PDF Oxu

Köşə

  • 2 134

Razinin cücələri

image

Razi Nurullayevin əlinin altında çabalayan, ağzından süd, saçlarından qoyun yununun qoxusu gələn gənc bir oğlan sosial şəbəkələrdə çox "maraqlı" bir status paylaşıb. Əvvəla, mənə də, qələminə hörmət qoyan heç bir jurnalistə də yaraşmaz ki, ali təhsili olmayan, Cəlilabad sözünü "Cəllabad" şəklində yazan, Qafqaz Müsəlmanları İdarəsinə "diaspora" deyən, cümlələrində nöqtə, vürgillərdən qətiyyən istifadə etməyi bacarmayan, yerişini-duruşunu bilməyən, gözlərindən, saçlarından, dərsinin rəngindən belə mənfi impulslar yağan bir kəs haqqında köşə yazsın. Adını da çəkməyəcəm, çünki özünü xalçada uçan cinlər kimi qürurlu, lazımlı, təkəbbürlü hesab edər. Bu adam yazır ki, "Google-da "satqın" sözünü yazıb şəkil axtarırdım, Əli Kərimlinin şəkli çıxdı". Düz deyir, həqiqətən də belədir, Əli Kərimlinin kimliyi hər kəsə aydındır. Amma bu gədəyə demək lazımdır ki, indi google-da "satqın" sözünü yazanda Razi Nurullayev adı lap birinci çıxır. Sənin sədrin Razi uzun illərlə satqın dediyin Əli Kərimliyə xidmət edib, onun palazını süpürüb, qırım-qırtıqlarını yeyib. Əli Kərimli təkcə dövlətin maraqlarını satıbsa, Razi Nurullayev dövlətin maraqlarını da satıb, Əli Kərimlini də. Hələ sənin kimi "nəqafə"ləri də (yumurtadan təzə çıxmış cücə) peşəkar satqınlığa öyrədir. Ayda 100-150 manat pulun müqabilində bu gənc yaşda hər şeyini itirmək çox təhlükəlidir. Əvvəllər YAP-ın deputatlarına yarınırdın, indi AXCP-dən qopmuş Razi Nurullayevə sarınırsan, sabah da başqa birinə yamaq olacaqsan. Dəhşətdir, 20 yaşında mənəviyyatını bu kökdə zorlamaq daha nələrdən xəbər verir.

Bunları bir tərəfə qoyaq, yəqin Razi Nurullayevin Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlərin geri qaytarılmasından da xəbəriniz vardır. Mən Əli Kərimlini heç vaxt müdafiə etmərəm, Allah uzaq eləsin! Bu adamla biz azərbaycanlıların, türklərin baxışları qətiyyən uzlaşmır. Partiyasını da "cəbhə-xalq" məfhumu arasında necə uzlaçdırıbsa, bunun da məsuliyyəti başqalarının boynundadır. Ancaq ortada bir nüans var. R.Nurullayev AXCP-dən istefa verməmişdən öncə ağlayırdı-sızlayırdı, yanını divarlara sürtüb hönkürürdü ki, pulu yoxdur. İstefa verən kimi kişi milyonçu oldu. Özünə obyektlər açıb, hətta AXCP etimad qrupunun üzvlərinin hərəsinə bir ofis də kirayələyib. Hərəsinin də qabağına bir komputer qoyub ki, onu təbliğ etsinlər. Özü də açıqlama verib ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır. Kərbəlayi demişkən, "ay bala", sən kələfin ucunu itirmisən. Hələ tam şəkildə AXCP-dən istefa verib qurtarmamısan, başmağının bir tayı Əli Kərimlinin yanındadır. İlk olaraq bu "böyük" işləri gör ki, sonra da "kiçik" işlərə iddialı olarsan.

Digər xəbərlər