Nə zamansa, hətta yaxın vaxtlarda biz eşidəcəyik ki, Əli Kərimli ilə Cəmil Həsənli düşmən olublar. Özü də nəyə görə? Əlbəttə ki, pula görə! Düzdür, onların hər ikisinin bir-birinə nə vaxtsa düşmən kəsiləcəklərinin xalqa, ictimai rəyə heç bir istisi-soyuğu yoxdur, olmayacaq da. Ona görə olmayacaq ki, bunların xalq qarşısında bir qram olsa belə, hörmət-izzətləri yoxdur. Bu, aksiomadır təbii ki.
Bəs nəticədə nə görəcəyik? Görəcəyik ki, Əli Kərimli "Milli Şura"nın, Cəmil Həsənli də AXCP-nin maskasını cırıb atacaq ayaqlar altına. Çünki bir vaxtlar bunların arasındakı pərdə götürülüb. Bu pərdə 2013-cü ildə yamansa da, həmin yamaq yerinə yaxşı oturmayıb, cırılacaq yenə də.
Buna olan daha bir səbəb isə Cəmil Həsənlinin ABŞ-a etdiyi məlum səfəridir. Bu "adam" Amerikaya getməsi bir yana, orada görüşdüyü insanların hər birinə Azərbayca haqqında elə ifadələr səsləndirib ki, qarşısında dayananlar ilk öncə onu erməni biliblər. Sonradan bəlli olub ki, Cəmil Həsənli erməni deyilmiş, erməni aşiqi olan azərbaycanlıymış! Bu isə Əli Kərimlinin xoşuna getməyib. İndi oturub-durub deyir ki, vay, Cəmilə pul verdilər, mənə qalmadı. Bu da növbəti səbəb. Çünki Cəmil Həsənli aldığı erməni pullarından Əli Kərimliyə bir sent belə vermək fikrində deyil, ağılsız-zad döyül ha!
Və sonuncu səbəb. Cəmil Həsənlinin və Əli Kərimlinin günü-gündən olan-qalan nüfuzları əriyir. Artıq hər kəs bilir ki, onların agent olmaları ifşa edilib. Hər ikisi ABŞ-ın, Fransanın, İngiltərənin, Almaniyanın maraqlarını təmin edən erməni lobbisi üçün çalışırlar. Bir sözlə, pullarını alırlar, işlərin görürlər. İndi hansı daha çox alıb, o birisinə kəf gəlirsə, onu da Allah bilir. Ancaq fakt budur ki, belə agentlərin axrı yaxşı qurtarmır.
Ancaq hələlik Cəmil Həsənli və Əli Kərimli özlərini hər dəfəsində "yandırırlar", agent, xəfiyyə olduqlarını gizlətməkdə acizlik çəkirlər.
Hə, yeri gəlmişkən, çoxdandır ki, səsi-pəsi gəlməyən Rüstəm İbrahimbəyovun bir əttökən kəlamı düşdü yadıma. O demişdi ki, "...Biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər." Onun həmin ifadələrinin səslənməsindən sonra, "Milli Şura"nın sədri, özünü "professor, tarixçi" hesab edən Cəmil Həsənli, işğalçı Ermənistanın Azərbaycana tarix boyu etdikləri vəhşiliyə göz yumub, İbrahimbəyovun səsləndirdiyi bu cəfəngiyyata haqq qazandırıb. Deyib ki, Rustambek düz əxz eləyir. Bilirsiniz niyə? Ona görə ki, dost-doğma qızı Ermənistanda biznesi olan ingilisə ərə gedib! Yəni erməni çörəyi yeyir.
Bilirsiniz, dəyərli oxucular, bu "şəxslər" yaxud da şəxsiyyətsizlər üçün müqəddəslik deyilən heç bir anlam mövcud deyil. Pul qarşısında vətənini, millətini, hətta doğmalarını belə qurban verərlər. Ona görə də sabah yenidən bir-birlərinə düşmən-zad kəsilsəslər, heç də təəccüblənməyin!
P.S. Baxıram Cəmil Həsənlinin ABŞ-da çəkdirdiyi şəkillərə, "adamın" yanağından az qala qan damır, nəmxuda! Araz aşığından, Kürd də ki, topuğundan, bizim Ağrı dediyimiz dağına isə "Ararat" deyib, yuxarıdan aşağıya baxır. Bax, Cəmil, bax, yaxşı-yaxşı bax, sonra həsrət qalaceysen...