Fuad Qəhrəmanlı həbs olunana qədər AXCP sədri dil boğaza qoymurdu, pəjmürdə durub bütün ciddi-cəhdlə özünü müxalifətin lideri kimi tədqim edirdi. Fuad Qəhrəmanlı həbs edilən kimi onu heç müdafiə də etmədi. Bu adam hər kəsi özünə rəqib görürdü. Artıq politoloq Ərəstun Oruclunu da hədəf seçib, ad qoyub ki, İsa Qəmbərə işləyir. Ümumiyyətlə, Ə.Oruclunun həqiqəti Ə.Kərimli və onun kimilərin düz alnının ortasına yapışdırmağı çox xoşuma gəlir. Politoloqun dediklərindən belə anlaşılır ki, Azərbaycanda normal müxalifət özündə liderlik keyfiyyətlərini cəmləşdirən müxalifət lideri də yoxdur. Ən əsası Ə.Oruclu Müsavatı da, AXCP-ni də başa salıb ki, hakimiyyəti dəyişmək iddialarınız, sadəcə ambisiyadır, bu, qeyri-mümkündür. Yəni hər kəsə öz yolunu göstərir, izah edir ki, hər kəs bacardığı işlə məşğul olsun. 15 il müxalifət partiyasının sədri olasan, ancaq bircə deputatın, proqramın, ofisin olmaya, ümumiyyətlə, ətrafında bircə nəfər də olsa normal insan tapılmaya, bax bu, ağır dərddir! Həm də bütün bu boyda rüsvayçılıqlardan sonra Ə.Orucluya iqtidardan sual verib cavablarında bir "ümid" axtarasan. Bax, bu, da əsl axmaqlıqdır. Xalqdan uzaq düşən deputata növbəti seçkidə xalq dəstək vermədi. Birisi parlamentdən indi min kilometrlərlə uzaqda dayanıb köhnə təəssüratlarını bölüşür. Gültəkin Hacıbəyli. Bu adamın adını çəkən kimi hər kəsin ağlına gələn konkret mövqeyi olmayan şəxs gəlir.
Vaxtilə jurnalistlər haqqında ən tərbiyəsiz ifadələr işlədən bu adam indi sosial şəbəkələrdə jurnalistlərlə əhatə olunub. İndi nömrəsini bilməyən adam yoxdur. Deməli, 2008-ci ildə prezident seçkilərində təbliğat-təşviqat vaxtı Güktəkin Hacıbəyli rayonlardan birinə şəxsi təşəbbüsü ilə yollanır. Birbaşa tribunaya qalxır və başlayır səsini başına atıb bu gün xilaf çıxdığı iqtidarın gördüyü müsbət işləri tərifləməyə. YAP-ın rayon təşkilat sədri görüb ki, bu adam çox dərinə getdi, yəni o qədər yalaqlandı ki, daha abırlı bir yer qalmadı. Tez qulağına pıçıldayıb ki, "Gültəkin xanım, bəlkə bəsdir!?. "Əlində mikrofonun olmağı yadından çıxıb və bərkdən qışqırıb ki, "mən ölərəm, amma bu yoldan əl çəkmərəm...". Bəs niyə ölmədin, ay Gültəkin xanım? O təhsil haqqında, inkişaf, tərəqqi haqqında danışdıqlarınız var ha, bir neçə il bundan qabağın faktlarıdır. Bu da Cumhuriyyət dövrünə gedib çıxmır ki...
AXCP-də sədr müavini postunda növbə Gültəkin Hacıbəyliyə gəlib çatdı. Bu dəqiqə də bu məsələ müzakirə olunur. Əli Kərimli müavini F.Qəhrəmanlının torbasını belə tikdi, o, həbsxanadan çıxanda Gültəkin Hacıbəyli içəri girəcək.