PDF Oxu

Köşə

  • 2 176

ALLAH ÜZÜMÜZƏ BAXIB DESƏNƏ…

image

Bir sual məni hər zaman düşündürüb. Düşündürüb ki, axı özlərini ictimai rəyə müxalifətin dədəsi, babası kimi təqdim edənlərin "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla nəyi düşünürlər? Düşünürlər ki, ictimai rəy bunları həqiqətən də müxalifətin dədəsi və babası kimi görürlər? Əgər belədirsə, bunların düşüncələri 0%-ə bərabərdir, yəni düşüncəsizdirlər, vəssəlam! Bunu bilən yaxşı bilir, zatən… Daha dəqiq desək, namussuzun, şərəfsizin, vicdansızın, şəxsi maraqlarına görə hər şeyi satanın sadalananlar barədə danışması yaman pis olur, lap dinsizin inamsızın imandan danışması kimi.

Hanı bə "Vot-vot" hakimiyyətə gəlirik" kimi iddialarınız?

Məsələn, Əli Kərimli real həyatda facebookda söyüş qrupu yaradıb və onunla olmayan, onun kimi ucuz olmaq istəməyən hər kəsi ucdantutma söydürür. Hətta özü də başqa profil altında söyüşlər yağdırır. Adını da qoyub müxalifətin "vicdanlı", "namuslu", "şərəfli" "lideri"…

Təkcə onun "Azadlıq" qəzetinin fəaliyyətini nəzarətdə saxlaması amilinə baxaq. Məsələn, biz görürük ki, həmin qəzetdə gündə bir yazı çıxır onun haqqında. Ya yazdırır, ya da özü yazır, məsələn, "siyasət şöbəsi", yaxud hər hansı bir gizli imza ilə. "Əli Kərimli filan şey barədə filan anonsu verdi", "Əli Kərimli filankəsin cavabını verdi", "Əli Kərimli zırt elədi", "Əli Kərimli pırt elədi". Az qala Əli Kərimlinin padşahın piyada getdiyi yerdə hansı cür oturub "siyasi təhlillər" aparmasını da camaatın gözünə zorla dürtməyə çalışanların işləri-gücləri elə bunu etməkdən görünür. Gəl indi buna şərəfli siyasət donu geyindir, görüm, necə geyindirirsən!

Elə bilirsiniz tək Əli Kərimli elədir? Əsla, yox! Elə Arif Hacılı da, İsa Qəmbər də, o biri də, bu biri də eyni bezin qıraqlarıdırlar. Adama deyərlər ki, əgər bu qədər "axıllısıyıssa", ötən 25 ildə bircə dəfə birləşib hansısa bir məsələni normal şəkildə ortaya qoymağı niyə bacarmamısınız? Adama onu da deyərlər ki, hanı bə 20 ildir ki, gur-gur guruldadığınız sözlər? Hanı bə "Vot-vot" hakimiyyətə gəlirik" kimi iddialarınız? Hanı axı?

Əslində, nə yaxşı ki, sizin kimi "şərəfli" şərəfsizlər haklimiyyətə gəlməyiblər. Gəlsəydiniz haaa, indi Bakının özü hansısa xarici dövlətin koloniyalarından birinə çevrilmişdi. Biz də olmuşşduq həmin kolonistlərin qulları, nökərləri! Allah üzümüzə baxıb desənə…

Digər xəbərlər