxu

Köşə

  • 23

Tarix olduğu kimi

Tarix olduğu kimi
Hələ əvvələr Dəvəçi tərəflərə Bakıda yaşayan bir sıra ermənilər özlərinin "Vilis" maşınlarında qab-qacaqdan tutmuş müxtəlif əşyalara qədər satmaq üçün mallar gətirirdilər və əsasən də, kənd yerlərində əməllicə alver edirdilər. Böyüklərimiz danışırdılar ki, alverə gələn ermənilər, özlərinin dili ilə desək, "müsəlman lavaşını" çox sevərmişlər və hər gələndə də, bir qismət bərəktimizdən özləri ilə aparırdılar.
Ən maraqlısı isə onların öz övladlarının Bakıda və Yerevanda deyil, məhz birbaşa Moskvada oxutdurmaq üçün çapaladıqlarını, bunun üçün SSRİ paytaxtındakı erməni başbilənlərinin onlara hər cür kömək göstərdiklərini demələri idi. Özləri də o vaxt, yəni keçən əsrin səksəninci illərinin əvvələrində bu baş verirdi. Uşaqlığımızın ilk dövrlərində biz böyüklərimizin danışdıqlarından elə də böyük mənalar anlamırdıq və bu da uşaqlıq xatirələrimizin künc-bucağında yığılıb qalan bir məqam idi. Amma artıq üstündən iyirmi neçə ildən çox vaxt keçib və indi məlum olur ki, ermənilərin adi alverçiləri belə sovet dövründə biz yastığı başımızın altında qoyub mürgüləyəndə böyük məsələlərlə məşğul imişlər. Bu faktdır və bunu danmaq qəti mümkün deyil.
Həmin erməni uşaqları Moskvada oxuyanda onların azərbaycanlı həmyaşıdları özlərinin qoyun-quzularının, mal-heyvanlarının çoxluğu ilə "öyünürdülər" və lənətə gəlmiş Moskva Sov. İKP. MK-sı var gücü ilə erməni uşaqlarının qayğıkeşi rolunda çıxış edirdi. Sovet ordusunda əsgərliyə gedən azərbaycanlı gəncləri tikinti batalyonlarına, lazımsız işlərə cəlb edilirdilər və onlar da qayıdıb gələndə sinələrinə döyürdülər ki, bəs əsgərlikdə əməlli-başlı kef çəkdik, yeyib-içmək belə gəldi, elə getdi. Daha demirdilər ki, Kremldəki ermənilər azərbaycanlıları tikinti batalyonlarında kef-damağa tutmaqla, 1988-ci ilin ssenarilərinə əməlli-başlı hazırlaşdırdılar. Amma onlar bu işə hələ xeyli əvvəl, BMT-nin ssessiyasında ayaqqabılarını çıxarıb ABŞ-ı hədələyən Nikita Xruşşovun dövründə başlamışdılar və bunu heç gizlətmirdilər də.
Təxminən 1991-ci ildə ermənilərin azərbaycanlıları öz yurdlarından didərgin salmaları barəsində bir kitab çıxmışdı və orada bir maraqlı fakta rast gəldim. Hələ 1960-cı ildə Ermənistan SSR Ali Sovetinin sədr müavini işləmiş bir azərbaycanlı həmin kitabda yazırdı ki, həmin il Fransanın baş naziri Gi Molle SSRİ-yə səfəri çərçivəsində Yerevana gəlibmiş və hava limanında çox qəribə bir hadisə baş verib. Belə ki, G.Molle təyyarənin trapından enəndə, bu vaxt təxminən 9-10 nəfər 8-9 yaşlarında erməni uşaqları əllərində Fransa bayraqcıqları tutaraq, ağlaya-ağlaya G.Molleyə tərəf qaçırlar. Ermənistan DTK-nın əməkdaşları uşaqları tutub saxlamaq istəsələr də, Fransa baş naziri onlara toxunmamaq barədə elə trapdan enə-enə göstəriş verir. Uşaqlar ona yaxınlaşıb Fransaya getmək istədiklərini, onlara kömək etmələri üçün dəstək vermələrini ondan xahiş edirlər. G.Molle Moskvaya qayıdan kimi, bu məsələni N.Xruşşovla müzakirə edib həll edir və 1960-cı ildə 8-9 yaşlarında olan həmin erməni uşaqları 1988-ci ildə "erməni məsələsi" ortaya çıxanda artıq Avropanın ən tanınmış banklarının, şirkətlərinin və informasiya qurumlarının rəhbərləri idilər. Onların azərbaycanlı yaşıdları isə...
Yenə yadıma keçən əsrin 70-ci illərin sonunda, 80-ci illərin əvvələrində Dəvəçiyə alverə gələn Bakı ermənilərinin uşaqlarını oxumaq üçün Moskvaya göndərmələri və Kremldəki erməni başbilənlərinin onlara olan "mühüm qayğısı" düşür. Erməni ailələri daima öz uşaqlarına türklərə qarşı nifrət hissi aşılayırdılar, azərbaycanlılar isə yenə öz xeyirxah, qonaqpərvər istəkləri ilə uşaqlarını tərbiyə edirdilər. İndi məlum olur ki, irtica tərbiyəsi hələ ki, insanlıq tərbiyəsinə müvəqqəti də olsa qalib gəlir. Yenə bizim uşaqların qəlbində, formallıqdan tam uzaq, əsil vətənpərvərlik ruhu əvəzinə, şou-biznesimizin bioloji baxımdan kişi cinsindən olan, amma bütün hərəkətləri ilə qadınabənzər, əzilib-büzülən "super-ulduzları"nın sevgisi, onların anormal vərdişləri qərar tutub. İndiki yeniyetmələrimiz vətənpərvər, savadlı olmaq əvəzinə, müxtəlif "ulduz müsabiqələrinə" qatılmaq, "gözəl yollarla" özlərinə villa, pul qazanmaq, tele-ulduza çevrilmək üçün çapalayırlar. Onların çoxu Nizamini, Füzulini, Babəki, nə bilim tariximizin heç bir simasını belə tanımırlar, amma əvəzində, əzilib-büzülən, elementar tərbiyə qaydalarını və mənəvi dəyərlərini itirən "ulduzlar"ın yeni albomlarını və disklərini əladan əla bilirlər. Ürəyimdən tarixə bir sillə vurmaq keçir. Amma baxıram ki, tarix çoxdan bu silləni bizə vurub. Özü də kökündən.

Digər xəbərlər