PDF Oxu

Köşə

  • 2 405

ƏLİ KƏRİMLİNIN NARDARAN "EŞQİ"

image

Ucuz, xəyanətkar və səviyyəsiz ömrü boyu heç bir dialoqa getməyən Əli Kərimliyə sən demə Nardaran hadisəsi göydəndüşmə oldu. Bir biləydiniz həmin hadisədən sonra o, gizlincənə öz otağına çəkilib necə çırtma çalıb-oynayıb..! Bəs nə bilmidiniz ki, Taleh Bağırzadənin qaynatdığı məsələ elə birbaşa onun özünə - Əli Kərimliyə sərf edən məsələdir axı. Onu da deyim, şəxsən mən 100% əminydim ki, Nardaran hadisəsi baş verər-verməz Əli Kərimli dərhal oturacaq facebookun qabağında və başlayacaq "ağıllı-ağıllı", "gördünüüüzzz?" tipli mesajlar yazmağa. Oradakı qulbeçələri də xırda-xırda ona "minlərlə" "like"lər (bəyənilər) atacaqlar. Guya bu "adam" nə yazırsa, nə düşünürsə, gecə-gündüz facebook qarşısında oturub məhz onun yazılarını, statuslarını gözləyənlər həmin "like"lər edirlər. Beləltklə, Əli Kərimli də elə bilir ki, ondan başqa kimsə haqlı deyil. Sonra da düşür millətin canına ki, "görün, mənim kimi ağıllı- kamallı bir adamın fikir və düşəncələrini qəbul etmirlər".

Məsələ sosiskada deyil, ay Əli Kərimli!

Ancaq görək bu dəfə Əli Kərimli özünü necə "ağıllı" göstərməyə çalışıb. Nardaran hadisələrini önə çəkən Kərimli deyir ki, "Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası izahı mümkün olmayan absurddur"(?!-R.).

Adama deyərlər ki, əyə, ay nə bilim nə! Məgər Nardaranda yaşayanlar, əğstağfürullah, erməni-zaddır ki, hakimiyyət də onlarla xarici qüvvə kimi dialoqa getsin? İkincisi, istənilən halda bütün müharibələrin sonu dialoqla bitir, bu baxımdan, lazım gələrsə hakimiyyət bundan sonra da düşmənlə dialoqa gedib, torpaqlarımızın dərhal azad olunmasını tələb edəcək. Yox, bu da baş verməsə, onda düşmənə sarsıdıcı zərbə vurulacaq və düşmən məcbur olub Azərbaycan hakimiyyəti ilə dialoq qurmalı olacaq. Yəni burada anlaşılmaz heç nə yoxdur.

"Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası izahı mümkün olmayan absurddur"-deyən Əli Kərimli hələ də anlamır, ya da özünü açıq-aşkar qanmazlığa qoyur ki, burada söhbət kənddən getmir, söhbət həmin kənddə məskunlaşaraq camaatı öz terrorçu düşüncəsinə bulaşdıranlardan gedir. Necə deyərlər, məsələ sosiskada deyil, ay Əli Kərimli! Yəni xarici qüvvələrə, sözün açığı İranın panfarsist və şovinist xüsusi xidmət orqanlarına satılan Taleh Bağırzadə və ətrafı artıq həbs olunub və bu gün onu müdafiə edənlərlə dialoqa getməyin özü absurd bir məsələdir, əslində! Yaxşı, bəs onda Əli Kərimlini maraqlandıran, narahat edən, bu ərəfədə gecələr yatmağa qoymayan məsələ nədir?

Gedib inqilab, üsyan törətməliydim ki, borcum ola-ola işığımı verin?

Baxın, demək Taleh Bağırzadə məsələsini daha sonra bir kənara qoyan Əli Kərimli ikinci gedişini qurur sosial məsələlər üzərində. Deyir ki, hətta həmin kənddə cinayətkarlar varsa, onların ucbatından oranın enerji və s. təchizatı kəsliməməlidir (?!). Niyə əcəba? O gün mənim elektrik enerjisinə olan borcum gec ödənildiyinə görə, mənzilimin işığı kəslimişdi. Nə etməliydim, gedib inqilab, üsyan törətməliydim ki, borcum ola-ola işığımı verin? Eləcə də qaz və su məsələsi də bunun kimi...

İllərdir bu kəndin enerji ödənişləri tətbiq olunmur və müvafiq qurumlar bu məsələni müəyyən səbəblərə görə diqqətə almırdı.

İndi belə bir məqamda Əli Kərimlinin yadına niyə Nardaran düşdü? Məgər o bu kəndə o qədər "aşiqdir" ki, birdən-birə hadisələrdən sonra orada yaşayan sakinlərin problemləri onu "narahat" etməyə başladı?

Əli Kərimli hakimiyyətdə "səhv" axtaramaqdansa, getsin özünün sərsəm-sərsəm düşüncələrini araşdırsın və bu günə qədər mənasız həyatındakı səhvlərini etiraf etsin. Əlbəttə ki, buna cürəti çatarsa...

Digər xəbərlər