PDF Oxu

Köşə

  • 8

“Hüquq müdafiəçiləri”miz öz köhnə ampluasındadır

“Hüquq müdafiəçiləri”miz öz köhnə ampluasındadır
Azərbaycandakı QHT-lərin əksəriyyəti öz maliyyə problemlərini xarici ölkələrdəki maliyyə təşkilatlarının hesabına həll edirlər. Sözsüz ki, onlar bunun üçün müəyyən iş görməli olurlar. Bu işlər ölkə daxilində baş verən hadisələrə xüsusi don geydirməkdən, faktları şişirtməkdən və böhtançı donoslardan ibarətdir. QHT-çilərin bu qismi inandırıcı təsir bağışlamaq məqsədilə adlarını "hüquq müdafiəçiləri" kimi hallandırırlar.
İndi bəzi "hüquq müdafiəçiləri"nin xarici ölkələrdəki daimi dəstəkçilərindən aldıqları məbləğləri sadalayacağıq. Məsələn, "Sülh və Demokratiya İnstitutu"nun sədri Leyla Yunusovanın yalnız 2008-ci ildə xarici fondlardan aldığı məbləğ 750 min dollar həcmindədir. "Helsinki Vətəndaş Assambleyasının Bakı Nümayəndəliyi"nin rəhbəri Arzu Abdullayeva 500 min dollar ənam almaqla ondan bir qədər geri qalır. "Hüquq müdafiəçiləri" Səadət Bənənyarlı, Novella Cəfərova, Səidə Qocamanlı, Zərdüşt Əlizadə, İlqar Məmmədov və digərləri ötən il xarici ölkələrin fondlarından bütövlükdə 2 milyon dollar məbləğində qrant almışlar.
Bayaq qeyd etdiyimiz kimi, alınan pulun müqabilində adları çəkilən qrant dəllalları konkret sifarişlərə əsasən, məqsədli şəkildə Azərbaycan əleyhinə təbliğat aparırlar. Bu təbliğat iki onillik ərzində davam etdirilmişdir və demokratiya bolluğundan istifadə edən "hüquq müdafiəçiləri" öz boşboğazlıqlarını bu gün də davam etdirməkdədirlər. Gələcəkdə onların geri çəkiləcəklərinə heç bir tutarlı əsas yoxdur.
AŞPA-nın yay sessiyasının keçirildiyi bir vaxtda QHT-çilər öz nümayəndələri ilə təmsil olunmağı lazım bilmişlər. Strasburqa "hüquq müdafiəçiləri"ndən S.Bənənyarlı, N.Cəfərova və S.Qocamanlı getmişdir. Göründüyü kimi, kişi QHT-çilər pul qazanmağa gəldikdə, qadınları qabağa buraxırlar. Bunu bir növ QHT qeyrətinə yazmaq lazımdır. Onsuz da, aldıqları qrantlar onların istənilən səhvlərini yuyub aparacaqdır.
Haqqında söhbət gedən üç qadın QHT-çi Strasburqa çatan kimi köhnə dostları AŞPA təmsilçiləri Andreas Qross və Andres Herkeli tapıb dərdlərini bölüşmüşlər. Arvad QHT-çilər Ermənistan nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparmışlar. S.Bənənyarlı, N.Cəfərova və S.Qocamanlı tanışlarından xahiş ediblər ki, "Soros" və "Avrasiya" fondlarının tapşırığı əsasında hazırladıqları donosları diqqətlə oxuduqdan sonra Azərbaycan hökuməti üzərinə sanksiyalar tətbiq etsinlər. "Hüquq müdafiəçiləri" Azərbaycanda insan azadlıqlarının və demokratik hüquqların pozulduğunu və yaşayış səviyyəsinin pisləşdiyini bildirmiş və adamların tələsik ölkə hüdudlarını tərk etdiyini vurğulamışlar.
Sözsüz ki, QHT-çilər dediklərinin səhv olduğunu yaxşı bilirlər. Ancaq daha çox qrant qazanmaq həvəsi onları yanlış məlumat verməyə təhqir edir. Yalana-böhtana pul verirlərsə, QHT-çilər buna getməyə hazır olduqlarını bildirirlər. Azərbaycana münasibətdə ikili standartlardan yanaşan AŞPA təmsilçiləri "hüquq müdafiəçiləri"nin fikirləri ilə həmrəy olduqlarını bildirirlər. Məhz bu yolla onlar Ermənistana münasibətdə tarazlaşdırıcı mövqe tutur və Yerevanın Azərbaycana nisbətən daha demokratik təmayüllü olmasını vurğulayırlar.
AŞPA-da belə hesab edir ki, Azərbaycanda olan siyasi məhbuslar haqda məlumat toplamaq üçün ölkəmizə yeni məruzəçinin təyin edilməsi zəruridir. Göründüyü kimi, AŞPA-dakı boşboğazlarla bizim QHT-çi boşboğazlarımız arasında ciddi fərq yoxdur. "Hüquq müdafiəçiləri"nin siyasi məhbus kimi qələmə verdikləri şəxslər isə konkret cinayət əməllərinə görə azadlıqdan məhrum edilmişlər.
Bizim QHT-çilər AŞPA tərəfindən dəstəkləndiklərindən ruhlanmış və fəaliyyətlərini daha da genişləndirməyi lazım bilmişlər. Ermənistan QHT-çiləri ilə sıx əməkdaşlıq əlaqələri yaradan "hüquq müdafiəçiləri" alacaqları qrantların miqdarını artırmaq üçün ermənilərin qarşısında qolubağlı qul da olmağa hazırdırlar. Hazırda onlar Ermənistan ərazisindən keçməklə tanınmamış "DQR"-ə gedib, yəqin ki, zavallı ermənilərin blokadadan əziyyət çəkmələri haqda Avropa təşkilatlarına donoslar hazırlayacaqlar. Onlar bu yolu indiyədək çox ölçmüşlər. Gördükləri işlər isə göz qabağındadır. Onlar qadınlı-kişili tanınmamış "DQR"-in simasız liderləri ilə badələrini toqquşdurmuş, boyunlarını qucaqlayıb xatirə şəkilləri çəkdirmiş və başqa ağlasığmaz əməllərə yol vermişlər. Bu cür əməllərin yeni seriyasının reallaşacağı gözlənilir.

Digər xəbərlər