Şəxsi ambisiyalar, gerçəklik və zaman çərçivəsində seçim etməkdə acizlik edənlər niyə müxalifət düşərgəsində cəm olub? İstək və arzuların başdan yuxarı qalxdığı, bacarıqla edə bilməməyin çərçivəsinin cızıldığı müxalifət düşərgəsində nələr baş verir? Elə bu yazıda toxunacağımız məqamlar bununla bağlı olacaq. Qeyd edək ki, iddialar üzərində bərqərar olmaqla müxalifət hər saniyə öz sonluğuna doğru daha sürətlə yaxınlaşır. Gerçək dəyərlərdən tamamilə uzaq düşmüş, loyal prinsiplərlə idarə olunan müxalifət üçün yekun nəticə göz qabağındadır. Sadəcə olaraq, zaman-zaman bütün olub- keçənləri bir kənara atıb birləşərək, bir mərkəz olacaqlarını bəyan edən müxalifət yetkililərinin səsləndirmiş olduqları qeyri-ciddi bəyanatlar birmənalı şəkildə mərkəzdənqaçma oyununa xidmət edib. Bu oyunun oyunçuları və icraçıları arasında isə yarı gizli, yarı aşkar mübarizə gedir. Bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyalarından, əl tutmamaq, salam verməmək kimi amillərdən, sözünü özün deyib, özün eşidirsən formasındakı mən səni eşitmək istəmirəm, sən danışsan da, burada bəziləri kənara işləyir formasında oxşar replikalar yekunda alışmaqda olan barıt çəlləyi üçün bir kibrit çöpü oldu. "Sən məni saymırsansa, mən səni heç dünəndən saymıram və yaxud Əli Kərimlinin nazı ilə çox oynamalıydım? AXCP onun dədə malı deyil ki? Burada məndən çox əziyyət çəkən yoxdu, onu yuxarı başa çəkilənlər isə başqalarıdır" deyən narazı cəbhəçilərin bu fikirlərini göstərmək yerinə düşərdi. Yəni məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Eyni zamanda, bütün yaradılmışların ən alisi olan insan digər canlılardan düşünüb qərar verə bilmək xüsusiyyətlərinə görə də üstün mövqedədir. Əks halda Azər Əhmədov kimi "qidalanmaq" tendensiyası, insanlar istisna olmaqla digər canlılara da xas olardı. At kimi yeyib, it kimi yaşamaq və yaxud "padval" düşüncəsi... nə dərəcədə real və abstrakt deyimdir. "Dostunu mənə göstər, sənin kimi olduğunu deyim" atalarımız bu sözü boş-boşuna deməyiblər.
Ümumiyyətlə, bu gün başını və digər yerlərini itirmiş radikal müxalifətdə kimin ağlına nə gəldi onu edir və deyir. Belə məntiqin nəticəsi isə elə bu cür də olmalıdır. Çarəsizlikdən ağıllarına gələnləri edənlər axırda rüsvay olurlar. Nə etsinlər axı, çürük ideologiya ilə bundan artığını əldə edə bilmirlər axı.