PDF Oxu

Köşə

  • 3 120

Fırtına öncəsi sakitlik

image

Bu ifadə daha çox siyasi kuluarlatda istifadə edilir. Xüsusilə, müxalifət düşərgəsində. Yəni bir partiya hər hansı digər partiya ilə münaqişədə olursa, həmin münaqişələr fonunda ara-sıra sakitlik hökm sürür. Amma gəl, həmin sakitlikdən sonrakı hənfamələrə bax!

Hazırda AXCP ilə Müsavat partiyaları arasındakı qarşıdurma fonunda da müəyyən nisbi sakitlik hökm sürür. Hər iki partiyanın aparıcı tərəfləri bir-birlərinə qarşı amansız, aqressiv və barmaq yeri qoyulmayan həqarətlər, təhqirlər etdikdən sonra, hələlik, bir balaca sakitlik yaranıb. Görünür, bu da yeni ilin gəlişi ilə bağlıdır. Bir sözlə, AXCP ilə Müsavat arasında fırtınaöncəsi sakitlik yaşanır. Yeni 2016-cı ildə isə yeni həngamələr gözləniləcək. Yəni bu, şəksizdir.

Yeri gəlmişkən, nisbi sakitlik sosial şəbəkədə də yaranıb. Hətta deyənlər var ki, həm cəbhəçilər, həm də müsavatçılar bir-birlərinə yeni ilə yeni təhqirlər hazırlayırlar. Özü də elə təhqirlər ki, bu vaxta qədər insan qulağı onları eşitməyib.

Liderlərin başları özlərinə qarışıb

Bu gün Əli Kərimlinin başı öz biznesinə qarışıb. İsa Qəmbər isə Müsavat başqanlığından getdikdən sonra yeni başqan Arif Hacılının belini necə qırmaq haqqında planlar cızır. Görünür, həm də bu səbəbdən, arada sakitlik yaranıb. Axı liderlərin başları öz işlərinə qarışıb. Hərgah ki, onların başları özlərinə qarışıbsa, demək, müxalifət cəbhəsində bu cəhətdən sakitlik yaranır. Başları açıldıqdan sonra isə, necə deyərlər, ox öz yayından çıxır.

Bayram bitər-bitməz AXCP sədri Əli Kərimli yenə də keçəcək facebookda iş başına və başlayacaq klaviatura qəhrəmanlığı göstərməyə

İndi, həmin vəziyyətdir. Fırtınaöncəsi sakitlikdir. Düzdür, arada partiyaların ikinci, üçüncü şəxsləri ağızucu da olsa, nə isə bir söz işlədirlər, amma buna ciddi qarşıdurma demək olmaz. Ciddi qarşıdurmalar, bayaq da qeyd etdiyimiz kimi, 2016-cı ildən start götürəcək, özü də necə. Bayram bitər-bitməz AXCP sədri Əli Kərimli keçəcək facebookda iş başına və başlayacaq klaviatura qəhrəmanlığı göstərməyə. Müsavat rəhbərliyi də bu tərəfdən "Yeni Müsavat"da AXCP sədri başda olmaqla, cəbhəçiləri ağ yuyub, qara sərəcəklər. Bax beləcə, hər şey yenidən başlayacaq. Ta o zamana qədər ki, həm AXCP, həm də Müsavat yaratdıqları fırtına vasitəsilə, yelə-küləyə düşüb siyasi arenadan kilometrlərcə uzaqlara atılacaqlar. Hətta o qədər uzağa atılacaqlar ki, geri dönməyə belə halları qalmayacaq.

Bax beləcə, biz də fıtrınadan önəcki sakitliyin nə vaxt və necə baş verəcəyinin şahidlərinə çevriləcəyik. Gözləyərik, görərik...

Digər xəbərlər