PDF Oxu

Köşə

  • 1 304

Fəaliyyətimizi gücləndirəcəyimiz təqdirdə, düşmən sınacaq

image

Beynəlxalq dairələrin təkidli təzyiqlərindən sonra Ermənistan rəhbərliyi sözdə işğal olunmuş ərazilərdə status-kvonun dəyişdirilməsi ilə razılaşmalı olub - Adın nədir -Daşdəmir!.. Yumşalısan, yumşalı... Yaxud adın nədir? Erməni... Böhtanla doldur xirməni...

Ancaq xatırlamaq istəyirik ki, əgər ermənilər status-kvonu 20 il qorumağa nail olublarsa, yumşalma prosesini də uzun müddət yubada bilərlər. Səbəb də odur ki, beynəlxalq qurumlarda onların nazı ilə oynayanlar kifayət qədər çoxdur. Elə ATƏT-in Minsk Qrupu da ermənilərə loyal münasibət göstərmək üçün yaradılıb. Gör bir iş nə yerə çatıb ki, Fransa kimi Avropanın göbəyində yerləşən nüfuzlu bir dövlət Ermənistanın xətrinə Türkiyə kimi münasib bir tərəfdaşla kontra getməyə rəvac verib, "erməni soyqırımı" ətrafında siyasi oyuna girməyə rəvac verir. Minsk Qrupunun təmsilçilər triosu tez-tez bizə işğal edilmiş ərazilərimizi hərbi yolla azad etməməyi tövsiyə edir, lazım gələndə, bizi hədələməkdən də çəkinmirlər.

Minsk Qrupunun Rusiya təmsilçisi heç də torpaqlarımızın qaytarılması ilə maraqlanmır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) isə işğal edilmiş ərazilərimizi qaytarmağa cəhd edəcəyimiz təqdirdə, ermənilərə kömək edəcəklərini bildirirlər. Kalyujnının çoxsaylı bəyanatları, buna parlaq sübutdur. Rusiya prezidenti Vladimir Putin isə deyir ki, problemi həll etmək istəyirsinizsə, Serjiklə sülh danışıqlarına gedib, razılığa gəlin. Biz razılığa gəlməyə hazırıq, sözsüz ki, ərazi bütövlüyümüzün qorunması şərti ilə. Mövqeyimiz BMT-nin nizamlama prinsipləri ilə üst-üstə düşür. Ermənistan rəhbərliyi də dərhal tanınmamış "DQR"-in müqəddəratını təyinetmə şərtini ortaya atır. Bu tələb BMT prinsipləri ilə ziddiyyət təşkil edir. Bu tələbi 1994-cü ilin 12 mayında Bişkekdə qarşımıza Rusiya nümayəndələri qoyublar. Biz də razılaşmışıq ki, əvvəl Ermənistan ordusu işğal olunmuş torpaqlarımızıf tərk edir, qaçqınlar torpaqlarına qayıdır və ancaq bundan sonra biz "DQR"-ə yüksək muxtariyyət statusu veririk. Serj Sarkisyan bunun tərsini istəyir: deyir əvvəl "millətlərin öz müqəddəratını təyin etməsi" təmin edilməlidir, sonra ərazi bütövlüyü haqda danışmaq olar. Bu tələb beynəlxalq hüquq normaları ilə bir araya sığmır. Mirsk Qrupu Serji qınamır və hər şeyi yenidən başlamaq lazım gəlir.

Serjin kim olduğunu dünya ictimaiyyəti AŞPA-dakı çıxışında gördü və bildi. Serj dedi ki, Xocalı soyqırımını törətməyi bacardıq. Avropa bunu eşitdi və susdu. Serj Yerevanda daha bir quş buraxıb erməni gənclərinə dedi ki, "DQR"-i biz azad etdik, Ararat ətrafını azad etmək məsuliyyəti isə sizin üzərinəzə düşür. Serjik xaricdə keçirilən bir neçə rəsmi görüşdən tülki kimi qaçdı ki, heç bir sənədi imzalamasın. Sonra isə Ramil Səfərov məsələsini naşılıqla bütün rəsmi görüşlərində qabartdı. Bir sıra kiçik Sakit okean ölkələrini və Uruqvayı "DQR"-i tanımağa sürükləyir. Son vaxtlar isə "Azərbaycan rəhbərliyinin xalqı müharibəyə sürükləməsini" bəyan edib. Göründüyü kimi, Serj ipə-sapa yatmayaraq, beynəlxalq təşkilatları barmağına dolamaqdadır. Minsk Qrupu süsür, bizə isə səbrli olmağı və müharibə etməməyi tövsiyə edir.

Biz nə etməliyik? Sözsüz ki, ordamuzu gücləndirməkdə və iqtisadi qüdrətimizi artırmaqda davam etməli, Serjə qarşı təbliğatımızı davam etdirməliyik. Seçici potensialı get-gedə azalmaqda olan Serj, özünü nə qədər tox tutsa da, əvvəl-axır kiminsə badalağına tuş gələcək. Bizim üzərimizə bu məqamları tezləşdirmək vəzifəsi düşür.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər